28 İyul 2026 09:05
138
İQTİSADİYYAT
A- A+
Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq


Qusar Rayon İcra Hakimiyyətində növbəti şura iclası keçirilib. İclasın gündəliyində Prezidentin təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı rayon üzrə tədbirlər planının hazırlanmasında yerli fermer və sahibkarların iştirakı məsələsi dururdu.

Giriş sözü ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov bildirdi ki, yeni dövlət proqramı aqrar sahənin dayanıqlı inkişafının təmin olunması, istehsal və emal zəncirinin gücləndirilməsi, eləcə də regionlarda məşğulluğun artırılması baxımından strateji əhəmiyyət daşıyır. Diqqətə çatdırıldı ki, proqramın əsas hədəfləri ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, müasir texnologiyaların tətbiqi, ətraf mühitin qorunması, aqrar sahədə maliyyə əlçatanlığının və sığorta mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda balıqçılıq və akvakultura sahəsinin potensialının reallaşdırılması, bu sahədə yeni istehsal və emal müəssisələrinin yaradılması da prioritet istiqamətlər sırasındadır. Qusarın iqlim şəraiti və təbii resurslarının aqrar sahənin inkişafı üçün geniş imkanlar yaratdığını deyən S.Məmmədxanov qeyd etdi ki, rayon icra hakimiyyəti olaraq dövlət proqramından irəli gələn bütün vəzifələrin vaxtında və keyfiyyətlə icrası təmin ediləcək, sahibkar və fermerlərlə mütəmadi görüşlər keçiriləcək, onların təklif və müraciətləri nəzərə alınacaq.

Sonra rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri İkram Tumarxanov çıxış etdi. Bildirildi ki, proqramda sahənin gələcək inkişafı üçün əsas strateji məqsədlər, hədəf və prioritet istiqamətlər müəyyən edilib və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının və məhsuldarlığın artırılması, ixracyönümlü məhsul istehsalının genişləndirilməsi, innovasiya və rəqəmsal texnologiyaların tətbiqi, insan kapitalının inkişaf etdirilməsi proqramın əsas hədəflərindəndir: "Qusar kənd təsərrüfatı ixtisaslı rayon olduğundan bu proqram yerli fermerlər üçün xüsusi əhəmiyyət kəsb edir. Odur ki, proqramdan irəli gələn vəzifələrin rayon səviyyəsində icrasını əlaqələndirmək və səmərəli təşkil etmək məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə 21 üzvdən ibarət qərargah yaradılıb".

Qeyd edildi ki, rayonda bitkiçilik üzrə ixtisaslaşma istiqamətləri nəzərə alınmaqla təsərrüfatlar və sahibkarlar üzrə mövcud əkin sahələri, məhsuldarlıq və illik istehsal göstəriciləri təhlil ediləcək. Yeni əkin sahələrinin salınması, bu məqsədlə nəzərdə tutulan investisiyaların həcmi, eləcə də gələcək dövr üçün məhsuldarlıq üzrə hədəf göstəriciləri müəyyənləşdiriləcək. Həmçinin təsərrüfatlar üzrə heyvanların baş sayı, istehsal olunan məhsulun həcmi, artırılması planlaşdırılan damazlıq və cins mal-qaranın sayı, yeni yaradılması nəzərdə tutulan heyvandarlıq və quşçuluq təsərrüfatları, bu sahəyə qoyulacaq investisiyaların həcmi barədə məlumatlar toplanacaq. Tədbirlər planında rayon ərazisində yaradılması nəzərdə tutulan emal müəssisələrinin fəaliyyət istiqamətləri, tələb olunan xammal ehtiyatları, istehsal gücü, yaradılacaq yeni iş yerlərinin sayı və qoyulacaq investisiyanın həcmi öz əksini tapacaq.

Çıxış edən Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov isə rayonun kənd təsərrüfatı sahəsində son illər əldə olunmuş nəticələr, əsas iqtisadi göstəricilər, həyata keçirilən layihələr və mövcud problemlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, müasir aqrotexniki yanaşmaların tətbiqi və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər kənd təsərrüfatının inkişafına mühüm töhfə verib. Kənd təsərrüfatı sahəsində zəngin təcrübəyə və yüksək istehsal potensialına malik olan Qusar rayonu proqramda müəyyən edilmiş hədəflərin uğurla həyata keçirilməsi üçün bütün imkanlara malikdir. 

R.Minhacov xüsusilə rayonun meyvəçilik, heyvandarlıq və digər kənd təsərrüfatı sahələri üzrə ixrac potensialının daha da artırılmasının vacibliyini vurğuladı. Qeyd olundu ki, Qusarda kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi həcmi 84700 hektardır. Bunun 35500 hektarını əkinəyararlı torpaqlar, 29398 hektarını suvarılan sahələr təşkil edir. Hazırda rayonda kənd təsərrüfatı sahəsində 19600 nəfər çalışır ki, onlardan 14700 nəfəri bitkiçilik, 4900 nəfəri heyvandarlıq sahələrində fəaliyyət göstərir. Son illər rayon üzrə istehsal edilən ümumi məhsulun dəyərində kənd təsərrüfatının payı 53-55 faiz təşkil edib. Bu göstərici aqrar sahənin rayonda aparıcı sahələrdən biri olduğu deməkdir. Son dövrlər rayonda əsas inkişaf meyvəçilik və bitkiçilik sahələrində müşahidə olunub. Amma heyvandarlıq sahəsində müəyyən azalma qeydə alınıb. Belə ki, heyvandarlıq məhsullarının istehsalında rayonun ölkə üzrə xüsusi çəkisi 1,04 faizdən 0,96 faizə enib.

DAİM direktoru rayon ərazisində fəaliyyət göstərən fermerləri, sahibkarları və aqrar sahə mütəxəssislərini dövlət proqramının icrasında fəal iştirak etməyə çağırdı. Bildirdi ki, proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi təkcə istehsalçıların gəlirlərinin artmasına deyil, həm də ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, daxili bazarın keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına və dövlət iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.

İclasda "İSFA" MMC-nin direktoru Samir Xeyirbəyov da çıxış etdi. O, rəhbərlik etdiyi müəssisə tərəfindən rayonda həyata keçirilməsi nəzərdə tutulan investisiya layihələri barədə məlumat verdi: "Müəssisəmiz Qusarda müasir tingçilik təsərrüfatı yaratmağı planlaşdırır. Layihə çərçivəsində ildə yüksəkkeyfiyyətli 2 milyon tingin istehsalı nəzərdə tutulub. İstehsal olunacaq tinglər ilk növbədə yerli fermer və sahibkarlara veriləcək. Eyni zamanda müəssisəmiz tərəfindən ölkəyə müasir damcı suvarma sistemlərinin gətirilməsi və onların peşəkar quraşdırılması üçün müvafiq baza və xidmət mərkəzinin yaradılması da planlaşdırılır. Bu təşəbbüs suvarma suyundan səmərəli istifadəni təmin etməklə yanaşı, kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artmasına və istehsal xərclərinin optimallaşdırılmasına xidmət edəcək".  

"Mucuq AGRO" MMC-nin təsisçisi, sahibkar Æalə Əmirbəyova və "El Fruits" MMC-nin təsisçisi Elçin Həsrətov da çıxış edərək nəzərdə tutulan layihələr və görüləcək işlər barədə geniş məlumat verdilər. 

Şura iclasının yekununda sahibkarların sualları cavablandırıldı və gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərar layihəsi qəbul olundu.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yay mövsümündə gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir

09:35
28 İyul

Sietl qida festivalında atışma: ölənlər və yaralananlar var

09:30
28 İyul

Parisdə insanlar hücuma məruz qalıblar

09:25
28 İyul

Olimp dağı, Normandiya çimərlikləri, İranın Əlamut qalası... 

09:20
28 İyul

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

Əlaqələrin inkişafı Azərbaycanı Avropanın enerji bazarına çıxarır, Almaniya isə enerji təhlükəsizliyini təmin edir 

08:20
28 İyul

“Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın strateji rolu daha da güclənəcək”

08:15
28 İyul

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

08:10
28 İyul

Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın bərpası Avrasiyanın yeni geosiyasi arxitekturasının ayrılmaz hissələridir

08:05
28 İyul

Azərbaycanın uğurlu diplomatiya modeli

08:00
28 İyul

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!