27 May 2026 09:05
361
İDMAN
A- A+
Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb


Almaniyada keçirilən karate üzrə Avropa çempionatında 55 kiloqram çəki dərəcəsində qızıl medal qazanan idmançı Mədinə Sadıqova Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda karate üzrə milli yığmamızın üzvlərini qarşılayanlar arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və onun tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının nümayəndələri də olub.

Mədinə Sadıqova ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı üçün dövlətimizə, dövlətimizin başçısına idmançılar adından minnətdarlığını ifadə edib və yarışlara hazırlıq prosesində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Mən həm də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında məşqçi-müəllim kimi fəaliyyət göstərirəm. Yarışlara ciddi şəkildə hazırlaşmışdım. İslam Oyunlarında qazandığım uğurdan sonra növbəti hədəfim Avropa çempionu olmaq idi. Hədəfimə nail oldum. Mənə dəstək olan məşqçilərimə, komanda yoldaşlarıma, Azərbaycan Karate Federasiyasına və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürümü bildirirəm. Vətənimdə bu cür coşğu ilə qarşılanmaq mənim üçün qürurvericidir".

Qadınlar arasında karate üzrə 55 kiloqram çəki dərəcəsində ilk dəfə qızıl medal qazanan idmançımız final görüşünün çətin keçdiyini deyib: "Rəqibimə bələd idim, bir-birimizi yaxşı tanıyırdıq. Görüşün əvvəlində hesabda geri olsam da, sonda 9:6 hesabı ilə qalib gələrək Avropa çempionu titulunu qazanmağa nail oldum".

Avropa çempionunun məşqçisi Seymur Xudaverdiyev gənc idmançının uğurlarının davamlı olacağına inandığını bildirib: "Mədinə çox intizamlı idmançımızdır. Onun Avropa çempionu olacağına hamımız inanırdıq. O da bu ümidlərimizi doğrultdu. Dünya çempionatında da idmançımızın uğur qazanacağına inanırıq".

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının təmsilçisi olan Mədinə Sadıqova 55 kiloqram çəki dərəcəsində böyüklər arasında Avropa çempionu titulunu qazanan ilk azərbaycanlı qadın karateçidir.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DTX rəisi Əli Nağıyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib

21:58
27 May

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları müasir, güclü və qalib Azərbaycanda yaşayır

16:55
27 May

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

15:58
27 May

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

15:44
27 May

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

14:43
27 May

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

14:08
27 May

Sabah hava əsasən yağmursuz olacaq

13:29
27 May

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir  

13:17
27 May

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

11:47
27 May

Şuşada bayram namazı qılınıb

11:44
27 May

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib  

10:57
27 May

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

10:43
27 May

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB

10:41
27 May

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub  

10:34
27 May

Ceyhun Bayramov BMT-nin Baş katibinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib  

10:27
27 May

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

10:13
27 May

Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib  

09:54
27 May

Ceyhun Bayramov BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsinin vacibliyini vurğulayıb  

09:43
27 May

Naxçıvanın məscidlərində bayram namazı qılınıb

09:32
27 May

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb  

09:29
27 May

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!