24 Yanvar 2026 09:05
1033
Mədəniyyət
A- A+
Səhnənin sönməz ulduzu

Səhnənin sönməz ulduzu


Hələ nə səhnə vardı, nə də alqışlar. Balaca bir qız öz qayğısız uşaqlıq çağlarını yaşayırdı. Hələ teatra, səhnəyə can atmırdı. Sadəcə, musiqinin sehrinə düşmüşdü. Bir də onun uşaq dünyasına yeni mənalar qatan rəqs etmək istəyi vardı...


Opera sənətinin zirvəsinə aparan yol


Leyla Vəkilova 1927-ci il yanvarın 29-da Bakıda ziyalı ailəsində dünyaya göz açmışdı. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslindən olan Leyla Vəkilovanın kiçik yaşlarından rəqsə böyük həvəs göstərməsi valideynlərinin diqqətindən yayınmayıb. Səkkiz yaşına çatanda onu Bakı Xoreoqrafiya Məktəbinə aparıblar. Balet sənəti Leyla xanıma ecazkar təsir bağışlayıb. Sonsuz maraqla bu sənətin incəliklərini öyrənib. Müəllim sarıdan bəxti gətirib. Əvvəlcə Ədilə Almaszadədən, son siniflərdə isə Azərbaycanın ilk balerinası, görkəmli balet ustası və pedaqoq, Xalq artisti Qəmər Almaszadədən dərs alıb. Bu böyük sənətkarın məktəbi Leyla Vəkilovanın yaradıcılığına böyük təsir göstərib. Bakı Xoreoqrafiya Məktəbini 1943-cü ildə bitirən Leyla Vəkilova Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasında solist kimi işə başlayıb.

Sonra Leyla ixtisasını təkmilləşdirmək üçün Moskvaya gedib. 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Doğma şəhərinə qayıdan  Leyla Vəkilova Opera və Balet Teatrının aparıcı balet aktrisası kimi fəaliyyətini davam etdirib.

İstedadlı balerinanın səhnədə debütü R.M.Qlierin "Qırmızı lalə" baletində Tao Xoa rolu olub. Bu debüt onun sənət yolunun uğurlu başlanğıcı olub. Sanki xəyallar aləminə düşüb. Tamaşaçıların alqışlarında onun da payı olduğunu düşündükcə həyəcanlanıb, sanki qəlbi köksünə sığmayıb. Tamaşa bitdikdən sonra eşitdiyi təbriklər, təriflər, xoş sözlər onu daha da fərəhləndirib. Sənət müəllimi Qəmər Almaszadə ona sevinclə, iftixarla "Əhsən, sən məndən də irəli gedəcəksən" dedikdə isə Leyla Vəkilovaya elə gəlib ki, ən böyük mükafata layiq görülüb. Bu inam gənc balerinanı zirvələrə səsləyib.

Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində canlandırdığı Gülyanaq rolu da Leyla Vəkilovanın ilk uğurlarından biri olub. Soltan Hacıbəyovun "Gülşən" baletində Gülşən rolunun ifasında göstərdiyi məharət də diqqət və rəğbətlə qarşılanıb. Teatrşünaslar balerinanın istedadını yüksək dəyərləndiriblər.

"Əla rəqqasə, qıvraq, möhkəm… hər şey canlandı, başqa bir aləm yarandı". Bu sözləri isə onun haqqında görkəmli bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletinin quruluşçu rejissoru Pyotr Qusev müsahibəsində balerinanın ifasından danışarkən söyləyib.

İstedadlı balerina müxtəlif illərdə teatrın səhnəsində ayrı-ayrı tamaşalarda bir-birindən maraqlı, fərqli rollarda səhnəyə çıxıb. Onun hər çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Leyla Vəkilova "Qız qalası", "Qu gölü", "Yatmış gözəl", "Şelkunçik", "Qırmızı lalə", "Don Kixot", "Laurensiya", "Bağçasaray fəvvarəsi", "Gülşən", "Yeddi gözəl", "İldırımlı yollarla", "Məhəbbət əfsanəsi", "Æizel", "Qızıl açar", "Qaraca qız" baletlərində əsas partiyaları uğurla ifa edib.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyünün iştirakçılarından biri də Leyla Vəkilova olub. O, "Qız qalası", "Yeddi gözəl" və "Gülşən" əsərlərində baş rollarda çıxış edib. İfası Moskva tamaşaçılarına heyrətamiz təsir bağışlayıb. Azərbaycanlı balerinanın istedadı Moskva mətbuatında qeyd olunub.


"Yeddi gözəl"lə opera səhnəsinə vida...


1962-ci ildə görkəmli bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti tamaşaya qoyulub. Tamaşada Şirin rolunu Leyla Vəkilova canlandırıb. Şirin də oynadığı digər rollar kimi ona uğur gətirib. Arif Məlikov onun ifası barədə deyib: "Bu surəti yaradaraq Leyla Vəkilova əvvəldən cızılmış xoreoqrafik konstruksiyaya isti nəfəs verə bildi. Vəkilova - Şirin tamaşaçıların qarşısında dərin məhəbbət hisslərindən pərvazlanan insan idi. Bu surəti yaradan balerina sübut edirdi ki, Şirin - poeziyadır, işıqdır, Şirin - azadlıqdır. Balerina parlaq məharətlə gənc və zərif qəlbli bir qızcığazın həyatını yaşadı. Təcrübəli aktrisanın müstəsna ustalığı nəticəsində dolğun və sönməz bir surət yarandı".

Onun yaradıcılığında xüsusi yeri olan tamaşalardan biri də "Yeddi gözəl" baleti olub. Bu tamaşa yalnız onun parlaq istedadının təcəssümü ilə yadda qalmayıb. Leyla Vəkilova 1972-ci ildə balerina kimi son dəfə "Yeddi gözəl" tamaşası ilə Opera və Balet Teatrının səhnəsinə çıxıb. O, nə qədər ağır olsa da, sevimli tamaşaçıları və vurğunu olduğu opera səhnəsi ilə vidalaşmalı olub.

Leyla Vəkilova 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. 

O, Polşada, Suriyada, Çexoslovakiyada, Hindistanda, Bolqarıstanda, Fransada, Macarıstanda, İtaliyada, Türkiyədə, Almaniyada, Nepalda, Tiflisdə ifaçı və baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olub. 

Azərbaycan mədəniyyətinə göstərdiyi xidmət, uzunillik səhnə fəaliyyəti yüksək dəyərləndirilib. Leyla Vəkilova 1955-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1958-ci ildə Xalq artisti, 1967-ci ildə isə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. 1997-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Bir zamanlar seçdiyi sənətin sirlərini ustad sənətkarlardan öyrənmiş, illər keçdikcə təcrübə qazanmış Leyla Vəkilova böyük həvəslə bildiklərini tələbələrinə öyrədib. 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyən Leyla xanım bacarıqlı pedaqoq kimi tanınıb. O, 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. 1996-cı il sentyabrın 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru olub.

Görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də vəfat edib. Fəxri xiyabanda dəfn olunub. Onun sənət yolu, arzuları yetirmələrinin yaradıcılığında  davam edir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olub

13:55
28 Yanvar

Sabah gündüz yağıntılar tədricən kəsiləcək

13:14
28 Yanvar

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir

12:20
28 Yanvar

Bakıətrafı ərazilərdə yeni tikiləcək və bərpa olunacaq dəmiryol stansiyalarının adları açıqlanıb

12:02
28 Yanvar

Komitə sədri: Azərbaycanda uşaq hüquqlarının təmini sahəsində keyfiyyətcə yeni mərhələnin əsası qoyulur

12:01
28 Yanvar

ABŞ İranın güc strukturlarının üç sabiq əməkdaşını deportasiya edib

11:57
28 Yanvar

Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi planlaşdırılır

11:54
28 Yanvar

Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir – qanun sərtləşdirilir

11:47
28 Yanvar

Uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə bir sıra qanunlara dəyişikliklər edilir

11:35
28 Yanvar

Bakıda ciu-citsu zalının açılışı olub

11:34
28 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

11:15
28 Yanvar

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!