29 Mart 2024 08:30
251
SİYASƏT
A- A+

Qərb Cənubi Qafqazı yeni fəlakətə sürükləmək istəyir

 

"Qərb tarixboyu Ermənistan üçün göz yaşı töküb, guya ermənilərin "acı taleyi"nə yanaraq onlara dəstək olmaq istəyib. ABŞ və Avropa İttifaqı başda olmaqla İrəvana təhlükəsizlik zəmanəti verən Qərb subyektlərinin əsas məqsədi isə Ermənistana dayaq durmaq deyil, öz maraqları naminə Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirməkdir".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat qeyd edib ki, Ermənistan ABŞ və yaxud Fransa hərbçilərinin regiona gəlişinə şərait yaratmaqla sülh üçün yaranmış tarixi şansı əlindən buraxır: "Tarixi imkanı qaçıran Ermənistan real sülh perspektivlərini heçə endirir. İrəvan Cənubi Qafqazda Qərbin hərbi mövcudluğuna nail olmaqla nəsə əldə edəcəyini düşünsə də, tamamilə yanılır. Görünür, Ermənistan bu addımı ilə itirəcəklərinin kifayət qədər çox olacağını, hətta dövlət müstəqilliyinin belə sual altında qalacağı həqiqətini anlamır. Yəni istənilən halda Qərb siyasi dairələri keçmişdə olduğu kimi, indi də Ermənistana heç nə qazandıra bilməyəcəklər".
Deputat Ermənistanın bu çirkin planının sülh gündəliyinə və regional təhlükəsizliyə ciddi zərbə olduğunu vurğulayıb. Müsahibimiz deyib ki, Qərbin erməniləri ruhlandırmasına baxmayaraq, Ermənistan üçün vuruşmayacağı gün kimi aydındır: "Çarəsiz qalan İrəvan isə son nəticədə yenə Azərbaycana yalvaracaq, bizdən imdad diləyəcək. Regionda və ətraflarda müşahidə olunan gərgin münasibətlər fonunda İrəvanın başqa çıxış yolu qalmayacaq. Rusiya-Ukrayna müharibəsinin alovlandığı və Qərbin bu müharibəyə müdaxilə etdiyi bir məqamda Ermənistanın nəsə qazana biləcəyi şübhə altındadır. Amma bölgənin ən zəif dövləti olduğuna görə, itirəcəyi məlumdur".
Anar İsgəndərov qeyd edib ki, ABŞ-Aİ-Ermənistan konfransı çərçivəsində qəbul edilməsi planlaşdırılan hərbi pakt regionda təhlükəsizliyin və sülhün bərqərar olmasının əleyhinə yönəlib. Bu bir daha sübuta yetirir ki, ABŞ və Avropa Cənubi Qafqazı yeni fəlakətə sürükləmək niyyətindədir. Təəssüf ki, dünyanın güc mərkəzləri Azərbaycanla Ermənistan arasında yekun sülhə nail olunmasına deyil,  məsələnin Qərbin istəklərinə uyğun şəkildə həll edilməsinə çalışırlar. Prezident İlham Əliyevin andiçmə mərasimində bəyan etdiyi "Biz  İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar" fikri öz təsdiqini tapır.
Deputat yekunda söyləyib ki, Qərb heç bir zaman Azərbaycanı istəməyib, türk-müsəlman dövlətləri arasında həmişə müharibə ab-havası yaradaraq düşmənçiliyi təbliğ edib: "Bu gün də Cənubi Qafqazda mövqe qazanmağa cəhd etməklə, Azərbaycana təsir etməyə çalışır. Lakin bu, ABŞ və Avropa İttifaqı başqa olmaqla Qərbin heç bir siyasi dairəsinə uğur gətirməyəcək. Çünki Azərbaycana təsir etmək mümkün deyil".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video