13 İyul 2025 09:20
630
İQTİSADİYYAT
A- A+
Samuxda taxıl bu il də boldur

Samuxda taxıl bu il də boldur


Arpa üzrə məhsuldarlıq 40 sentnerin üstündə, buğda üzrə 50 sentnerə yaxındır 


Ərzaq məhsulları sırasında taxılın strateji əhəmiyyət daşıdığını təkrarlamağa ehtiyac yoxdur. Amma indiki vaxtda bu qiymətli ərzağa olan tələbatın yerli istehsal hesabına ödənilməsinin ikiqat əhəmiyyəti olduğunu dönə-dönə deməyə ehtiyac var. 

Məhz buna görə də dövlət səviyyəsində istər əhalinin un və un məmulatları ilə təminatına, istərsə də heyvandarlığın inkişafında əsas  şərt sayılan yemə olan  tələbatın ödənilməsinə xüsusi diqqət və dəstək verilir.

Hazırda ölkəmizdə taxıl biçini yekunlaşmaq üzrədir. Belə bir dövrdə samuxlular da zəmilərdə yetişdirdikləri məhsulu vaxtında yığıb başa çatdırmaq üçün əllərindən gələni əsirgəmirlər. Əvvəlki illərdə olduğu kimi, bu il də rayon taxılçıları yüksək göstəricilərə nail olurlar. Təsərrüfatlarda 11128,6 hektara taxıl toxumu  səpilmişdi. Onun 5673,8 hektarı buğda, 5454,8 hektarı isə arpadır. Taxıl sahələrinin 5080,3 hektarı, yəni 45,7 faizi kənd təsərrüfatı müəssisələrinin, 6048,3 hektarı, yəni 54,3 faizi şəxsi təsərrüfatların payına düşür. Artıq arpa biçini başa çatmışdır. Sahələrdən 2135 ton arpa biçilmiş, hər hektarın məhsuldarlığı 43,3 sentner olmuşdur. Hazırda buğda biçilir. Son məlumata görə, 10405,2 hektardan 45099,3 ton məhsul yığılmışdır. Hər hektardan 49,3 sentner buğda biçilmişdir ki, bu da keçən ilki göstəricidən xeyli çoxdur.

Samuxda ən çox taxıl əkən "Aqro DAİRY" MMC, "Regionaqro" MMC və "Murovdağ" kəndli fermer təsərrüfatı bu il də yüksək məhsuldarlığa nail olmuşlar. Təsərrüfatlardan başqa, ayrı-ayrı fermerlər də məhsul istehsalında fərqlənirlər. Məsələn, Aşağı Ağasıbəyli kəndinin sakini Surxay Kərimov keçənilki göstəricisini təzələyərək 70 hektarda əkdiyi taxılın hər hektarından 40 sentner taxıl götürmüşdür.

Onu da qeyd edək ki, taxıl biçinində kombayna olan tələbat tam təmin olunmuşdur. Həmin hesaba havaların qeyri-sabit keçməsinə baxmayaraq, keçən ilin  eyni dövründəkindən çox taxıl sahəsı biçilmişdir.                                                                         


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!