25 May 2026 12:38
118
CƏMİYYƏT
A- A+
ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər


Nyu-Yorkda Azərbaycan Respublikasının 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Gecənin təşkilatçısı Nyu-Yorkdakı Azərbaycan Yəhudi İcması və “Amerikadakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov olub.

İcmadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan və yəhudi diasporunun nümayəndələri, ictimai xadimlər, həmçinin Azərbaycanın tarixi və mədəniyyətinə maraq göstərən Nyu-York sakinləri iştirak ediblər.

Rəsmi hissə Azərbaycan və ABŞ Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin aparıcısı, Nyu-Yorkdakı Azərbaycanəsilli gənclər təşkilatının üzvü Fərid Axundov Azərbaycan istiqlal tarixinə qısa ekskurs edib, müstəqil dövlətçiliyin əhəmiyyətindən danışıb.

İsraildə yaşayan Azərbaycan diasporunun fəallarından olan “Azİz” Assosiasiyasının vitse-prezidenti və İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman da iştirakçıları bayram münasibətilə təbrik edib. O, İsraildə nəşr olunmuş “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabını təqdim edib.

Qeyd olunub ki, kitab Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlət vəzifələrində çalışmış, ictimai fəaliyyətlə məşğul olmuş tanınmış yəhudilər haqqında ensiklopedik məlumatlardan ibarətdir. Nəşrdə Azərbaycandakı çoxəsrlik tolerantlıq ənənələri, eləcə də yəhudi icmasının ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolu əksini tapıb.

Sonra qonaqlara azərbaycanlı rejissor Rüfət Əsədovun “Sevgimizin yolları” adlı sənədli film nümayiş etdirilib. “Sholumi Mərkəzi”nin istehsalı olan ekran əsərinin prodüseri Şaul Siman-Tovdur.

Film Azərbaycan və İsrail xalqları arasındakı dostluq və tolerantlıq münasibətlərindən bəhs edir. Ekran əsərində fərqli dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanın nümunəvi multikultural mühitində birgəyaşayışı, fərqli millətlərə mənsub olan Mixail və Yeganə Salmanların əbədi sevgi hekayəsi təqdim olunur.

Filmdə, həmçinin İsraildəki diaspor həyatı, Vətən sevgisi və mədəni əlaqələr əsas xətt kimi önə çıxır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT  

12:41
25 May

ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

12:38
25 May

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

12:31
25 May

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

12:23
25 May

Ədliyyə Nazirliyində sahibkarlarla görüşdə biznesin inkişaf yollarından danışılıb

12:13
25 May

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

12:11
25 May

Media: WUF13 urbanizasiya sahəsində memarlıq, planlaşdırma və dövlət siyasətinin rolunu vurğulayıb

12:08
25 May

Əl-Cəzirə: ABŞ İranla qarşılıqlı razılaşmalardan geri çəkilir

12:07
25 May

Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin 1-ci Forumu aktiv müzakirələrlə yadda qalıb

12:01
25 May

Ötən həftə 78 mina və 416 digər partlayıcı sursat zərərsizləşdirilib

11:55
25 May

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

11:53
25 May

Ağdamın dağıdılması urbisid kontekstində beynəlxalq elmi araşdırmada təhlil edilib

11:49
25 May

Xəbərdarlıq: 10 Afrika ölkəsində yüksək Ebola epidemiyası riski var

11:45
25 May

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

11:43
25 May

Beynəlxalq axtarışda olan təqsirləndirilən şəxs ölkəmizə gətirilir

11:37
25 May

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:32
25 May

Nazir müavini: Liviyadakı səfirliyin fəaliyyətinin bərpası gündəmdədir

11:28
25 May

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

11:24
25 May

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

11:18
25 May

Uqandanın BMT-də daimi nümayəndəsi: Azərbaycan Cənub–Cənub əməkdaşlığını daha yüksək səviyyəyə qaldırıb

11:16
25 May

İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə

11:07
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!