25 Avqust 2026 18:09
55
SİYASƏT
A- A+
Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri beynəlxalq medianın diqqətində olub. Meksika mətbuatında Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri ilə bağlı məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Meksikanın Federicolamont.com portalında dərc olunan “Azərbaycan və Özbəkistan əbədi dostluq Müqaviləsi imzalayıb və Mərkəzi Asiyada C6 blokunu möhkəmləndirir” adlı məqalədə səfərin vacib məqamları oxuculara çatdırılır. Məqalə Bakı ilə Daşkənd arasında əldə olunan yeni razılaşmaların yalnız regional deyil, daha geniş beynəlxalq kontekstdə də maraq doğurduğunu göstərir.

Bildirilir ki, “Əbədi dostluq haqqında Müqavilə” Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsinin siyasi-hüquqi əsasını formalaşdırır. Bakı-Daşkənd əməkdaşlığının dərinləşməsi Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat və iqtisadi körpü rolunu, eyni zamanda, Orta Dəhlizin strateji əhəmiyyətini daha da gücləndirə bilər. Bildirilir ki, saziş iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini daha yüksək siyasi səviyyəyə çıxarır və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə Daşkənddə keçirilən görüşlər zamanı Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iki ölkənin əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə etdikləri qeyd olunur. Vurğulanır ki, səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın üçüncü iclası da keçirilib. Tərəflər ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması məqsədini müəyyənləşdiriblər.

“Əbədi dostluq haqqında Müqavilə” yalnız siyasi münasibətləri deyil, həm də enerji, nəqliyyat, logistika, investisiya, rəqəmsal inkişaf, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Saziş iki ölkənin ərazilərindən digər dövlətlərin tərəflərin suverenliyinə və təhlükəsizliyinə qarşı istifadə edilməməsi ilə bağlı öhdəlikləri də ehtiva edir.

Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri Orta Dəhlizdir. Azərbaycan Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən əsas tranzit mərkəzlərindən biri kimi çıxış edir. Özbəkistanla daha sıx əməkdaşlıq isə Mərkəzi Asiyanın dünya bazarlarına çıxış imkanlarını genişləndirə bilər”, - deyə məqalədə bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

18:09
25 Avqust

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

18:03
25 Avqust

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

17:59
25 Avqust

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

17:58
25 Avqust

Qızılın parıltısı ARDNF-nin aktivlərinə milyardlar qazandırıb

17:48
25 Avqust

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

17:45
25 Avqust

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

17:21
25 Avqust

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

17:09
25 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

16:58
25 Avqust

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

16:55
25 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

16:52
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!