19 Mart 2024 15:28
325
CƏMİYYƏT
A- A+

Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ideal məkana çevirir 

 

Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada yerləşməsinə baxmayaraq, Azərbaycanın “Global Terrorism Index 2024”də dünyanın ən təhlükəsiz ölkəsi kimi bəyan olunması Prezident İlham Əliyevin böyük Zəfərimizlə nail olduğu tarixi uğurdur. Düzdür, artıq 10 illərdir ki, ictimai qayda, ictimai təhlükəsizlik Azərbaycanda ən yüksək səviyyədə təmin edilir, istər Ulu Öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev həmişə sabitliyə ölkənin ən qiymətli sərvətlərindən biri kimi yanaşıb və haqlı olaraq bu nailiyyətdən qürurla danışıblar. Lakin 30 il davam etmiş işğal və Azərbaycan nəzarətindən kənar qalmış həmin ərazilərdə Ermənistanın himayəsi altında terrorçu-separatçı rejimin mövcudluğu həmin bölgədə təhlükəsiz həyata təminat vermirdi. Lakin 2020-ci ildə Vətən müharibəsi və ötən ilin sentyabrında antiterror tədbirləri ilə Azərbaycanın özünün ərazi bütövlüyü və suverenliyini təmin etməsi bu qəbuledilməz status-kvoya son qoydu. Xüsusilə də antiteror tədbirləri ilə Cənubi Qafqazdakı ən böyük terror yuvası dağıdıldı, ana ideologiyası terror olan erməni separatizminə tarixin ən güclü zərbəsi vuruldu. Üstəlik, terrorçulara rəhbərlik etmiş əsas ünsürlər - açar fiqurlar Prezident İlham Əliyevin qətiyyəti ilə yaxalanaraq Azərbaycanın ədalət mühakiməsinə təqdim edildi. Dünən Müzəffər Ali Baş Komandanın Xankəndi şəhərində, separatizmin ideoloji mərkəzi olan və dövlət başçımızın tapşırığına uyğun olaraq artıq sökülmüş “parlament” binasının yerində Novruz tonqalını alovlandırarkən qeyd etdiyi kimi, “separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Deputat, həmçinin qeyd edib: “Beləliklə, bu gün birmənalı şəkildə deyə bilirik ki, artıq Azərbaycan daxilində hər hansı təhdid və təhlükə mövcud deyil. Azərbaycanın GTI sıralamasında da “0” indekslə sonuncu – 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşması da məhz bu reallığın inikasıdır. Azərbaycan rəsmən dünyada terrorla bağlı tam təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib. Lakin Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimidə də qeyd etdiyi kimi, “Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq”.

Zəfərlərimizin ardınca Fransa, Avropa Parlamenti, AŞPA kimi beynəlxalq və regional subyektlərin Azərbaycana qarşı təhdid və qarayaxma kampaniyalarına şahidlik etdiyimizi xatırladan B.Məhərrəmov deyib ki, Avropa İttifaqı öz qətnaməsində terrorçulara rəsmən azadlıq çağırışı ifadə edir, habelə Fransa dövlət səviyyəsində terrorizmi müdafiə edən davranışlar sərgiləməkdədir. Düzdür, bu subyektlərin regionda hərəkət imkanları geniş deyil. Bildiyiniz kimi, ötən ilin sonunda Azərbaycanən xüsusi xidmət orqanları Fransanın bütövlükdə Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq və Şərqi Avropanı əhatələyən casus şəbəkəsini ifşa edərək ciddi təxribat planlarının qarşısını almışdı. Yən,i bu mənada, Fransa qərəzli bəyanatlar və Natəvanın heykəlinə qarşı törədilən vəhşilik fonunda vandalizm əməllərindən, habelə Ermənistanı silahlandırmaqdan daha irəli gedə bilmir. Azərbaycan isə əksinə, güc və imkanları artdıqca daha təhlükəsiz coğrafiyaya çevrilməkdədir. Prezident İlham Əliyevin ötən ilin mayında Şuşadakı tarixi çıxışında da ifadə etdiyi kimi, “Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür. İndi bir daha demək istəyirəm ki, dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır”.

“Düzdür, xüsusilə COP29-a ev sahibliyi imkanı qazandığı ərəfədə Azərbaycanın təhlükəsizlik mühiti ilə bağlı qarayaxma kampaniyalarına start verilmişdi, lakin GTI indeksi bu cəhdlərin də üzərindən xətt çəkdi və bir daha sübut etdi ki, qlobal qeyri-sabitlik fonunda Azərbaycandakı təhlükəsiz mühit həm də ölkəmizi beynəlxalq tədbirlər üçün ideal məkana çevirir”, - deyə deputat əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video