14 Noyabr 2025 12:14
397
CƏMİYYƏT
A- A+
SOCAR Gürcüstana indiyədək 2 milyard dollardan çox investisiya yatırıb  

SOCAR Gürcüstana indiyədək 2 milyard dollardan çox investisiya yatırıb  


Tbilisidə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi” layihəsi üzrə Nazirlər/Rəhbər Komitənin 11-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və qarşılıqlı etimadın uzunmüddətli tərəfdaşlığın əsasını təşkil etdiyi və hər iki ölkə liderlərinin münasibətlərinin birgə layihələrin uğurla icrasına və qarşılıqlı faydalı nəticələrin əldə olunmasına zəmin yaratdığı vurğulanıb. Çoxşaxəli ikitərəfli enerji əməkdaşlığının Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının əsas sütunlarından olduğu və ölkəmizin Gürcüstanın enerji ilə təchizatında bir nömrəli tərəfdaşı olaraq qaldığı qeyd edilib. İndiyə qədər SOCAR tərəfindən Gürcüstana yatırılan 2 milyard dollardan çox investisiya, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənub Qaz Dəhlizi layihələri, karbohidrogen və elektrik enerjisi sahəsində geniş əməkdaşlıq enerji əlaqələrinin töhfələri kimi dəyərləndirilib.

Görüş zamanı qaz və elektrik enerjisinin tədarükü, tranziti, SOCAR-ın Gürcüstanda fəaliyyətini genişləndirməsindən irəli gələn məsələlər, habelə planlaşdırılan layihələrlə bağlı müzakirələr aparılıb. Enerji tərəfdaşlığının yeni layihələrlə möhkəmləndirilməsinin hər iki ölkə üçün prioritet olduğu bildirilib. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Azərbaycan, Gürcüstan və Avropa arasında yeni enerji əlaqəsi kimi strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bildirilib ki, “Qara dəniz sualtı kabel layihəsi” və “Yaşıl Enerji Dəhlizi” paralel inkişaf etdirilir və hər iki layihə arasında koordinasiyanın gücləndirilməsi iştirakçı dövlətlər və şirkətlər arasında əməkdaşlığı artırmaqla icra prosesinin effektivliyini təmin etməyə, hər iki layihənin Avropa İttifaqı və maliyyə institutlarından maksimum dəstək qazanmasına imkan yarada bilər. Həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik əlaqəsini və ticarətini genişləndirməyə xidmət edən interkonnektorun da texniki-iqtisadi əsaslandırma tədqiqatının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yenidən doğulan Qarabağ və Şərqi Zəngəzur  

13:21
08 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir  

10:59
08 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib  

10:52
08 Oktyabr

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib  

10:43
08 Oktyabr

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

10:41
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

10:39
08 Oktyabr

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

10:25
08 Oktyabr

Türkiyənin azərbaycanlı astronavtı: "Bir millət, iki dövlət" şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

10:25
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK  

10:24
08 Oktyabr

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi  

10:24
08 Oktyabr

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

10:23
08 Oktyabr

Azərbaycan nefti 4 faizədək bahalaşıb 

10:22
08 Oktyabr

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

10:20
08 Oktyabr

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

10:20
08 Oktyabr

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb  

10:19
08 Oktyabr

Sevimli aktyor, rejissor və pedaqoq

10:15
08 Oktyabr

Opera səhnəsinin unudulmaz sənətkarı

10:10
08 Oktyabr

Azərbaycan kinosunun ikiseriyalı monumental epopeyası - "Dədə Qorqud"

10:05
08 Oktyabr

Neftdən dərmana - Azərbaycanın yeni sənaye hekayəsi

10:00
08 Oktyabr

Azərbaycanın ən böyük investoru - Birləşmiş Krallıq 

09:50
08 Oktyabr

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

09:40
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!