24 Sentyabr 2026 18:49
152
İQTİSADİYYAT
A- A+
Daha dörd məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Daha dörd məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Sentyabrın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitənin sədri Azər Əmiraslanov gündəliyə 4 məsələnin daxil edildiyini deyib. Birinci məsələ olan “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı komitə sədri diqqətə çatdırıb. Bildirilib ki, layihədə “İcra haqqında” Qanuna “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı yeni 46-1-ci maddənin əlavə edilməsi təklif olunub. Yeni maddə icra prosesi zamanı tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmini müəyyən edir. Bununla əlaqədar layihədə “Qiymətli kağızlar bazarı haqqında” Qanuna da müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

İkinci məsələ haqqında məlumat verən Komitə sədri bildirib ki, Mülki Məcəllədə, Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi terminoloji unifikasiya ilə bağlıdır və dəyişikliklərdə “xüsusi icazə” ifadəsinin “icazə” ifadəsi ilə əvəz olunması təklif edilir.

Üçüncü məsələni təqdim edərkən Azər Əmiraslanov qeyd edib ki, Azərbaycan Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna bir sıra əhəmiyyətli və mütərəqqi xarakter daşıyan dəyişikliklər təklif edib. Yeni redaksiyada qanunun əsas konsepti dəyişmir, hədəfləri olduğu kimi saxlanılır. Əsas məqsəd yenə də ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi və bu sahəyə özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır.

Azərbaycan Prezidentinin təklifləri qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Belə ki, yeni dəyişikliklərdən sonra innovativ fəaliyyətə dövlət dəstəyi daha hədəfli, daha ünvanlı və nəticəyönümlü xarakter alır.

Milli Məclis tərəfindən 2026-cı il iyulun 14-də qəbul edilmiş, Azərbaycan Prezidenti tərəfindən imzalanmadan dəyişikliklərlə geri qaytarılan “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanun haqqında danışan Elmin Məmmədov deyib ki, sənəddə rəqəmsal iqtisadiyyatın, İKT-nin, innovasiya ekosisteminin və startapların inkişafını yeni mərhələyə daşıyacaq genişmiqyaslı təkliflər təqdim edilib. Bu islahat qeyri-dövlət sektoruna aid edilən və dövlət payı 51 faizdən az olan özəl texnologiya subyektlərini əhatə etməklə, ölkənin texnoloji inkişafını sürətləndirməyi məqsəd qoyur. Bildirilib ki, iri sahibkarlıq subyektlərinin bu böyük vergi güzəştlərindən yararlanmaları üçün onların ümumi gəlirlərində ixracın xüsusi çəkisinin olması və vəsaitlərin yerli banklara gətirilməsi şərti qoyulub. Bu yeni rejim 1 yanvar 2027-ci ildən sonra şəhadətnamə alan yeni rezidentlərə şamil ediləcək, mövcud rezidentlər isə fəaliyyətlərini cari hüquqi statusları çərçivəsində maneəsiz davam etdirəcəklər.

Vurğulanıb ki, bu təkliflər Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması, intellektual kapitalın ölkəyə cəlb olunması və yerli innovativ brendlərin dünya bazarına çıxışının genişləndirilməsi baxımından yeni imkanlar yaradır.

Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sənəddəki güzəştlərin əsas məqamlarından danışıb, onların vahid sistem şəklində təqdim olunduğunu vurğulayıb. O, güzəştlərin uzun müddətə nəzərdə tutulmasının investisiya cəlbediciliyi və rəqabət imkanları baxımından əhəmiyyətini qeyd edib.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sənəddə təklif olunan vergi təşviqlərinin subyektləri və onların əhatə dairəsi barədə məlumat verib.

İclasda yenilənmiş qanunun Azərbaycan Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub, müvafiq qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Gündəliyin sonuncu məsələsi olan “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) isə deputatlara Mərkəzi Bankın sədr müavini Əli Əhmədov təqdim edib.

O bildirib ki, layihə Azərbaycan Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən korporativ qiymətli kağızlar bazarının dərinləşdirilməsi çərçivəsində yeni investisiya aləti kimi sekyuritizasiyanın hüquqi əsaslarının yaradılması məqsədilə hazırlanıb.

İclasda təklif olunan dəyişikliklərlə bağlı fikirlər bildirilib, qeydlər və suallar səsləndirilib.

Mərkəzi Bankın sədr müavini Əli Əhmədov, Mərkəzi Bankın baş direktorları Tural Feyzullayev və Tərlan Rəsulov deputatların dördüncü məsələ ilə bağlı qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar.

İclasda komitə üzvləri gündəlikdəki məsələləri Milli Məclisin plenar iclasında müzakirə olunmaq üçün tövsiyə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanda ümummilli matəm elan edilib

18:50
24 Sentyabr

Daha dörd məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:49
24 Sentyabr

Ombudsman Lənkəranda vətəndaşları qəbul edib

18:48
24 Sentyabr

BMT-də Azərbaycanın Kiçik Ada Dövlətləri üçün Əməkdaşlıq Proqramı təqdim olunub

18:46
24 Sentyabr

Azərbaycan ilə FAO arasında aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

18:45
24 Sentyabr

Azərbaycanın daha bir boksçusu Avropa üçüncüsü olub

18:44
24 Sentyabr

DİN Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət edib

18:42
24 Sentyabr

Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib

18:41
24 Sentyabr

Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

18:27
24 Sentyabr

“AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manat olan şirkətə çevrilməyi hədəfləyir VİDEO  

18:26
24 Sentyabr

AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir

18:25
24 Sentyabr

Formula 1: Corc Rassel ikinci sərbəst yürüşü də ilk sırada başa vurub 

18:23
24 Sentyabr

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - FƏRMAN  

18:22
24 Sentyabr

Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır  

18:21
24 Sentyabr

Rusiya Ermənistana qaz tədarükünü dayandıra bilər  

18:20
24 Sentyabr

Məhkəmə CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişini bərpa etdi  

18:17
24 Sentyabr

Moskvada 9 universitetdə təxliyə

18:16
24 Sentyabr

Ermənistandan Azərbaycana “folqa diplomatiyası”

18:00
24 Sentyabr

Banqladeş ABŞ-dən daha 11 “Boeing” alacaq

17:49
24 Sentyabr

Futboldan hüquqa, meydandan xidmətə

17:41
24 Sentyabr

Səssizliyin içindən gələn atəş: Əli İskəndərli tarix yazdı  

17:38
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!