17 Aprel 2025 15:41
794
Mədəniyyət
A- A+
Şuşada “Şuşa – İslam Dünyasının Mədəniyyət Paytaxtı 2024” ilinin rəsmi bağlanış mərasimi olub YENİLƏNİB

Şuşada “Şuşa – İslam Dünyasının Mədəniyyət Paytaxtı 2024” ilinin rəsmi bağlanış mərasimi olub YENİLƏNİB


Aprelin 17-də mədəniyyət beşiyimiz olan Şuşa şəhərində “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə rəsmi şəxslər, beynəlxalq ekspertlər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mərasimdə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik videomüraicətlə çıxış edib. O bildirib ki, bu bir il ərzində Azərbaycan və ICESCO arasında əməkdaşlıq İslam dünyası üçün mükəmməllik nümunəsinə çevrilib.

"Biz, həmçinin ortaq tariximizin xəzinələrini qoruyan İslam Dünyası İrs Komitəsinin toplantılarını gördük. Biz ruhu coşduran incəsənət festivalları, müqəddəs musiqi, elmi dialoqlar və mənəvi tədbirlər yaşadıq. Məscidlərdən muzeylərə, sinif otaqlarından konsert salonlarına qədər - Şuşa canlı idi. Bu, uzaqgörən rəhbərliyin gördüyü işin nəticəsi idi və burada biz milli kimliyə, mədəni ləyaqətə və tarixi ədalətə misilsiz sədaqəti olan Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk", - deyə o vurğulayıb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında Şuşada aparılan yenidənqurma və bərpa işlərindən bəhs edib. O bildirib ki, Şuşa şəhərində artıq 1400-ə yaxın sakin yaşayır.

A.Kərimov, həmçinin bildirib ki, Aşağı Gövhər Ağa məscidi və Çöl Qala məscidi qısa müddət ərzində bərpa olunub. Dahi Üzeyir Hacıbəylinin ev-muzeyi də bərpa prosesindən sonra açılıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanın ICESCO-nun postmünaqişə dövründə bərpa sahəsindəki təcrübəsini yüksək qiymətləndirdiyini deyib. O qeyd edib ki, ICESCO ilə tərəfdaşlıq Azərbaycana mədəni irsini gələcək nəsillər üçün effektiv şəkildə qorumaq və dirçəltmək üçün güvən və resurslar verir.

"Əməkdaşlığımız ICESCO ilə fərdi tədbirlərdən daha çox davamlı, uzunmüddətli təşəbbüsləri əhatə edir. ICESCO-nun Bakıda regional ofisinin yaradılması regionumuzda təşkilatın məqsədlərinin irəliləyişi üçün mühüm addımdır", - deyə nazir müavini diqqətə çatdırıb.

Fərid Cəfərov vurğulayıb ki, “Şuşa 2024"ün uğurlu yekunlaşması dostluq və mədəni mübadilə əlaqələrimizi daha da gücləndirmək əzmimizi bir daha təsdiqləyir.

Bağlanış mərasimi rəngarəng konsert proqramı ilə yekunlaşıb. Tədbirdə milli rəqslər, muğam ifaları və zəngin musiqi nömrələri təqdim olunub.

Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BBC: Beş ölkə İsrailə görə “Avroviziya”nı boykot edib

09:57
12 May

Sorğu: Fransızların 91 faizi ölkənin iqtisadi gələcəyi ilə bağlı bədbin mövqedədir

09:44
12 May

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  

22:58
11 May

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

22:23
11 May

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub  

21:43
11 May

 WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

21:06
11 May

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub  

20:21
11 May

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır 

20:08
11 May

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  

19:35
11 May

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib  

19:03
11 May

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

18:53
11 May

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb  

18:37
11 May

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar  

18:13
11 May

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

17:48
11 May

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib  

17:38
11 May

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib  

17:29
11 May

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir  

17:21
11 May

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

16:57
11 May

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

16:49
11 May

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

16:33
11 May

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

15:41
11 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!