19 İyun 2025 08:32
286
İQTİSADİYYAT
A- A+
Siyasətçilər ayrılır, ekoloqlar birləşir

Siyasətçilər ayrılır, ekoloqlar birləşir


İqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycan nümunəsi getdikcə daha aktual olur


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu nəticələrindən sonra qlobal iqlim səylərinin davamlı irəliləməsi və qəbul edilən qərarların həyata keçirilməsi üçün növbəti mühüm mərhələ olaraq Bonn İyun İqlim Sammiti ön plana çıxıb. 

Sammit iqlim dəyişmələri ilə mübarizədə il ərzində görülən işlərin qiymətləndirilməsi, yeni tədbirlərin planlaşdırılması və BMT səviyyəsində siyasi iradənin artırılması üçün mühüm platforma olmaqla yanaşı, həm də COP kimi böyük konfranslara hazırlıq mərhələsi kimi də əhəmiyyət daşıyır.

Bu günlər Bonn İyun İqlim Sammiti - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Yardımçı Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində Şarm-əl-Şeyx Dialoqunu əhatə edən 2025-ci ilin 1-ci vork-şopunun açılışı olub. Qeyd edək ki, "vork-şop" ingiliscədən tərcümədə müəyyən mövzuda insanları bir araya gətirən, təlim, müzakirə və praktik işlərin aparıldığı tədbir deməkdir. Haqqında bəhs etdiyimiz iqlim dəyişmələri üzrə keçirilən sessiya da bu qəbildəndir. Tədbirin əsas məqsədi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələri ilə mübarizədə üzləşdikləri maliyyə çatışmazlıqlarının aradan qaldırılması yollarını müzakirə etmək olub. Dialoq çərçivəsində keçirilən vork-şop iştirakçılar arasında fikir mübadiləsi təşviq edilib, müxtəlif ölkələrin təcrübələri və uğurlu maliyyə mexanizmləri təqdim olunub. 

Məlumat üçün bildirək ki, Şarm-əl-Şeyx Dialoqu 2022-ci ildə Misirdə keçirilmiş COP27 zamanı Paris Sazişinin 2-ci maddəsinin 1(c) bəndinin əhatə dairəsi və həmin maddənin Sazişin 9-cu maddəsinə uyğunluğu (tamamlayıcılığı) barədə müzakirələrin keçirilməsi məqsədilə yaradılıb. Qərara əsasən, 2023-cü il ərzində COP27 sədrliyinin rəhbərliyi ilə iki seminar keçirilib. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 zamanı Şarm-əl-Şeyx Dialoqunun ilkin məqsədlərinə Paris Sazişinin 2-ci maddəsinin 1(c) bəndinin tətbiqi ilə bağlı anlayışın genişləndirilməsi əlavə edilib. Bundan başqa,  dialoqun 2024-cü və 2025-ci illəri əhatə etməsi və bu çərçivədə UNFCCC katibliyi tərəfindən ildə iki dəfə seminarların keçirilməsi barədə qərar qəbul olunub. Eyni zamanda iclasların koordinasiyasının həyata keçirilməsi üçün COP28-in prezidenti tərəfindən müvafiq olaraq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri təmsil edən isveçrəli və misirli iki həmsədr təyin edilib. Dialoq çərçivəsində müzakirələrə Paris Sazişinə tərəf dövlətlərlə yanaşı, müvafiq təşkilatlar və digər maraqlı tərəflər də qatılırlar.

Bu baxımdan COP29-un nəticəsi olaraq qəbul edilən Bakı Maliyyə Hədəfi iqlim dəyişikliyi ilə mübarizədə tarixi addım kimi qiymətləndirilir. Bakı Maliyyə Hədəfi ilk dəfə illik iqlim maliyyəsi üçün konkret rəqəmə əsaslanan qlobal məqsəd müəyyən edib. Bu, iqlim sahəsində öhdəliklərin sadəcə siyasi bəyanatlarla deyil, praktik və ölçülə bilən mexanizmlərlə dəstəklənməsi yönümündən əhəmiyyətli yenilik kimi qeyd olunub. Əsas məqsəd inkişaf etməkdə olan və iqlim dəyişmələrinə daha həssas olan ölkələrin iqlim maliyyəsinə çıxış imkanlarını genişləndirmək idi. Bununla yanaşı, Bakı sənədi dövlətlərarası əməkdaşlığı gücləndirmək, iqlimə uyğun investisiyalar üçün institusional çərçivələri möhkəmləndirmək və özəl sektorun iqlim maliyyəsində iştirakını stimullaşdırmaq üçün yeni təşəbbüslər və mexanizmlər təklif edib.

Bütün bunların davamı olaraq, Şarm-əl-Şeyx Dialoqu çərçivəsində keçirilən tədbirin açılında çıxış edən nümayəndələr iqlim dəyişmələrinə qarşı qlobal əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar və 2025-ci ildən sonrakı dövr üçün maliyyə öhdəliklərinin daha konkret və şəffaf şəkildə müəyyən olunmasına çağırış ediblər. Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev açılış sessiyasındakı çıxışında iqlim maliyyələşməsi istiqamətində əldə olunmuş mühüm irəliləyişlərə diqqət yönəldib: "Bu hədəflə inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il azı 300 milyard dollar maliyyə vəsaitinin səfərbər edilməsi nəzərdə tutulur. Təşəbbüsün davamı olaraq Azərbaycan və Braziliya tərəfinə "Bakıdan Belemə Yol Xəritəsi"ni hazırlamaq həvalə olunub və məqsəd 1,3 trilyon dollarlıq illik iqlim maliyyəsinin təmin edilməsidir". 

AIDA rəisi çıxışında karbon bazarlarına dair 6-cı maddə üzrə onillik danışıqların yekunlaşdığı və bu mexanizmlərin 2050-ci ilə qədər 1 trilyon dollarlıq maliyyə axını yarada biləcəyini qeyd edərək COP29 zamanı inkişaf etməkdə olan ölkələr üçün maliyyə əlçatanlığının artırılması, kapitalın yüksək dəyəri və digər struktur maneələrin aradan qaldırılması məsələlərinə də toxunub. Elməddin Mehdiyev iqlim maliyyəsinin təkcə rəqəmlərlə deyil, praktiki tədbirlərlə və yerli səviyyədə nəticələrlə müşayiət olunmasının vacibliyini diqqətə çatdırıb. O, bu istiqamətdə Şarm-əl-Şeyx Dialoqunun mühüm dialoq platforması rolunu oynadığını bildirib və Bakı Maliyyə Hədəfinin icrasında 2.1(c) maddəsinin əhəmiyyətini vurğulayıb.

Hələ ötən ilin noyabrında COP29 çərçivəsində Bakıda keçirilən iclaslarda iqlim maliyyəsinin funksionallığının artırılması, Paris Sazişinə uyğun maliyyə mexanizmlərinin təkmilləşdirilməsi və "yaşıl investisiya"ların təşviqi məsələləri ətrafında geniş və məqsədyönlü müzakirələr aparılmışdı. Əsas diqqət mövcud mexanizmlərin fəaliyyətinin təhlili, vəsaitlərin daha sürətli ötürülməsi, şəffaflığın artırılması və nəticələrin ölçülməsi sistemlərinin təkmilləşdirilməsi üzərində cəmlənmişdi. Bununla yanaşı, Paris Sazişinin 2.1(c) maddəsinə uyğun olaraq maliyyə axınlarının iqlimə davamlı inkişafla uyğunlaşdırılması üçün daha sistemli və uzunmüddətli yanaşmaların formalaşdırılması vacibliyi diqqətə çatdırılmışdı. 

Bonn İyun İqlim Sammitində bəzi ölkələr əlavə maddələr irəli sürüblər ki, bu da fikir ayrılığına və  razılığa gəlməkdə tərəddüdə səbəb olub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) katibliyinim üzvü Karin Simonson deyib ki, bu səbəblərdən dolayı bir çox diplomatik danışıq konkret izah, diplomatik təcrübə və səbir tələb edir. "Sessiyanın ilk günündə vaxt məhdudiyyətlərinə görə tərəflər arasında razılığın əldə olunması mümkün olmadı. Bu gün gecikməyə baxmayaraq, bütün tərəflərin razı olduğu birgə yol xəritəsinin formalaşdırılması çoxtərəfli prosesin gücünü göstərdi. Konsensus yaratmaq vaxt aparır, amma bu proses həm güclü, həm də zəif tərəfləri ilə çoxtərəfliliyin əsasını təşkil edir. COP29-un sədrliyi Bonnda İyun İqlim Görüşlərində aparılan danışıqlarda körpü rolu oynadı və Azərbaycan nümayəndə heyətinin bu prosesi dəstəkləməsi konsensusun əldə olunmasına töhfə verdi", - deyə UNFCCC-nin nümayəndəsi bildirib.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır  

23:25
19 İyul

Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır  

21:32
19 İyul

Azərbaycan Prezidenti: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir  

21:31
19 İyul

Prezident: Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var  

21:30
19 İyul

Prezident İlham Əliyev: Azərbaycan mediasının inkişafı məni çox sevindirir  

21:29
19 İyul

Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik

21:28
19 İyul

YAP nümayəndə heyəti Şimali Kipr Türk Respublikasının parlamentini ziyarət edib

21:24
19 İyul

Azərbaycan Prezidenti: Mən süni intellektdən istifadə etmirəm

21:22
19 İyul

Prezident İlham Əliyev: İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik  

21:21
19 İyul

Prezident İlham Əliyev: Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq  

21:21
19 İyul

Azərbaycan Prezidenti Media Forumunda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb  

21:20
19 İyul

Prezident İlham Əliyev Media Forumunda Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib  

21:14
19 İyul

Azərbaycanın bədii gimnastika üzrə qrup komandası Universiadanı 3 medalla başa vurub  

21:07
19 İyul

Prezident İlham Əliyev: Cənubi Qafqaz sabit məkan olacaq

21:05
19 İyul

Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb  

21:03
19 İyul

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB

21:03
19 İyul

Prezident İlham Əliyev: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır  

20:03
19 İyul

Azərbaycan Prezidenti: Biz indi beynəlxalq səhnədə daha fəalıq

19:51
19 İyul

Xanyurdu sakini: Kəndə köçəndən sonra ilk qonağımız Prezident oldu  

19:51
19 İyul

Prezident: İqtisadi Əməkdaşlıq Təşkilatının daha güclü və daha effektiv olmasına ehtiyac var  

19:39
19 İyul

Prezident İlham Əliyev: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır  

19:23
19 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!