25 Avqust 2026 18:39
49
Elm və texnika
A- A+
“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

Avqustun 25-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Yalçın Rəfiyev Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, onun formalaşmasına təsir edən amillər və dövlət qərarlarının qəbul edilməsi mexanizmləri barədə danışıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi, beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət və xarici siyasətin müəyyənləşdirilməsində mühüm rol oynayan amillər diqqətə çatdırılıb. Müzakirələr zamanı güclü dövlət anlayışı və onun əsas meyarları ətrafında fikir mübadiləsi aparılıb. Dövlətin gücünü şərtləndirən iqtisadi və hərbi potensial, bu amillərin zamanla dəyişməsi, eləcə də ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə təsir göstərən digər amillər barədə danışılıb.

Görüşdə iştirakçıların Azərbaycanın xarici siyasətinin prioritetləri, dövlət qərarlarının qəbulu, beynəlxalq proseslərin ölkələrin inkişafına təsiri və diplomatik fəaliyyətin xüsusiyyətləri ilə bağlı sualları cavablandırılıb.

Müzakirələrdə gənclərin dövlət idarəçiliyində fəal iştirakının, beynəlxalq proseslərə dair biliklərinin artırılmasının, analitik düşüncə və peşəkar bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Müxtəlif dövlət qurumları arasında əməkdaşlığın gənclərin inkişafı üçün yaratdığı imkanlar və “Maarifçi” proqramının bu istiqamətdə rolu barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyədək proqramın 102 məzunu olub. Hazırkı IV tələbə-məzun proqramında 53 nəfər Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində iştirak etmək hüququ qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

18:09
25 Avqust

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

18:03
25 Avqust

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

17:59
25 Avqust

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

17:58
25 Avqust

Qızılın parıltısı ARDNF-nin aktivlərinə milyardlar qazandırıb

17:48
25 Avqust

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

17:45
25 Avqust

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

17:21
25 Avqust

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

17:09
25 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

16:58
25 Avqust

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

16:55
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!