28 May 2026 18:15
469
CƏMİYYƏT
A- A+
Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib

Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Birləşmiş Krallığa işgüzar səfəri zamanı Edinburq Universitetində Şotlandiyada yaşayan Azərbaycan icması ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüş Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Edinburq Universitetindəki Azərbaycan Tələbə Cəmiyyətinin və “Caspian Circle” təşkilatının birgə təşəbbüsü ilə keçirilib.

Görüşdə Şotlandiyanın Edinburq, Qlazqo, Aberdin, Dundi və Stirlinq şəhərlərindən icma üzvləri, tələbələr, diaspor fəalları və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının və Birləşmiş Krallığın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitə sədri icma görüşünə böyük maraq göstərən soydaşlarımızı salamlayaraq, ənənə halını alan belə görüşlərin xaricdəki azərbaycanlıların həmrəyliyinə, diaspor fəaliyyətinin daha da gücləndirilməsinə xüsusi töhfə verdiyini bildirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərindən bəhs edib, regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlara diqqət çəkib. Sədr Azərbaycan həqiqətlərini Şotlandiya ictimaiyyətinə çatdıran, bu istiqamətdə birlik və həmrəylik göstərən icma üzvlərinə minnətdarlığını ifadə edib.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu Azərbaycan məktəbləri, soydaşlarımız arasında uğurla gedən icmalaşma prosesi və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə müfəssəl məlumat verilib.

Edinburq Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Elmar Əmirov və “Caspian Circle” təşkilatının rəhbəri Fuad Ələkbərov çıxış edərək, təmsil etdikləri qurumların fəaliyyəti, məqsəd və prioritetləri barədə məlumat verib, Şotlandiyadakı azərbaycanlı gənclərin təşəbbüsləri, diaspor fəaliyyətinin genişləndirilməsi və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən danışıblar. Bu günədək həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər, tələbə və gənclərin inkişafına yönələn proqramları diqqətə çatdırıblar.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin birinci katibi Eltay Aslanov çıxışında Şotlandiyadakı diasporumuzun gördüyü işləri yüksək qiymətləndirib.

İcma üzvləri ilə geniş və səmərəli müzakirə aparılıb. Soydaşlarımız ölkəmizin burada təbliğ olunması istiqamətində görülən işlərdən danışıb, gələcək əməkdaşlıq imkanları və diaspor fəaliyyətinin daha da gücləndirilməsinə dair fikir və təkliflərini səsləndiriblər.

Çıxışlardan sonra nümayiş olunan ”Qarabağ Azərbaycandır!” videoçarxı böyük maraq və diqqətlə izlənilib.

Soydaşlarımız 28 May - Müstəqillik Günü ərəfəsində təşkil edilən icma görüşünə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürlərini bildiriblər.

Görüşün bədii hissəsində Lids şəhərində yaşayan soydaşımız, xoreoqraf Səkinə Muxtarlının ifasında milli rəqslərimiz iştirakçılara zövqlü musiqi anları yaşadıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!