31 Mart 2026 17:35
307
SİYASƏT
A- A+
Rusiyalı politoloq: Azərbaycanın beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə güclənib VİDEO  

Rusiyalı politoloq: Azərbaycanın beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə güclənib VİDEO  


1918-ci ilin mart hadisələri azərbaycanlı mülki əhaliyə qarşı etnik mənsubiyyətə görə həyata keçirilmiş kütləvi qırğınlar olmaqla tarixdə hələ də tam hüquqi-siyasi qiymətini almamış faciəli səhifələrdən biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq Tatyana Poloskova bildirib.

O, 1918-ci il hadisələri ilə bağlı dərin hüznünü ifadə edərək qeyd edib ki, həmin dövrdə baş verənlər on minlərlə insanın etnik mənsubiyyətinə görə sistemli şəkildə məhv edilməsi ilə müşayiət olunub. “Bu, şübhəsiz ki, soyqırımıdır. İnsanların etnik prinsip əsasında kütləvi şəkildə məhv edilməsi soyqırımı cinayətidir və bu tarix səhifəsinə mütləq şəkildə hüquqi və siyasi qiymət verilməlidir”, – deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, bu faciənin günahkarları bu gün həyatda olmasalar da, onların adlarının tarixdə qeyd olunması və məsuliyyət məsələsinin prinsipial şəkildə gündəmdə saxlanılması vacibdir. Hadisələrin yalnız tarixi fakt kimi qeyd olunması kifayət deyil, eyni zamanda, onların beynəlxalq səviyyədə, xüsusilə nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində soyqırımı kimi tanınmasına nail olmaq lazımdır.

“Tez-tez bu istiqamətdə hansı arxiv və tarixi sübutların tələb olunduğu ilə bağlı suallar səsləndirilir. Arxiv materialları və tarixi faktlar mühüm əhəmiyyət daşısa da, bu, məsələnin yalnız bir tərəfidir. Şübhəsiz ki, faktoloji baza vacibdir. Lakin müasir dünyada yalnız arxiv sənədlərinə istinad etməklə nəticə əldə etmək mümkün deyil. Bu, geniş informasiya siyasəti, beynəlxalq mediada aktiv iştirak və təsirli lobbiçilik fəaliyyəti ilə müşayiət olunmalıdır”, – deyə T.Poloskova vurğulayıb.

O bildirib ki, müasir tarixdə bəzi ölkələr tərəfindən kifayət qədər əsaslandırılmamış iddiaların belə güclü informasiya və lobbi dəstəyi hesabına beynəlxalq səviyyədə qəbul etdirilməsi hallarına rast gəlinir. Bu baxımdan Azərbaycanın da öz tarixi həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün kompleks və sistemli fəaliyyət göstərməsi zəruridir. Müxtəlif dövrlərdə baş vermiş hadisələrlə bağlı yanaşmaların obyektiv təhlili vacibdir və tarixi faktların təhrif olunaraq təqdim edilməsi beynəlxalq müstəvidə yanlış təsəvvürlərin formalaşmasına səbəb olur.

T.Poloskova bu kontekstdə bəzi iddiaların siyasi məqsədlərlə formalaşdırıldığını və uzun illər ərzində lobbiçilik mexanizmləri vasitəsilə təşviq edildiyini diqqətə çatdıraraq deyib: “Ermənistanın uzun illər ərzində müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərən lobbi strukturları formalaşdırması bu məsələdə mühüm rol oynayıb. Həmin mexanizmlər vasitəsilə müxtəlif qərarların qəbuluna təsir göstərmək mümkün olub və bu təcrübə diqqətlə öyrənilməlidir. Azərbaycan da bu istiqamətdə daha sistemli və məqsədyönlü fəaliyyət göstərməlidir. Xüsusilə beynəlxalq mediada mövcudluğun artırılması, xarici ekspert icması ilə əlaqələrin genişləndirilməsi və effektiv lobbiçilik mexanizmlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir”.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkənin beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə güclənib və xarici ekspert icması ilə əlaqələr uğurla qurulub. Lakin bu fəaliyyətin beynəlxalq media və ictimai rəy müstəvisində daha da genişləndirilməsinə ehtiyac var. Bu istiqamətdə müxtəlif ölkələrdə, o cümlədən Rusiyada Azərbaycanla dostluq münasibətlərini təşviq edən platformaların yaradılması məqsədəuyğun olardı. Belə təşəbbüslər, məsələn, “Azərbaycanın dostları” kimi platformaların formalaşdırılması beynəlxalq ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə töhfə verə bilər.

“Sosial şəbəkələrdə aparılan monitorinqlər də regionda mövcud ictimai rəy barədə müəyyən təsəvvür formalaşdırır. Ermənistan cəmiyyətində müxtəlif yanaşmalar mövcuddur: bir tərəf Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini anlayır, digər tərəf isə hələ də destruktiv mövqedən çıxış edir və dialoqa hazır deyil. Regionda davamlı sülhün təmin olunması üçün qarşılıqlı anlaşma və konstruktiv yanaşma vacibdir. Əks halda, bu proseslərin uzanması və nəticəsiz qalması riski mövcuddur. Tarixi faciələrin unudulmaması və gələcək nəsillərə düzgün şəkildə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə maarifləndirmə işləri genişləndirilməli, tarixi həqiqətlər sistemli şəkildə təqdim olunmalıdır”, – deyə T.Poloskova bildirib.

Onun fikrincə, beynəlxalq aləmdə Azərbaycanın mövqeyini anlayan və dəstəkləyən kifayət qədər sağlam düşüncəli insanlar mövcuddur və qarşılıqlı siyasi iradə olduğu təqdirdə 1918-ci il hadisələrinin soyqırımı kimi tanınması istiqamətində mühüm nəticələr əldə etmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Apreldə Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

11:13
01 Aprel

Ötən gün axtarışda olan 233 nəfər saxlanılıb

11:12
01 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

11:11
01 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

11:10
01 Aprel

BMT Baş Assambleyası təşkilatın fəaliyyətini gücləndirmək üçün mühüm qətnamə qəbul edib  

11:10
01 Aprel

DÇ-2026: Final mərhələsinə vəsiqə qazanan bütün yığmalar bəlli olub 

10:36
01 Aprel

İsveç nəşrində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu vurğulanıb

10:35
01 Aprel

Myanmada xunta lideri prezidentliyə namizəddir  

10:17
01 Aprel

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Azərbaycana səfərə gəlib

10:15
01 Aprel

Azərbaycan nefti 132 dolları ötüb

09:43
01 Aprel

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

09:43
01 Aprel

BƏƏ Hörmüz boğazını açmaq üçün güc tətbiq etməyə hazırdır

09:41
01 Aprel

Rubio: ABŞ-nin İrana qarşı hərbi əməliyyatı sona yaxınlaşır

09:41
01 Aprel

Tədqiqat: Yer Ayı kosmik radiasiyadan qoruyurmuş

09:39
01 Aprel

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

08:40
01 Aprel

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

08:35
01 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

08:30
01 Aprel

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

08:27
01 Aprel

Gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsi

08:25
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!