17 İyul 2025 09:05
533
SİYASƏT
A- A+
Qareginin qara günü yaxınlaşır

Qareginin qara günü yaxınlaşır


Ermənistanda sosial narazılıqlardan istifadə edən keçmiş hərbi xuntanın revanş istəkləri puç olub. Sarkisyan-Koçaryan tandemi  kilsəni də siyasi proseslərə cəlb edərək ölkədəki xaosu dərinləşdirməyə cəhd göstərsə də, istədiklərinə nail ola bilməyib.  Baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsini (EAK) "təsir agenti" adlandırıb və söz verib ki, yaxın aylarda bununla məşğul olacaq.

Baş nazir sonuncu mətbuat konfransında bildirib ki, Ermənistan hakimiyyəti ölkəni Serj Sarkisyandan azad etdiyi kimi, Erməni Apostol Kilsəsini də azad edəcək. O, bütün ermənilərin katolikosuna qarşı kampaniya təşkil etməklə bağlı ittihamları rədd edib və kilsəyə qarşı kampaniya başlatmayacağını qeyd edib: "Erməni Apostol Kilsəsi mən və ailəm üçün müqəddəsdir. Buna görə də biz onunla heç bir şəkildə mübarizə apara bilmərik. Nə ediriksə, kilsənin özü üçün edirik. Əgər kilsə bizim üçün müqəddəs olmasaydı, bu gün müşahidə olunan dağıdıcı prosesə, sadəcə, laqeyd qalardıq. Üstəlik, kilsənin indiki fəaliyyətləri, təəssüf ki, onun özünə zərər verir".

Paşinyan artıq bir müddətdir ki, kilsə rəhbərliyini dövlət işlərinə müdaxilədə və siyasi dairələrlə gizli əməkdaşlıqda ittiham edir. Onun fikrincə, Ermənistan Apostol Kilsəsi, xüsusən də hazırkı katolikos, cəmiyyətin demokratik inkişafına mane olur və keçmiş hakimiyyətlərlə sıx əlaqədə qalmaqda davam edir.

"Hraparak" nəşri yazıb ki, Nikol Paşinyan hakim partiyanın idarə heyətinin üzvlərinə kilsəyə qarşı təzyiqləri daha da  artırmağı tapşırıb. Qeyd olunub ki, ruhanilər barədə dəhşətli hekayələri yaymaq, əsəb savaşı aparmaq, kilsə xadimlərini hər gün gözdən salmaq tapşırılıb: "Yeri gələndə hüquq-mühafizə orqanlarına qanunsuz göstərişlər vermək, insanların şəxsi həyatının toxunulmazlığını pozmaq nəticəsində əldə edilmiş sübutları, faktları da dərc edəcəklər. Hələlik xalqın səbrinin tükənəcəyindən və əks effekt verə biləcəyindən ehtiyatlanaraq "ifşalar etmək"də tərəddüd edirlər. Paralel olaraq hakimiyyət, həmçinin kilsə daxilində müxtəlif ruhanilər vasitəsilə II Qareginə qarşı koalisiya yaratmaq və onun uzaqlaşdırılması üçün münbit zəmin yaratmaq üzərində işləyir. Lakin indiki məqamda bu cür ruhanilər  hələ də azlıq təşkil edir və çətin ki, çoxluq təşkil edib kilsə daxilində "hakimiyyət dəyişikliyi" həyata keçirsinlər".

Xatırladaq ki, Paşinyan hökuməti kilsə başçısına qarşı mübarizəsini Qareginin mühafizəçilərinin dövlətdən maliyyələşdirilməsini dayandırmaqla başlamışdı. Bundan sonra proses kilsənin fırıldaqla məşğul olması, dələduzluğu, 12 milyon dollar məbləğində ianəni mənimsəməsi ilə bağlı ittihamlarla  davam edib.

Bir neçə il öncə Eçmiədzin rayonunda bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum etmişdi.  "Yeni Ermənistan, yeni patriarx" devizi ilə başlayan aksiyanın iştirakçıları II Qareginin kilsəyə layiq olmadığını demişdilər. Aksiya iştirakçılarının iddialarına görə, o, agentdir və xalqın xeyrini zərrə qədər də düşünmür. Ali patriarx "məxməri" inqilaba qədər ölkəni idarə edən cinayətkar rejimə satılmaqda ittiham olunmuşdu.

Bu arada rusiyalı iş adamı Samvel Karapetyana qarşı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən yeni ittihamlar irəli sürülüb. Bu barədə biznesmenin vəkilləri məlumat yayıblar. Vəkillərin bildirdiyinə görə, Karapetyan bir neçə şirkətin fəaliyyəti nəticəsində "çirkli pulların yuyulması"nda ittiham olunur. Onlar hesab edirlər ki, bu ittihamlar heç bir fakt təqdim olunmadan, əsassız şəkildə irəli sürülüb. "Son vaxtlar Ermənistanda 'çirkli pulların yuyulması' ittihamı siyasi qisas aləti kimi istifadə edilir və bu, artıq geniş yayılmış praktika halını alıb", - deyə Karapetyanın müdafiəçiləri bəyan ediblər.

Qeyd edək ki, Karapetyan uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur və bəzi dairələr onun Ermənistanla bağlı siyasi mövqeyinə görə təzyiqlərə məruz qaldığını iddia edirlər.

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət növbəti dəfə  mürəkkəbləşməyə doğru gedir. Bu da o deməkdir ki, ölkə sonu görünməyən daxili siyasi böhrandan birdəfəlik qurtula bilmir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!