13 Mart 2026 08:45
864
Mədəniyyət
A- A+
Qədimdən qədim yeni gün

Qədimdən qədim yeni gün


Azərbaycan xalqı qədim zamanlardan bahar fəslinin gəlişini səbirsizliklə gözləyib, təmtəraqla qarşılayıb. Çünki bu fəslin gəlişi ilə təbiət buz nəfəsli, qarlı, çovğunlu, qaş-qabaqlı qışla vidalaşır, dünyaya, insanlara gülümsəyən, bolluq-bərəkət vəd edən, ümid gətirən bahara "xoş gəldin" deyir. Odur ki, qədimdə insanlar bu fəslin gəlişinə həm də çətinliklərdən qurtuluş, işığın, Xeyrin qələbəsi kimi baxırdılar.

Əlbəttə, hər il bahar fəslinin başladığı bir gün olur. Bu il də yaz fəsli Azərbaycana martın 20-si saat 18:45-də qədəm qoyacaq. Həmin gün gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Bu il yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Ancaq xalqımız qədimdən baharın yalnız gəldiyi günü bayram etməyib. Onun gəlişinə günlərlə hazırlıq görüb. Məlumdur ki, Novruz bayramına gələn  yol dörd mərhələdən keçir. Azərbaycan xalqı Novruz bayramınadək dörd çərşənbəni də bayram edir. Çərşənbələrin ilki Su, ikincisi Od, üçüncüsü Yel, dördüncüsü isə Torpaq çərşənbəsi adlanır. Torpaq çərşənbəsinə ilaxır çərşənbə də deyirlər. Hər çərşənbə bayramının özünəməxsus adət-ənənələri var.

Novruz bayramının keçirilməsinə günlərlə hazırlıq görülür. Hər yerdə səliqə-sahman, təmizlik işləri aparılır. Evin hər künc-bucağı təmizlənir, pal-paltar, xalça-palaz yuyulur. Novruzda aparılan təmizlik işlərinin xüsusi mənası var, çünki Novruz həm də təmizlənmə, yenilənmə deməkdir.

Azərbaycan xalqının sevimli bayramı olan Novruz adət-ənənələrlə zəngindir Bunlardan biri də səməni becərməkdir. Novruzun ən vacib atributlarından olan səməni baharın ilk müjdəçilərindən hesab olunur. İnsanlar bayrama günlər qalmış səməni göyərtməklə növbəti təsərrüfat ilinin bərəkətli keçməsini, bolluq, furavanlıq arzularını ifadə edirlər. 

Novruz bayramında mütləq yumurta boyanır. Yumurta həyatın, dünyanın yaranışı mənasını daşıyır. Araşdırıcıların qənaətincə, yumurta oval, dairəvi formada olduğundan qalaktikanı simvolizə edir. Ulularımızın yumurtanın ağ, göy, yaşıl, qırmızı rənglərə boyamaları dörd fəslin rəmzi, əmin-amanlıq kimi yozulur.

Novruz bayramında açılan süfrəyə xüsusi diqqət göstərilir, ona günlərlə hazırlıq görülür. Bayrama günlər qalmış paxlava, şəkərbura, qoğal və başqa şirniyyatlar bişirilir. Novruz şirniyyatları da fəlsəfi məna daşıyır. Qoğal Günəşə, şəkərbura Aya, paxlava isə ulduzlara işarədir.

Hər evdə mütləq bayram xonçası hazırlanmalıdır. Bu bayramda xonça bəzəmək Azərbaycan xalqının qədim adətlərindəndur. Xonça Novruz bayramının vacib hesab edilən atributlarından biridir. Bayram xonçası şamsız olmamalıdır. Şam Günəşin yerdəki rəmzi hesab edilir. Adətən xonçaya ailə üzvlərinin sayı qədər şam düzülür. Ailə başçısı il təhvil olan anda şamları yandırmalı və ailəsinə sağlamlıq, xoşbəxtlik, ocağına xeyir, ruzi-bərəkət diləməlidir.

Azərbaycan xalqının qədimdən bu günədək Novruz bayramında süfrəsinin zəngin olmasına diqqət yetirməsi də yeni ilin bolluq, firavanlıq içərisində keçməsi arzusundan irəli gəlir. Ölkəmizin bəzi bölgələrində bu gün də hesab edirlər ki, bayram süfrəsində "s" hərfi ilə başlayan yeddi növ xörək olmalı, sumax, sirkə, süd, səməni və səbzi kimi məhsullar yer almalıdır. Onlardan əlavə, Novruz bayramında süfrədə qoz, fındıq da olmalıdır. İnanca görə, qoz, fındıq güc deməkdir. 

Bayram axşamı ailənin bütün üzvləri birlikdə süfrə başına keçməlidirlər. Ənənəyə görə bayramın ilk günü evdə olmaq vacib sayılır. Deyirlər ki, əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan.

Göründüyü kimi, Novruz bayramı yalnız təbiətin oyanışı və həyatın təzələnməsi ilə əlaqəli deyil, həm də Azərbaycan xalqının mədəniyyətini və mənəvi dəyərlərini əks etdirən bir simvoldur. Bu bayramda hər bir adət, hər bir mərasim xalqımızın qədimliyinin, mənəvi zənginliyinin, birlik və həmrəylik arzusunun ifadəsidir. Novruz insanları bir araya gətirən, ailə bağlarını möhkəmləndirən bayramdır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

Əbədiyyətə qovuşan ömrün 103-cü baharı

08:15
02 May

Bakı lobbilərin oyuncağına çevrilmiş Avropa Parlamenti ilə əlaqələri kəsdi 

08:10
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!