24 Sentyabr 2026 17:38
178
İDMAN
A- A+
Səssizliyin içindən gələn atəş: Əli İskəndərli tarix yazdı  

Səssizliyin içindən gələn atəş: Əli İskəndərli tarix yazdı  


Bəzən ən gurultulu qələbələr səssizliyin içində qazanılır. Hədəf görünür, nəfəs tutulur, barmaq tətiyə toxunur və bir güllə tarixə çevrilir... 

Azərbaycanın deaflimpiyaçı atıcısı Əli İskəndərli Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanaraq ölkəmizin idman tarixində ilkə imza atıb. Bu, sadəcə bir medal deyil. Azərbaycanın eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında atıcılıq üzrə keçirilən Avropa çempionatında qazandığı ilk medaldır. Başqa sözlə, Əli İskəndərli hədəfə atəş açmaqla yanaşı, Azərbaycan idmanının tarixində də yeni bir səhifə açıb. Çempionatda 10 metr məsafədən pnevmatik tapançadan atəş açma yarışında 9 ölkə və bir neytral komandanın 21 idmançısı mübarizə aparıb. Azərbaycan isə bu yarışda ilk dəfə təmsil olunub.

Baş məşqçi Rəsul Məmmədovun rəhbərliyi ilə mübarizə aparan Əli İskəndərli və Nicat Əzimov final mərhələsinə yüksəlib. Finalın sonunda Əli İskəndərli podiumun üçüncü pilləsində qərarlaşıb, Nicat Əzimov isə yarışı 5-ci yerdə tamamlayıb. Bir tərəfdə səssizlik, digər tərəfdə isə hədəfə tuşlanan iradə... 

Əli İskəndərlinin bürünc medalı bəlkə də rənginə görə üçüncü pillədədir. Amma Azərbaycan deaflimpiya atıcılığı üçün bu medalın yeri başqadır: ilkdir. 

Və bəzən tarix yazmaq üçün çox sözə ehtiyac olmur. Sadəcə düzgün hədəf, möhkəm iradə və bir də səssizliyin içindən gələn o dəqiq atəş kifayətdir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

  


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanda ümummilli matəm elan edilib

18:50
24 Sentyabr

Daha dörd məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:49
24 Sentyabr

Ombudsman Lənkəranda vətəndaşları qəbul edib

18:48
24 Sentyabr

BMT-də Azərbaycanın Kiçik Ada Dövlətləri üçün Əməkdaşlıq Proqramı təqdim olunub

18:46
24 Sentyabr

Azərbaycan ilə FAO arasında aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

18:45
24 Sentyabr

Azərbaycanın daha bir boksçusu Avropa üçüncüsü olub

18:44
24 Sentyabr

DİN Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət edib

18:42
24 Sentyabr

Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib

18:41
24 Sentyabr

Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

18:27
24 Sentyabr

“AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manat olan şirkətə çevrilməyi hədəfləyir VİDEO  

18:26
24 Sentyabr

AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir

18:25
24 Sentyabr

Formula 1: Corc Rassel ikinci sərbəst yürüşü də ilk sırada başa vurub 

18:23
24 Sentyabr

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - FƏRMAN  

18:22
24 Sentyabr

Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır  

18:21
24 Sentyabr

Rusiya Ermənistana qaz tədarükünü dayandıra bilər  

18:20
24 Sentyabr

Məhkəmə CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişini bərpa etdi  

18:17
24 Sentyabr

Moskvada 9 universitetdə təxliyə

18:16
24 Sentyabr

Ermənistandan Azərbaycana “folqa diplomatiyası”

18:00
24 Sentyabr

Banqladeş ABŞ-dən daha 11 “Boeing” alacaq

17:49
24 Sentyabr

Futboldan hüquqa, meydandan xidmətə

17:41
24 Sentyabr

Səssizliyin içindən gələn atəş: Əli İskəndərli tarix yazdı  

17:38
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!