30 Sentyabr 2025 09:10
14068
Oxucu məktubları
A- A+
Qusarlılar tamaşalara həvəslə gəlirlər

Qusarlılar tamaşalara həvəslə gəlirlər


Qusar Dövlət Ləzgi Dram Teatrı  1992-ci il iyul ayının 3-dən fəaliyyət göstərir. Teatrın yaradılmasının  maraqlı bir tarixi var. 

Həsən Seyidbəylinin ssenarisi əsasında quruluşçu rejissor Lətif Səfərovun çəkdiyi "Qızmar günəş altında" filmində çəkilmiş həmyerlimiz Əkbər Fərzəliyev 1963-cü ildə rayonumuzda Ləzgi Xalq Teatrının təşkili üçün Mədəniyyət Nazirliyi tərəfindən Qusara göndərilir. 1965-1970-ci illər Qusar  Ləzgi Xalq Teatrının inkişafında parlaq dövr olmuş,  Əskər Əmirəhmədov, Nora Əlimova, Qiyafəddin Hacıyev, Pəri Həbibullayeva, Həsən Əhmədov, Bünyam Zalov və onlarca sənət ustaları respublikamızın mədəniyyət tarixində öz adlarını yaradıcılıqları ilə yazmışlar. Şərəfli bir tarixə malik olan Qusar Dövlət Ləzgi Dram Teatrı zəngin sənət ənənələrinə malik bir kollektivdir. 

1992-ci ildən bu günədək teatrda 170-dən çox dram əsəri səhnələşdirilmişdir. Teatrın səhnəsində yerli yazarların əsərlərindən hazırlanan tamaşalara sevilə-sevilə baxılır. Ümumiyyətlə, teatr gündən-günə inkişaf edir. Səhnələşdirilən hər bir tamaşa bədii tərtibatı, dolğun rejissor işi, aktyor oyunu ilə seçilir. Azərbaycan mədəniyyətində özünəməxsus rolu olan bir çox sənət adamının adı bu teatrın səhnəsində minnətdarlıqla çəkilir. Onlardan Yalçın Qaraxanov, Lalə Qurbanova, Rəhilə Hacıbəyova, Rübabə Qasımova, Kəmalə Səfərova,  Tacir Şahbazov, Yuri Kərimov, Tofiq Mustafayev, Elnur Hacıyev, Həsrət Nəsrullayev, Sədaqət Əlimuradova,  Diana Cəfərova, Arzu Məmmədrzayeva, Emma Xeyirbəyova və başqaları yaratdıqları obrazlarla teatrsevərlərin rəğbətini qazanmışlar. 

Bu gün kollektiv qusarlılara Mirzə Fətəli Axundzadənin əsəri əsasında "Hekayəti xırs quldurbasan", Torqut Özakmanın "Adət" tamaşalarını təqdim edir. Zəfər bayramına isə kollektiv yeni bədii kompozisiyalar hazırlayacaq. Burada qusarlı şəhid və qazilərimizin göstərdikləri qəhrəmanlıqlar yer alacaq.

 Kollektiv uşaqları da yaddan çıxarmayıb. Yeni il bayramında "Qırmızıpapaq nağılı",  "Dovşanın ad günü" və digər tamaşalar uşaqlara hədiyyə ediləcək. Tamaşalara təkcə rayon mərkəzinin təhsil müəssisələri deyil, növbə ilə kənd məktəblərinin şagirdləri də dəvət olunur.

 Bu gün Qusar Dövlət Ləzgi Dram Teatrı Azərbaycan və ləzgi dillərində tamaşaları ilə mədəniyyətimizin inkişafına xidmət edir. Hər iki dildə göstərilən tamaşalar sevilərək izlənilir. 


Bağır ƏHMƏDOV,

teatrın quruluşçu rejissoru, Qusar rayon sakini


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

16:51
25 May

Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələyə keçir

15:16
25 May

Şükürbəyli kəndində daha 119 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:50
25 May

Azərbaycan-Afrika münasibətləri: Bakıda “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans - YENİLƏNİB

14:47
25 May

QMİ sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib, bayram namazının vaxtını açıqlayıb

14:45
25 May

Ermənistan XİN: Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur  

14:32
25 May

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

14:26
25 May

Gürcüstanın Baş naziri: Azərbaycanla danışıqlara ortaq maraqlar baxımından dostcasına söhbət kimi yanaşırıq

14:21
25 May

Yağıntılar sabah axşam tədricən kəsiləcək

14:15
25 May

ABŞ dövlət katibi: İranla sülh razılaşması ilə bağlı nəticə bu gün elan edilə bilər

14:06
25 May

Hərbi-idman oyununun paytaxt üzrə finalçıları bəlli olub

14:01
25 May

Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya

13:56
25 May

Baş dövlət baytarlıq müfəttişi qurban kəsimi ilə bağlı vətəndaşlara müraciət edib

13:42
25 May

İsmayıllı sakini: Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı

13:27
25 May

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

13:13
25 May

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

13:07
25 May

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq

12:56
25 May

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT  

12:41
25 May

ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

12:38
25 May

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

12:31
25 May

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

12:23
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!