14 Yanvar 2025 13:41
291
CƏMİYYƏT
A- A+
Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib  

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib  


2024-cü il aprelin 15-də elan edilmiş 26-cı müsabiqə üzrə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların cari il yanvarın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda andiçmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar əvvəlcə Fəxri xiyabana gəlib müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edərək, məzarı önünə əklil qoyublar.

Daha sonra gənc mütəxəssislər Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Tədbirdən əvvəl Baş Prokurorluğun rəhbərliyi xalqımızın Ulu Öndəri Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər. Mərasimin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, başa vurduğumuz 2024-cü il Azərbaycan xalqı və dövlətimiz üçün mühüm hadisələrlə zəngin, yadda qalan bir il olub. Bu hadisələrin əksəriyyəti ölkəmiz üçün uğurlu hesab edilə biləcək qəbildən olsa da, 2024-cü il dekabrın 25-də təyyarə qəzası ilə bağlı baş vermiş faciə hamımızın qəlbində dərin izlər buraxdı. Bu qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına isə səbir diləyən Baş prokuror xəsarət alan şəxslərə tezliklə şəfa tapmalarını arzu edib.

Qeyd olunub ki, xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər salnaməsinin memarı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü bərpa edərək inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.

Bildirilib ki, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük haqq savaşında qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ötən il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri, sentyabrın 1-də isə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Uğurla keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyev mütləq səs çoxluğu ilə (92,12 faiz) Azərbaycan Respublikasının Prezidenti seçilib. 2024-cü ildə digər nailiyyətimiz isə Prezident İlham Əliyevin hərb meydanındakı qələbəsindən sonra diplomatik sahədə davam etdirilən uğurları olub. Azərbaycanın hərbi qüdrətinin şahidi olmuş Ermənistan siyasi rəhbərliyi, ölkəmizin, onun rəhbərinin diplomatik sahədə də mühüm söz və mövqe sahibi olmasını birmənalı olaraq qəbul edib və bunun nəticəsində 30 ildən artıq işğal altında olan Qazax rayonunun 4 kəndinin Azərbaycan Respublikasına qeyd-şərtsiz qaytarılmasını təmin edib.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə 2024-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə bərpa və quruculuq işləri də davam etdirilib. Ağdam, Cəbrayıl, Zəngilan və Şuşa rayonlarında ölkə rəhbəri tərəfindən kəndlərin və qəsəbələrin təməli qoyulmaqla, eyni zamanda, çoxsaylı ictimai, iaşə, yaşayış, kommunikasiya obyektlərinin, o cümlədən Qarabağ Universitetinin açılışı olub. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın yalnız öz gücü, maliyyə vəsaitləri hesabına görülən işlər, heç bir dövlətdən, beynəlxalq təşkilatdan yardım almadan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, bərpa edilməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Həmçinin diqqətə çatdırılıb ki, ötən il sentyabrın 27-dən oktyabrın 2-dək paytaxt Bakı şəhərində Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən ümumilikdə 500-dən artıq şəxsin iştirakı ilə 170-dən çox dövlətin üzv olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası, 29-cu İllik Konfransı və Ümumi Yığıncağı yüksək peşəkarlıqla təşkili olunmaqla keçirilib.

Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 15-də Azərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə COP29 Sədrliyinin təşəbbüslərindən biri olan “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda plenar iclas keçirilib.

Bundan başqa, qeyd olunub ki, Azərbaycan Respublikasına və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində ümumilikdə 2 min 548 epizod üzrə ittiham olunan Ruben Vardanyan, Qukasyan Arkadi Arşaviri, Harutyunyan Arayik Vladimiri, Sahakyan Bako Sahaki və qeyriləri olmaqla, 16 nəfər barəsində istintaq olunmuş cinayət işləri 2024-cü ildə yekunlaşdırılaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Xüsusilə vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 may tarixli Sərəncamı ilə Xankəndi Şəhər Prokurorluğunun yaradılması, tabe qurumların infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində ötən il Prezidentin Sərəncamına əsasən, ilk dəfə olaraq yaradılmış həmin prokurorluğun, eyni zamanda, Şuşa, Xocalı və Xocavənd, habelə Şəki Rayon və Bakı şəhəri Nərimanov Rayon prokurorluqlarının yeni inzibati binalarının açılışı, digər rayon prokurorluqları üçün müasir iş şəraitinin qurulması prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğının təcəssümüdür.

Qeyd olunub ki, bu gün burada qulluğa qəbul olmuş gənclərdən ikisi Vətən müharibəsinin iştirakçısı olmaqla, artıq prokurorluq orqanlarında şərəfli xidmətlərini davam etdirəcəklər. Qeyd etmək lazımdır ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 5 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri isə 2023-cü ildə, 2 nəfəri isə 2024-cü ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.


Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla, gənclərin dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, ictimai həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən Dövlət proqramları və digər çoxsaylı tədbirlər gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayıb, paytaxt və rayonlarda gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə qabaqcıl infrastrukturun yaradılması gəncliyin uğurlu gələcəyinə hesablanıb.

Baş prokuror əminliklə deyib ki, müstəqil dövlətimizdə vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq, savadlı gənclik formalaşıb. Bu gün şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə prokurorluq orqanlarında işləmək hüququ əldə etmiş gənclərin qazandığı uğurlar məhz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulub və Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan dövlət gənclər siyasəti nəticəsində mümkün olub. Qeyd olunub ki, həmin Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən növbəti dəfə 2024-cü il aprelin 15-də elan edilmiş 26-cı müsabiqənin nəticələri üzrə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla, 56 gənc hüquqşünas qulluğa qəbul edilib.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə müvafiq əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içib və onlara xidməti vəsiqələr Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.

Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Ülviyyə Nuriyeva və Qabil Əlizadə çıxış edərək, gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər. Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Co Bayden administrasiyasından qalmış “miras”  

15:54
19 Fevral

Türkiyəli deputat: Zəngəzur dəhlizi Türkiyənin geosiyasi mövqeyini gücləndirəcək

15:48
19 Fevral

Oman Sultanlığı Asiya Parlament Assambleyasına tamhüquqlu üzv qəbul edilib

15:47
19 Fevral

Qazaxıstan FHN əməkdaşları Azərbaycan təyyarəsinin qəza-xilasetmə əməliyyatında iştirakına görə təltif olundular  

15:45
19 Fevral

Müdafiə Nazirliyinin rəhbərliyi Quru Qoşunlarının komanda-qərargah təlimini izləyib

15:44
19 Fevral

Sorğu: Ukraynalıların yarıdan çoxu Zelenskiyə etimad göstərir

15:43
19 Fevral

Yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacaq

15:42
19 Fevral

“Google” İtaliyaya 326 milyon avro vergi ödəməyə razıdır

15:41
19 Fevral

Butan Milli Assambleyasının sədri: APA-nın 15-ci plenar sessiyası dünya üçün olduqca əhəmiyyətlidir  

15:36
19 Fevral

Senatın sədri: Azərbaycanla Pakistan arasında sıx qardaşlıq münasibətləri mövcuddur

15:10
19 Fevral

Külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkar edilib

15:09
19 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

15:08
19 Fevral

Türkiyə parlamentarisi: Azərbaycan regional sabitlik üçün mühüm mərkəz rolunu oynayır

15:07
19 Fevral

AZAL-ın təyyarəsinin qəzaya uğraması zamanı yaralanan şəxslərdən sonuncusu xəstəxanadan evə buraxılıb

15:07
19 Fevral

Gömrükçülər 1,4 tondan çox müxtəlif növ narkotik vasitələri və psixotrop maddələri məhv ediblər  

15:05
19 Fevral

Tailand nümayəndəsi: Azərbaycan regionda əməkdaşlığın və dialoqun inkişafına böyük töhfələr verir

15:04
19 Fevral

Trampın xüsusi nümayəndəsi Ukraynadadır

15:04
19 Fevral

Kremldə Putinlə Tramp arasında danışıqların fevralın sonunadək baş tutacağını istisna etmirlər  

15:03
19 Fevral

Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 illiyi ilə bağlı dəyirmi masa keçirilib  

14:57
19 Fevral

BƏƏ rəsmisi: Parlamentlərarası əməkdaşlıq qlobal çağırışların həllində mühüm rol oynayır

14:55
19 Fevral

Natalya Koçanova: Gənclərimiz dostluq edərsə, ölkələrimiz də dostluq edəcək

14:54
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!