Saxtakarlara etibar etməyin, həyatınızı riskə atmayın
Elə xəstəliklər var ki, yaranma səbəbləri elmə bəlli olmadığından müalicəsi, çarəsi də tapılmır. Onkoloji xəstəliklər də bunlara aiddir. Doğrudur, bu xəstəliyin bəzi növləri ilkin mərhələdə aşkar edildikdə intensiv müalicə yolu ilə ondan qurtulmaq olur.
Lakin çoxillik akademik araşdırma və axtarışlara baxmayaraq, yaranma səbəbi müəmmalı qaldığından xəstəliyin başlama və inkişaf mexanizmi tam açılmayıb. Bu, bir sıra irsi xəstəliklərə də aiddir. Onların da bir çoxunun müalicəsi yoxdur.
Şübhəsiz, hər xəstə və onun yaxınları ümidlə yaşayır, hətta möcüzə baş verəcəyinə belə inanırlar. Bəlkə bəzən də möcüzə baş verir. Bununla belə, möcüzənin “resepti” yoxdur və ola da bilməz.
Təəssüf ki, insanların əlacsız vəziyyətindən vicdansızcasına yararlanmağa çalışanlar da var. Real həyatda belələri şarlatanlıqla məşğuldurlar. Əllərində, nəfəslərində fövqəladə təsirə malik şəfalı güc olması haqqında mif yaradır, pul qazanmaq məqsədilə xəstə “müalicə” edirlər. Halbuki “müalicə” etdikləri xəstəliklər haqqında ən elementar məlumatlara belə malik olmurlar.
Son zamanlar oxşar dələduzluğun internet versiyaları da yaranıb. Bir sıra mənşəyi bəlli olmayan saytlar sensasiyalı başlıqlar verir, guya bir sıra ağır xəstəliklərin müalicəsi olduğunu, bunun bəşəriyyətdən gizlədildiyini iddia edirlər. Ardınca da özlərinin “müalicə” üsul və metodlarını irəli sürürlər. Müstəqil elm xadimləri və mütəxəssislər bu iddiaların absurd olduğunu söyləməklə yanaşı, bir sıra hallarda təklif edilən müalicə metodlarının sağlamlıq üçün son dərəcə zərərli olduğu qənaətindədirlər. Belə təkliflərə qətiyyən bel bağlamaq olmaz. Lakin belələri var - insanlar bəzən həkimə getmədən ilk olaraq belə “müalicə” üsullarına üstünlük verirlər. Nəticədə xəstə nəinki sağalır, dəyərli vaxt itirildiyindən iş-işdən keçir, vəziyyəti daha da ağırlaşır...
Yaxşı olardı ki, hər hansı xəstəliyi olan şəxslər dərhal ixtisaslı mütəxəssislərə, həkimlərə müraciət etsinlər. Heç bir elmi, tibbi savadı, bacarıq və vərdişləri olmayan fırıldaqçıların, mənşəyi şübhəli internet mənbələrinin təkliflərinə bel bağlamasınlar, həyat və sağlamlıqlarını riskə atmasınlar. Çarə olmasa belə, profilaktik müalicə ilə bir çox xəstəliklərin inkişafını dayandırmaq, fəsadlarını minimuma endirmək mümkündür.
Ülviyyə QƏNBƏRLİ,
Bakı şəhəri, həkim
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!