10 Aprel 2024 09:20
7274
Oxucu məktubları
A- A+
Qısa ömrün qəhrəmanlıq səhifəsi

Qısa ömrün qəhrəmanlıq səhifəsi

 

Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi başlayanda Ruhid Uğur oğlu İslamlı ömrünün 21-ci ilini yaşayırdı. O da minlərlə qəhrəman oğullar kimi bizim xoşbəxt gələcəyimiz naminə sinəsini Vətənə sipər etdi. Bununla da əbədiyyət adlı həyat qazandı. Qərinələr ötəcək, Ruhidin Vətən sevgisi hər gələn nəslə örnək olacaq.
1 aprel 1999-cu ildə dağlar diyarı Lerik rayonunun Çeşman kəndində anadan olan Ruhidin ailəsi Bakı şəhərinə köçür. Burada Vətənini, xalqını, dövlətini sevən əsl vətənpərvər insanlardan görüb-götürməklə böyüyür. Ruhid hələ kiçik yaşlarında cüdo, cuicutsso, taekvondo, güləş, qaydasız döyüş, üzgüçülük və bir sıra digər idman növlərinə maraq göstərir. Məşğul olduğu idman növləri üzrə beynəlxalq, regional tədbir və yarışlarda iştirak edərək 1 və 2-ci yerlərə yiyələnir, dərəcələr alır. Həmçinin məktəbdə oxuduğu vaxt viktorina, olimpiada, hərbi yarışlarda fəal iştirak edir. Onun zəkası, səlis nitqi, sosial aktivliyi yaşıdlarına nümunə göstərilir.
Ruhid 2016-cı ildə Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbi bitirib Naxçıvan Müəllimlər İnstitutuna daxil olur. Vətəninə, xalqına fayda vermək əzmi olan Ruhid tələbə biletini alan gündən bütün eşqini, məhəbbətini oxumaqla, öyrənməklə bağlayır. Həm də sağlam əqidəsi, yüksək mədəniyyəti, dərin zəkası, həyata baxışı onu institutda hamının gözündə ucaldır, ehtiram sahibi edir. Məhz elə buna görə də Ruhidi Gənclər Birliyinə sədr seçirlər, Azərbaycan Maarifçilər Birliyinin üzvü olur. Ali təhsilini uğurla başa vurur.
2020-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Vətən müharibəsində Talış kəndində, Suqovuşan istiqamətində, Murov zirvəsində erməni terrorçularına qarşı döyüşür. Düşmənə vurduğu zərbələrlə ürəyindən keçən qisasını ala bilir. Hər döyüşə atılanda da torpaq uğrunda son nəfəsə qədər vuruşmağa and içir. 
Oktyabrın 6-da - Goranboyun Gülüstan kəndi yaxınlığında strateji əhəmiyyətli yüksəkliyə malik Çənlibel postunda qəhrəmancasına həlak olur. Adı Vətənin qürur tarixinə yazılır. Qısa ömrünə qəhrəmanlıq, mərdlik düşən Ruhid ölümündən sonra "3-cü dərəcəli Vətənə xidmətə görə", "Vətən uğrunda" ordenlərinə,  "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülür. Doğma Çeşman kəndində isə onun adına bulaq inşa edilir. Kənd sakinləri buranı özlərinə müqəddəs and yeri bilirlər.

Zəfər ORUCOĞLU

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!