“Qarabağ” səfərdə "Aberdin"i məğlub edərək qrup mərhələsinə vəsiqə qazanıb
Avqustun 26-da UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" səfərdə "Aberdin"i 3:1 hesabı ilə məğlub edib.
AZƏRTAC xəbər verir ki, oyunun 8-ci dəqiqəsində təmsilçimizin yarımmüdafiəçisi Tural Bayramov fərqlənib. Bu qoldan 10 dəqiqə sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Kadi Molinovski komandasının ikinci qolunu vurub. Qarşılaşmanın 72-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Abdullah Zubir üçüncü qolu rəqibin qapısından keçirib. Şotlandiya klubunun yeganə topunu isə Levis Ferquson vurub.
“Pittodri” stadionunda keçirilən görüşü Avstriyadan olan hakimlər idarə ediblər. Matçda baş hakim funksiyasını Harald Lexner yerinə yetirib. Andreas Haydenrayx və Maksimilian Kolbitç isə köməkçi hakimlər idilər. Dördüncü hakim Yulian Veynberger olub.
"Qarabağ"ın start heyətində Şahruddin Məhəmmədəliyev, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Toral Bayramov, Qara Qarayev, İsmayıl İbrahimli, Abdullah Zubir, Kadi Borqes, Xayme Romero və Ramil Şeydayev yer alıb.
"Aberdin"in heyətində isə Co Lyuis, Ross Makkrori, Cek Makkenzi, Deklan Qallaher, Skott Braun, Funso Ojo, Luis Ferqyuson, Kelvin Remsi, Kristian Ramirez, Teddi Cenks və Conni Hayes yaşıl meydana çıxıb.
Qeyd edək ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gəliblər. Ağdam klubu son 8 ildə ardıcıl olaraq hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edir. Bir dəfə UEFA Çempionlar Liqası, altı dəfə isə UEFA Avropa Liqası, ilk dəfə isə UEFA Konfrans Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!