27 İyul 2026 19:08
201
İQTİSADİYYAT
A- A+
Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə pilot layihələr icra olunacaq

Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə pilot layihələr icra olunacaq

Məcnun Məmmədov Türkiyə nümayəndə heyəti ilə görüşüb


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Dövlət Su İşləri İdarəsinin Baş direktorunun müavini Faruk Fıratoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında aqrar sahədə əməkdaşlıq, torpaqların konsolidasiyası sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Nazir Məcnun Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın aqrar sektorun inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Dövlət Proqramında torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin olunması əsas prioritetlər kimi müəyyənləşib. Bu istiqamətdə proqramda torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.

Nazir qeyd edib ki, pilot layihələrin icrasında Türkiyənin bu sahədə formalaşmış təcrübəsinin öyrənilməsi və tətbiqi, həmçinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Görüşdə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan pilot layihələr, torpaqların konsolidasiyası mexanizminin tətbiqi ilə bağlı hüquqi, institusional və texniki məsələlər, aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi, eləcə də gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Ekspertlərin Azərbaycanda torpaqların konsolidasiyası üzrə pilot layihələrin həyata keçiriləcəyi Qəbələ və Salyan rayonlarına səfəri, aparılan qiymətləndirmələrin nəticələri və ilkin təəssüratlar müzakirə olunub. Müzakirələr zamanı pilot ərazilərin mövcud vəziyyəti, konsolidasiya imkanları və layihələrin uğurla icrası üçün zəruri texniki və institusional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər torpaqların konsolidasiyası sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bilik və təcrübə mübadiləsinin davam etdirilməsi, müvafiq istiqamətdə birgə fəaliyyətin gücləndirilməsinin hər iki ölkənin aqrar sektorunun inkişafına töhfə verəcəyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rumıniya Rusiya diplomatını ölkədən çıxarır

19:41
27 İyul

Tramp İranla danışıqlara daha bir şans vermək üçün hücumları dayandırmaq qərarına gəldiyini açıqlayıb

19:39
27 İyul

Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə pilot layihələr icra olunacaq

19:08
27 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

18:34
27 İyul

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılış mərasimi keçirilib

18:23
27 İyul

Mikayıl Cabbarov: U-17 dünya çempionatı Azərbaycana etimadın göstəricisidir

18:13
27 İyul

UWW prezidenti: Güləşçilərə arzum budur ki, Azərbaycanın od-alovundan ilham alsınlar

18:08
27 İyul

Çingiz Hüseynzadə: Dünya çempionatı Azərbaycanın idman təşkilatçılığı baxımından yüksək səviyyədə olduğunu bir daha təsdiq edəcək

17:58
27 İyul

Fərid Qayıbov: İnanıram ki, dünya çempionatı Azərbaycan güləşçiləri üçün uğurlu olacaq

17:43
27 İyul

Sumqayıt Sənaye Parkında indiyədək 42 sahibkarlıq subyektinə rezident statusu verilib

17:10
27 İyul

“Moody’s” SOCAR-ın kredit reytinqini yenidən təsdiqləyib

16:41
27 İyul

Medianın İnkişafı Agentliyi Bəyanat yayıb

16:39
27 İyul

Bu il SOCAR xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edib

16:35
27 İyul

Bu ilin ikinci rübündə Azərbaycanda qaz hasilatı artıb

16:17
27 İyul

Ukrayna kəşfiyyatı Rusiya FTX-nin təxribatının qarşısını aldığını açıqlayıb

16:07
27 İyul

Sabah dənizdə dalğanın artacağı gözlənilir, əhaliyə çimərliklərdə ehtiyatlı olmaq tövsiyə edilir

15:59
27 İyul

Oğuz rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

15:53
27 İyul

Suriya lideri ölkəsinin xarici siyasət prioritetlərini açıqlayıb

15:47
27 İyul

Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb

15:01
27 İyul

Bakı ICESCO-nun mühüm tədbirinə ev sahibliyi edir

14:57
27 İyul

Xəzər Boru Kəməri Konsorsiumu neftin qəbulunu bərpa edib

14:48
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!