Qarabağ dirçəliş yolundadır
İşğaldan azad edilən ərazilərimizin bərpası üçün dövlətin resursları ilə yanaşı, cəmiyyətin və diasporun səyləri də birləşdirilməlidir
Prezidentin Ağdamdakı xüsusi nümayəndəliyinin, Qarabağ Dirçəliş Fondunun əməkdaşlarının və ölkəmizdəki Amerika Ticarət Palatası (AMCHAM) üzvlərinin iştirakı ilə “Ağdam rayonunun iqtisadi inkişaf potensialı” mövzusunda müzakirələr keçirilib.
İştirakçılar tədbirdən öncə Ağdam şəhərində İmarət kompleksinin, Çörək muzeyinin, Dövlət Dram Teatrının dağıdılmış binalarını, Cümə məscidini, Qiyaslı məscidini, Şahbulaq kompleksini ziyarət ediblər. Xanəndələr Dövlət Dram Teatrının qarşısında qonaqlar üçün milli musiqilərimizdən nümunələr ifa ediblər..
Tədbirdə çıxış edən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov iştirakçılara rayonun ümumi planı, şəhərin baş planı, infrastrukturu və bölgənin iqtisadi potensialı haqqında məlumat verib.
Daha sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tədbir iştirakçılarını fondun yaradılması, missiyası, dəyərləri, hazırkı fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri barədə məlumatlandırıb.
Erməni işğalı nəticəsində ərazilərimizə dəyən zərərin miqyasından danışan Rəhman Hacıyev bərpa prosesinin irimiqyaslı və mürəkkəb bir proses olduğuna diqqət çəkib. O, iştirakçılara işğaldan azad olunan ərazilərimizə dəyən zərərlə bağlı dolğun məlumatların yer aldığı, ideya müəllifi Birinci vitse-prezident Mehriban xanım Əliyeva olan və Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet resursu haqqında ətraflı məlumat verib.
Rəhman Hacıyev Qarabağda bərpa işlərinin daha sürətli aparılması üçün dövlətin resursları ilə yanaşı, cəmiyyətin və diasporun səylərinin birləşdirilməsinin vacib olduğunu xüsusi vurğulayıb. Belə səfərlərin böyük əhəmiyyətə malik olduğunu deyən R.Hacıyev “İnsan yalnız bu vəhşiliyi, bu xarabalıqları öz gözü ilə gördükdən sonra bu ərazilərdə bərpa prosesinin necə mürəkkəb, necə miqyaslı olduğunu təsəvvür edə bilər”, - deyə əlavə edib.
Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimov çıxışı zamanı belə səfərlərin təşkil olunmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə qonaqlara fondun “Karabakh Challenge” kampaniyası haqqında məlumat verilib, kitabçalar təqdim olunub.
Qeyd edilib ki, məbləğindən asılı olmayaraq, hər bir soydaşımız Qarabağ üçün ianə edib işğaldan azad olunan ərazilərimizin dirçəlişinə öz töhfəsini verə bilər.
İanələr Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsinin ərazilərinin bərpası və yenidənqurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi, ekoloji tarazlığın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərə yönəldilir.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!