24 Sentyabr 2026 18:20
169
DÜNYA
A- A+
Rusiya Ermənistana qaz tədarükünü dayandıra bilər  

Rusiya Ermənistana qaz tədarükünü dayandıra bilər  


Moskva Ermənistana əlavə qaz tədarükünü bir sıra siyasi şərtlərin yerinə yetirilməsi ilə əlaqələndirib. Rusiya ilə fikir ayrılıqları fonunda isə İrəvan alternativ yanacaq mənbələri axtardığını açıqlayıb.

Moskva İrəvanı dörd siyasi tələbi yerinə yetirməsə, Ermənistana qaz tədarükünü tamamilə dayandırmaqla hədələyib. Bu barədə sentyabrın 24-də Ermənistanın "Hraparak" qəzeti Rusiyadakı mənbələrə istinadən məlumat yayıb. Hazırda İrəvanda planlaşdırılan təmir işləri səbəbindən qaz tədarükü müvəqqəti olaraq dayandırılıb və daxili tələbat anbarlardan ödənilir. Bildirildiyinə görə, noyabrın 1-də böyük "qəza" və ya fors-major hadisəsi baş verə bilər və bundan sonra tədarük bərpa olunmayacaq.

"Hraparak"ın mənbələrinə görə, əgər İrəvan Gümrüdəki Rusiya hərbi bazasının gələcəyini müzakirə etməkdən və Rusiya kapitalı olan şirkətlərə qarşı tədbir görməkdən imtina edərsə, Moskva belə bir ssenaridən çəkilməyə hazırdır. Bunların arasında "Cənubi Qafqaz Dəmir Yolu" və "Qazprom" da var.

Moskvanın digər tələbi Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ)  və Avropa İttifaqı (Aİ) arasında seçim etməsidir. Məsələn, İrəvan ya Avropaya inteqrasiya prosesinə başlayan qanunu ləğv etməli, ya da bu məsələ ilə bağlı referendum üçün tarix təyin etməlidir.

İddialara görə, Moskva Rusiyayönümlü siyasətçilərin cinayət təqibinə son qoyulmasını və Kreml üçün məqbul olan baş nazirin müavininin təyin edilməsini də tələb edir.

Bir müddət əvvəl,  mayın 26-da Rusiya Ermənistanı  Aİ-yə daxil olmağa doğru irəliləməyə davam edəcəyi təqdirdə bu ölkəyə təbii qaz, neft məhsulları və xam almaz tədarükü ilə bağlı müqaviləni birtərəfli şəkildə dayandıracağını bildirmişdir. 

Ermənistan demək olar ki, tamamilə Rusiya qaz tədarükündən asılı ölkədir. 2025-ci ildə "Qazprom" respublikaya təxminən 2,7 milyard kubmetr yanacaq ixrac edib. Rusiya Prezidenti Vladimir Putin İrəvanın güzəştli qiymətinin min kubmetr üçün 177 dollar olduğunu bildirib. Kreml həmçinin bunu da diqqətə çatdırıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxsa, qaz qiymətləri bazar qiymətlərinə uyğunlaşdırılacaq.

Sentyabrın 16-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Rusiyadan tədarükünü Azərbaycan, Türkiyə və İrandan alış-verişlə əvəz edə biləcəyini bildirib. Rusiya qazının daha aşağı qiymətləri ilə bağlı suala cavab olaraq o, yanacağın "siyasi valyuta kimi istifadə edildiyini" bildirib. "Kim deyib ki, qaz qiymətləri yalnız dollarla ölçülür?" - Simonyan soruşub.

Baş nazir Nikol Paşinyan bir müddət əvvəl bildirmişdi ki, Ermənistan Moskvanın qaz qiymətləri ilə bağlı qərarlarından asılı olmayaraq, digər təchizat mənbələri axtaracaq. O, bunu "müstəqillik və dövlətçiliyin inkişaf etdirilməsi" siyasi kursu ilə əlaqələndirib.

Son altı ay ərzində Rusiya ilə Ermənistan arasında münasibətlər getdikcə gərginləşib. May ayından başlayaraq Moskva Ermənistandan spirtli içkilər, tərəvəz, meyvə, balıq, süd məhsulları və güllər də daxil olmaqla müxtəlif malların idxalına məhdudiyyətlər tətbiq edib.

Ermənistan məhsullarının idxalına və tranzitinə ilk qadağalar 7 iyun parlament seçkilərindən qısa müddət əvvəl tətbiq edilib. N.Paşinyanın partiyasının qələbəsindən və İrəvanın Aİ üzvlüyünə müraciət etmək qərarından sonra bu cür məhdudiyyətlərin sayı xeyli artıb.

Buna cavab olaraq, Ermənistan hakimiyyəti ixracı Avropa ölkələri də daxil olmaqla, digər bazarlara yönləndirməyə başlayıb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanda ümummilli matəm elan edilib

18:50
24 Sentyabr

Daha dörd məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:49
24 Sentyabr

Ombudsman Lənkəranda vətəndaşları qəbul edib

18:48
24 Sentyabr

BMT-də Azərbaycanın Kiçik Ada Dövlətləri üçün Əməkdaşlıq Proqramı təqdim olunub

18:46
24 Sentyabr

Azərbaycan ilə FAO arasında aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

18:45
24 Sentyabr

Azərbaycanın daha bir boksçusu Avropa üçüncüsü olub

18:44
24 Sentyabr

DİN Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət edib

18:42
24 Sentyabr

Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib

18:41
24 Sentyabr

Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

18:27
24 Sentyabr

“AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manat olan şirkətə çevrilməyi hədəfləyir VİDEO  

18:26
24 Sentyabr

AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir

18:25
24 Sentyabr

Formula 1: Corc Rassel ikinci sərbəst yürüşü də ilk sırada başa vurub 

18:23
24 Sentyabr

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - FƏRMAN  

18:22
24 Sentyabr

Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır  

18:21
24 Sentyabr

Rusiya Ermənistana qaz tədarükünü dayandıra bilər  

18:20
24 Sentyabr

Məhkəmə CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişini bərpa etdi  

18:17
24 Sentyabr

Moskvada 9 universitetdə təxliyə

18:16
24 Sentyabr

Ermənistandan Azərbaycana “folqa diplomatiyası”

18:00
24 Sentyabr

Banqladeş ABŞ-dən daha 11 “Boeing” alacaq

17:49
24 Sentyabr

Futboldan hüquqa, meydandan xidmətə

17:41
24 Sentyabr

Səssizliyin içindən gələn atəş: Əli İskəndərli tarix yazdı  

17:38
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!