14 Mart 2026 22:01
574
DÜNYA
A- A+
Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  


Türkiyə ayın əvvəlindən bəri hava məkanında ələ keçirilən üç İran ballistik raketinin buraxılması yerlərini müəyyən edib.

AZƏRTAC STAR qəzetinə istinadən xəbər verir ki, Tehranın raket hücumlarında iştirak etmədiyi ilə bağlı açıqlamalarına baxmayaraq, Ankara ilk raketin martın 4-də Tehranın şimal-şərqindən atıldığına dair açıq məlumatlar əldə edib. İkinci ballistik raket martın 9-da İran paytaxtının qərbindən, üçüncüsü isə martın 13-də Tehranın şimal-qərbindən atılıb.

“Raketlərin buraxılması əsasən İİKK qüvvələrinin yerləşdiyi ərazilərdən həyata keçirilib. Məqsəd, ehtimal ki, “İncirlik” aviabazası, həmçinin Tehranın fikrincə, İran ordusunun hərəkətlərini izləyən NATO-nun “Kürəcik” radarı olub”, - deyə qəzet yazır.

Nəşr Ankaradakı təhlükəsizlik mənbələrinə istinadən qeyd edir ki, İran tərəfinə Türkiyənin ballistik raketlərin ələ keçirilməsinə “təmkinli yanaşmasının” hadisəyə “məhdudiyyətsiz tolerantlıq nümayişi” kimi qəbul edilməməli olduğu barədə açıq bir siqnal verilib. “Türkiyə milli təhlükəsizliyi təmin etmək üçün kifayət qədər gücə malikdir və şübhə etmədən bütün zəruri tədbirləri görəcək”, - deyə nəşr Ankaradakı mənbələrin mövqeyinə istinadən bildirib.

Həmçinin qeyd olunur ki, gərginliyin artması fonunda İran ölkəni biri-birindən asılı olmadan hərbi əməliyyat aparan yeddi-səkkiz məsuliyyət zonasına bölünməsini nəzərdə tutan “mozaikalı təhlükəsizlik sistemi”nə keçib. “Bu o deməkdir ki, istənilən qruplardan biri qonşu dövlətlərə hücumlarda iştirakını inkar edə bilər. İran İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və digər ölkələrə hücumlardan sonra məhz belə hərəkət etdi “, - deyə nəşrdə daha sonra bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub

23:32
01 May

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə dövrü şəhərsalma təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim edəcək  

22:27
01 May

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

21:43
01 May

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib

21:33
01 May

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb  

21:05
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!