08 Sentyabr 2026 13:05
1092
İQTİSADİYYAT
A- A+
Selesta Saulo: "Çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemləri mühüm ictimai infrastrukturdur"

Selesta Saulo: "Çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemləri mühüm ictimai infrastrukturdur"


Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, son 11 il müşahidələr tarixində ən isti illər olub.

Okeanlarımızdakı istilik də rekord səviyyədədir. Bu, hava sistemlərinə əlavə enerji və rütubət gətirir və yüksək təsirli ekstremal hadisələrin başvermə ehtimalını artırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində keçirilən “Çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə süni intellektin inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusunda panel sessiyada Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi professor Selesta Saulo videomüraciətində deyib.

O bildirib ki, Nepaldakı dağıdıcı daşqınlar buzlaq və qar örtüyünün daxil olduğu kriosferin istiləşməsinin bir neçə saat ərzində fəlakətlərə səbəb ola biləcəyini acı şəkildə xatırladır. Bütün bunlar kifayət etmirmiş kimi, hazırda bütün dünyada çox güclü El-Nino hadisəsinin inkişaf etdiyini görürük: "Proqnozlaşdırdığımız təsirlərdən insanları və iqtisadiyyatları qorumaq imkanımız elmi bilikləri vaxtında, praktiki tədbirlərə çevirmək və bu tədbirləri hər yerdə insanlara çatdırmaq bacarığımızdan asılı olacaq. Bunun mümkün olması üçün iqlim həlləri arsenalımızda olan bütün vasitələrə ehtiyacımız var.

Süni intellekt bizə bu imkanları gücləndirmək üçün yeni fürsətlər yaradır. Süni intellekt proqnozları bir neçə dəqiqə ərzində hazırlamağa kömək edə bilər. O, proqnozların dəqiqliyini və düzgünlüyünü artırmağa, həftələrlə vaxt aparan hesablamaları isə bir neçə dəqiqə ərzində həyata keçirməyə imkan verə bilər.

Lakin həyatda hər şeydə olduğu kimi, texnologiyanın səmərəliliyi də onun qurulduğu təməllər qədərdir. Bu təməllərin əsasında isə həmişə insanlar, institutlar və imkanlar dayanır. Buna görə də bizə müşahidələri, fiziki modelləri və ekspert mülahizələrini tamamlayan məsuliyyətli süni intellekt lazımdır".

S.Saulo bildirib ki, çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemləri, iqlim məlumatları xidmətləri və müşahidə şəbəkələri mühüm ictimai infrastrukturdur.

Onlar insanları qoruyur, iqtisadi inkişafı dəstəkləyir və icmalara dəyişən iqlimə hazırlaşmağa kömək edir.

Süni intellekt böyük həcmdə məlumatları insanların əməli addımlar ata biləcəyi informasiyaya çevirərək həmin infrastrukturun imkanlarını daha da gücləndirə bilər.

"Himalaylardan Qafqazadək buzlaqların geri çəkilməsinin davam etdiyini gördüyümüz bir vaxtda, süni intellektin bu böyük riski buzlaqların monitorinqi və erkən xəbərdarlıq sistemləri sahəsində konkret irəliləyişə çevirməyə necə kömək edə biləcəyini nümayiş etdirmək imkanımız var. Bakı İqlim Fəaliyyəti Həftəsi süni intellektin üstünlüklərinin hər kəs üçün əlçatan olmasını təmin etmək baxımından mühüm olan beynəlxalq əməkdaşlıq, investisiya və potensialın inkişafı imkanlarından yararlanacağımız platforma olmalıdır. Müzakirələrdən fəaliyyətə, Bakıdan Antalyaya və COP31-ə doğru irəlilədikcə, əldə etdiyiniz tərəqqini dəstəkləməyi səbirsizliklə gözləyirəm. Çünki itirəcək bir dəqiqəmiz belə yoxdur.

Dünyanın hər yerində insanlar bizdən daha yaxşı nəticələr gözləyirlər", - deyə S.Saulo bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!