Serjan Abdıkarimov: Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi ədalətin zəfəridir
Oktyabrın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şimali-Xəzər və Qaraçaqanaq layihələrində hasilatın pay bölgüsünə dair Qazaxıstan hökumətinin səlahiyyətli orqanı olan “PSA” Səhmdar Cəmiyyətinin nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri qonaqları qalib Azərbaycanın parlamentində salamlamaqdan məmnunluğunu ifadə edib. Vətən müharibəsində Azərbaycanın Zəfərini türk dünyasının qələbəsi kimi qiymətləndirən Sadiq Qurbanov Qazaxıstan dövlətinin, siyasi və ictimai xadimlərinin haqq işimizə göstərdiyi dəstəyi minnətdarlıqla xatırlayıb.
O, Azərbaycanla Qazaxıstanı birləşdirən çoxəsrlik tarixi və mədəni əlaqələrdən, ortaq dəyərlərdən danışaraq ümummilli lider Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti - elbası Nursultan Nazarbayev tərəfindən əsası qoyulan əməkdaşlığın dövlət başçılarımız tərəfindən hazırda da müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb. O, beynəlxalq təşkilatlar, xüsusən də Türk Şurası çərçivəsində əməkdaşlığımızdan məmnunluğunu ifadə edib. Ölkələrimizin iqtisadi əlaqələri, xüsusən də neft-qaz hasilatındakı birgə fəaliyyəti və təcrübə mübadiləsinə toxunan komitə sədri bu ənənənin davam etdirilməsini yüksək dəyərləndirib.
Görüşdə iştirak edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov müasir dünyada enerji resurslarının rolundan, Azərbaycanın enerji təhlükəsizliyi siyasətindən bəhs edib, bu sahədə perspektiv imkanlardan danışıb.
“PSA” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri İzbastin Beket, səhmdar cəmiyyətin əməkdaşları Dias İbraşev, Ruslan Balıkbayev və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ölkəmizin Vətən müharibəsindəki Qələbəsini ədalətin zəfəri kimi dəyərləndirib, təbriklərini çatdırıblar. Qonaqlar hasilatın pay bölgüsü layihələri üzrə idarəetmə metodları, yaranan mübahisələrin həlli yolları, bu sahə üzrə qanunvericilik bazası və onun təkmilləşdirilməsi kimi məsələlərlə bağlı Azərbaycanın təcrübəsi ilə maraqlanıblar.
Görüşdə Milli Məclisin deputatı Əliabbas Salahzadə, “PSA" Səhmdar Cəmiyyətinin əməkdaşı Baqdat Kujatov və digər rəsmi şəxslər də iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!