30 Avqust 2025 08:50
10069
Səhiyyə
A- A+
Sağlamlığı təhdid edən sindrom 

Sağlamlığı təhdid edən sindrom 


Gənə dişləməsi ət və süd məhsullarından ömürlük imtinaya səbəb ola bilər


Əgər ət, qatıq, pendir və süd istehlak etdikdən bir neçə saat sonra bədəniniz qaşınmağa, şişməyə və ya qəfil ağrımağa başlayırsa, bu, ilk ağlagələn ehtimal - qida zəhərlənməsi deyil, alfa-qal (Alpha-gal) sindromudur. Gənə dişləməsi nəticəsində yaranan sindrom ət və süd məhsullarına qəfil allergik reaksiyalara səbəb olan təhlükəli xəstəlikdir. Alfa-qal sindromu, adətən "Lone Star" və "İflic" gənələrinin dişləməsi ilə ötürülür.

Alfa-qal sindromu adını "qalaktoza-alfa - 1,3-qalaktoza" adlı şəkər molekulundan alır. Bu molekul inək, donuz, dovşan və maral kimi məməlilərdə olur və insan orqanizmi tərəfindən istehsal edilmir. Sözügedən şəkər molekulunu ehtiva edən gənə tüpürcəyi qana daxil olduqda immunitet sistemi onu təhlükə kimi tanıyır və anticism istehsal etməyə başlayır. Ət, süd, pendir və qatıq kimi alfa-qal ehtiva edən qidalar qəbul edildikdə, immunitet sistemi səhvən bu molekula allergik reaksiya verir. Xəstəlik immunitet sistemində yaratdığı həddindən artıq reaksiya səbəbindən həm gündəlik həyatı, həm də qidalanma vərdişlərini tamamilə dəyişdirir. Sindromun ən təhlükəli tərəfi isə müalicəsinin olmamasıdır. Xəstələr ömür boyu ət və süd məhsullarından uzaq durmağa məcbur olurlar.

Xəstəliyin simptomları özünü gənə dişləməsindən həftələr və ya hətta aylar sonra da göstərə bilər. Adətən ət və süd məhsulları istehlak edildikdən 2-6 saat sonra ortaya çıxan simptomlar qaşınma, ürəkbulanma, qusma, şiddətli qarın ağrısı, nəfəs darlığı və anafilaktik şok kimi həyati təhlükəsi olan vəziyyətlərə keçə bilər. Mütəxəssislər vurğulayırlar ki, bu simptomlar digər xəstəliklərlə qarışdırılaraq, çox vaxt diaqnozun gecikməsinə səbəb olur. Alfa-qal sindromunun diaqnozu üçün qan testi tələb olunur. Bu test həm də immunitet sisteminin alfa-qala qarşı antikor istehsal edib-etmədiyini göstərir.

Sözügedən sindrom ilk dəfə ABŞ-nin cənub-şərqində müşahidə olunsa da,  iqlim dəyişikliyi və gənə populyasiyasının artması səbəbindən sürətlə digər ölkələrə də yayılır. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına əsasən, təkcə 2023-cü ildə 450 mindən çox amerikalının bu sindromdan təsirləndiyi bildirilir. Sindrom 6 qitədə qeydə alınan hallarla qlobal sağlamlıq probleminə çevrilib. Artan maral populyasiyaları, insanların təbiətlə təmaslarının çoxalması və dəyişən iqlim şəraiti gənə populyasiyasını artırır və riski daha geniş ərazilərə yayır. Tibb işçilərinin əksəriyyətinin bu sindromdan xəbərsiz olması isə vəziyyəti daha da qəlizləşdirir. Bu, diaqnozun gec qoyulmasına və xəstələrin uzun müddət lazımi müalicə ala bilməməsinə gətirib çıxarır.

Xüsusilə yay aylarında gənələrin sayı artdığı üçün mütəxəssislər açıq havada daha diqqətli olmağı, bəzi ərazilərdə uzunqol paltar geyinməyi, gənəqovucu vasitələrdən istifadə etməyi, hər hansı bir gənə ilə təmasdan sonra tibbi müayinədən keçməyi tövsiyə edirlər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!