19 İyul 2025 13:42
630
CƏMİYYƏT
A- A+
Qiyaslı kənd məscidinin bərpası mədəni irsimizə böyük diqqət və qayğının növbəti təzahürüdür  

Qiyaslı kənd məscidinin bərpası mədəni irsimizə böyük diqqət və qayğının növbəti təzahürüdür  


2021-ci ildə Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olmuşdu. Bundan sonra Prezidentin tapşırığı əsasında 2022-2025-ci illərdə Heydər Əliyev Fondu tərəfindən Qiyaslı məscidi bərpa edilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında həyata keçirilən işlər Qarabağda tarixi və dini abidələrin bərpası layihəsi çərçivəsində reallaşıb. İyulun 18-də Prezident İlham Əliyevin iştirakı ilə Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışı mədəni irsimizə böyük diqqət və qayğının növbəti təzahürüdür.

Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən biri Qiyaslı məscidi idi.

Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılmışdı. Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub. İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərirdi. Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarında minarələr inşa edilib. Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub. Divarlarda ilkin görkəmini itirmiş, tökülmüş suvaq təmir olunub, yararsız hala düşmüş mehrab bərpa edilib. Fasad daşları xüsusi kimyəvi maddələrlə yuyulub, köhnə daşlar arasındakı tikişlər təmizlənib. Məscidin ətrafında köməkçi tikililər inşa olunub”, - deyə Elvin Aslanov vurğulayıb.

Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb

19:17
18 May

Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb

19:15
18 May

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

19:14
18 May

Deryageldi Orazov: Bu gün şəhərlər sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas mərkəzləridir  

19:13
18 May

Kənd təsərrüfatı naziri Qarabağda təsərrüfatlara baş çəkib, fermerin müraciətlərini dinləyib

19:12
18 May

İoane Navaikula: Biz WUF13-də əldə etdiyimiz pozitiv təcrübələri öz ölkələrimizdə tətbiq etməliyik

19:11
18 May

  ABB-nin yeni sövdələşməsi “Davr-Bank”ın reytinqinə təsir edəcək

19:11
18 May

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq

19:10
18 May

Dünya mediası Bakıda keçirilən WUF13-ü diqqət mərkəzində saxlamaqda davam edir 

19:09
18 May

Ukrayna Baş nazirinin müavini: WUF13 müzakirələrinin Bakıda aparılması bizim üçün önəmlidir

19:08
18 May

Gürcüstanın Baş naziri: Dünya Şəhərsalma Forumunun Bakıda keçirilən sessiyası vacib platformadır

19:07
18 May

Bankların “Blumberq” sistemində əməliyyat həcmi 3 dəfədən çox artıb

18:57
18 May

Dövlət satınalmalarında rəqəmsal müqavilə prosesi

18:43
18 May

Azərbaycanın xarici ticarət dövriyyəsi 17,4 milyard dolları ötüb

18:32
18 May

Azərbaycana 4 ayda 21 mindən çox avtomobil idxal olunub

18:21
18 May

Zimbabvenin Vitse-prezidenti: Gözəl və tarixi Bakı şəhərində səmimiyyətlə qarşılanmışıq

18:18
18 May

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib Prezident İlham Əliyev çıxış edib YENİLƏNİB

18:17
18 May

Sürprizlər, etirazlar və boykotlarla yadda qalan “Eurovison – 2026”  

18:14
18 May

Azərbaycandan Ermənistana ixrac 9,6 milyon dolları ötüb

18:06
18 May

Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil naziri: Azərbaycanın şəhərsalma sahəsindəki inkişafını yüksək qiymətləndiririk

18:02
18 May

“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı uğurla icra edilib

18:02
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!