28 İyul 2026 08:40
201
SİYASƏT
A- A+
Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb


Cənubi Qafqaz regionu onilliklər boyu davam edən münaqişə səhifəsini bağlayaraq, nəhayət ki, davamlı və möhkəm sülhün təməlini yaradır. Lakin regionda sabitliyin bərqərar olması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılan tarixi addımlar okeanın o tayındakı müəyyən dairələri görünür ki, narahat edir. ABŞ Konqresindəki ermənipərəst qüvvələrin və erməni lobbisinin təsiri altında olan siyasətçilərin son addımları onların hələ də köhnə qərəzlərdən əl çəkmədiyini, regional sülhü və iki ölkə arasında yaxınlaşmanı hədəf aldığını aydın göstərir.


Əsassız ittihamlar ölkəmiz tərəfindən qətiyyətlə rədd edilir


İyulun 22-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən H.R. 9087 saylı qanun layihəsinin müzakirəsi zamanı Azərbaycana qarşı bir sıra əsassız iddiaları özündə əks etdirən düzəliş müzakirə edilib. Sabiq konqresmen, adı qalmaqallarda hallanan Robert Menendesin siyasi xəttinin davamçısı Bred Şermanın müəllifliyi ilə irəli sürülən bu təşəbbüs erməni lobbi qruplarının siyasi gündəliyini həyata keçirməkdən başqa bir şey deyil.

Yaxınlaşan seçkilər ərəfəsində maliyyə və siyasi dəstək qazanmaq məqsədilə atılan bu addım ABŞ-nin milli maraqlarına deyil, sırf dar lobbi maraqlarına xidmət edir.  Ekspertlərin fikrincə, qəbul olunan qərarların obyektivliyini şübhə altına alan bu cür praktika Birləşmiş Ştatların hüquq-mühafizə orqanları tərəfindən ciddi surətdə araşdırılmalı və  lazımi hüquqi qiymətini almalıdır.

Azərbaycan Respublikasının Milli Məclisi də sözügedən düzəlişi və əsassız ittihamları qətiyyətlə rədd edərək, bunu beynəlxalq hüquq normalarına kobud etinasızlıq və siyasi təzyiq aləti kimi qiymətləndirib: "Sözügedən təşəbbüsün erməni lobbisinin Azərbaycanı gözdən salmaq üçün çoxdan bəri həyata keçirdiyi kampaniya çərçivəsində irəli sürüldüyü aşkardır. Eynilə belə bir çirkin missiyanı Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo yerinə yetirir. Onun Rusiyanın erməni mənşəli oliqarxı Samvel Karapetyan da daxil olmaqla, erməni şovinist dairələri ilə bağlı şəxslərin maliyyə yardımı ilə siyasi motivli rəylər hazırladığı beynəlxalq ictimaiyyətə məlumdur". 

Milli Məclisin bu məsələyə münasibətində vurğulanır ki, eyni siyasi xətt Avropanın bir sıra parlament qurumlarının, o cümlədən Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində də görünür: "Bu qurumun ayrı-ayrı deputatları, xüsusən Frank Şvabe kimi şəxslər uzun müddətdən bəri Azərbaycan barəsində qeyri-obyektiv və qərəzli təşəbbüslərlə çıxış edirlər. Bütün bu hərəkətlər erməni lobbisinin müxtəlif beynəlxalq parlament platformalarında həyata keçirdiyi dəqiq əlaqələndirilmiş kampaniyanın tərkib hissələridir". 

Qeyd olunan düzəlişdə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslər barəsində "hərbi əsirlər" və "siyasi məhbuslar" kimi terminlər işlədilir. Milli Məclisin münasibətində bu halın hiddət doğurduğu vurğulanır: "Bu şəxslər hərbi əsirlər və ya siyasi məhbuslar deyildir. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulan hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və digər cinayətlər törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmişlər.  Onları siyasi təqibin qurbanları kimi qələmə vermək cəhdləri faktların bilərəkdən təhrif edilməsidir və müstəqil dövlət tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsinə birbaşa müdaxilədir".

Eyni zamanda bu təxribat Türk Dövlətləri Parlament Assambleyasında (TÜRKPA) da kəskin narahatlıq doğurub. TÜRKPA-nın baş katibi Ramil Həsənin yaydığı bəyanatda vurğulanıb ki, sülh quruculuğu prosesinin fəal davam etdiyi bir dövrdə bu cür təşəbbüslərin irəli sürülməsi təəssüf doğurur. Qanunvericilik qərarlarının lobbi maraqlarına deyil, faktlara və beynəlxalq hüquqa əsaslanmalı olduğunu xatırladan TÜRKPA qanunverici orqanları iki ölkə arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addımlardan çəkinməyə çağırıb.

 

Bu hücumlar təsadüfi deyil


ABŞ-dəki lobbiçi konqresmenlərin bu hücumları təsadüfi deyil. Bütün bunların sülh prosesinin həlledici mərhələyə qədəm qoyduğu bir vaxta təsadüf etməsi planlı məqsədlərdən xəbər verir. 

Məlum olduğu kimi, ötən il iyulun 10-da Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində keçirilən vasitəçisiz ikitərəfli görüşü sülh gündəliyinin irəlilədilməsində dönüş nöqtəsi oldu. Bu müsbət dinamika beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirildi. ABŞ Prezidenti Donald Tramp iki ölkə arasındakı münaqişənin tezliklə və tamamilə həll olunacağına inamını ifadə etdi.

Nəhayət, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülhün təməl addımı atıldı. Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamə imzalandı və sülh müqaviləsinin mətni paraflandı. Sülhün real müstəviyə keçdiyini və tərəflər arasında yekun sənədin imzalanmasına çox az vaxt qaldığını görən ermənipərəst dairələr əllərində olan son təzyiq rıçaqlarını işə salmağa çalışırlar.

Xatırladaq ki, ötən ilin bu günlərində bəzi konqresmenlər ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edərək ermənilərin "Dağlıq Qarabağ"a qayıtmasına dəstək verməsinə çağırmışdılar. Müraciəti ABŞ Konqresində Ermənistanla dostluq qrupunun həmsədrləri Frank Peloni, Qas Bilirakis, Bred Şerman və Devid Valadaonun rəhbərliyi ilə hər iki partiyadan olan konqresmenlər imzalamışdılar. Bu bir daha sübut edir ki, Qarabağdan könüllü şəkildə, heç bir təhlükə olmadan köçən erməni sakinlərin mövzusundan Azərbaycana qarşı təzyiq kartı kimi istifadə olunmağa çalışılır.

Lakin bu "insan hüquqları müdafiəçiləri" nədənsə real tarixi faciələrə göz yumurlar. 1980-ci illərin sonlarında Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 300 min azərbaycanlı ata-baba yurdlarından amansızlıqla qovulub və onların qayıdış hüququ indiyədək təmin edilməyib.

Birinci Qarabağ müharibəsi zamanı işğalçılıq siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlı öz torpaqlarından didərgin düşüb, kütləvi qətliamlara məruz qalıb. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aşkarlanan kütləvi məzarlıqlar bu vəhşiliyin bariz sübutudur.

İkiüzlü konqresmenlər bu günə qədər bir dəfə də olsun hüquqları pozulmuş 1 milyondan çox azərbaycanlının taleyindən söz açmayıblar.

Bu qərəzli kampaniyaların arxasında duran digər bir məqam isə Azərbaycan ilə ABŞ arasında son dövrlər dinamik inkişaf edən müsbət münasibətlərdir. ABŞ Prezidenti Donald Tramp ilə Prezident İlham Əliyev arasındakı şəxsi dostluq münasibətləri və qarşılıqlı etimad, eləcə də Vaşinqtonun Bakının sülh səylərinə verdiyi xüsusi dəstək erməni lobbisini ciddi şəkildə narahat edir.

Bütün qərəzli addımlara, təzyiq cəhdlərinə və çirkin siyasi oyunlara baxmayaraq, gerçəklik dəyişməz qalır. Cənubi Qafqazda sülhü hədəf alan radikal şovinist planlar boşa çıxmağa məhkumdur. Azərbaycan regionda ədalətə, beynəlxalq hüquqa və davamlı sülhə söykənən yeni reallıqlar yaratmaqda davam edəcək.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

Əlaqələrin inkişafı Azərbaycanı Avropanın enerji bazarına çıxarır, Almaniya isə enerji təhlükəsizliyini təmin edir 

08:20
28 İyul

“Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın strateji rolu daha da güclənəcək”

08:15
28 İyul

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

08:10
28 İyul

Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın bərpası Avrasiyanın yeni geosiyasi arxitekturasının ayrılmaz hissələridir

08:05
28 İyul

Azərbaycanın uğurlu diplomatiya modeli

08:00
28 İyul

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:16
28 İyul

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:15
28 İyul

N.E.Mustafayevanın Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

03:14
28 İyul

M.İ.Yevdayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

03:14
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!