08 Noyabr 2025 20:36
873
İQTİSADİYYAT
A- A+
Professor Renyin Li: Çin süni intellekt sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır  

Professor Renyin Li: Çin süni intellekt sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır  


Texnoloji əməkdaşlığın sürətli inkişafı fonunda Çin və Azərbaycan elm və təhsil sahəsindəki tərəfdaşlığda yeni mərhələyə qədəm qoyur. Azərbaycanda süni intellekt texnologiyalarının tətbiqi və inkişafı üçün əlverişli şərait yaradılıb.

Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində “Bir kəmər, bir yol” Elmi və Texnologiya üzrə Alyansın baş katibinin müavini, Lançjou Universitetinin Mərkəzi Asiya Araşdırmaları İnstitutunun dəvətli professoru Renyin Li söhbət açıb.

Professor Li vurğulayıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş iclasda iştirak etmək onun üçün böyük şərəf olub. O, Azərbaycanın rəqəmsal və innovativ texnologiyalara yanaşmasının mütərəqqi olduğunu şəxsən müşahidə etdiyini bildirib.

“Prezident İlham Əliyev çıxışında süni intellektin, rəqəmsal texnologiyaların və məlumatların rəqəmsallaşdırılmasının əhəmiyyətini xüsusi qeyd etdi. Bu, çox önəmli bir mesajdır. Çinli dost və alim kimi mən Azərbaycanın bu sahələrdə böyük potensiala malik olduğunu görürəm. Azərbaycan süni intellektin inkişafı üçün əhəmiyyətli imkanlara sahibdir”, — deyə professor bildirib.

Renyin Li əlavə edib ki, Çinin artıq bir neçə şəhərində Azərbaycan Ticarət Evləri fəaliyyət göstərir: “Biz görürük ki, çinlilər “Made in Azerbaijan” markalı Azərbaycan şərablarına, şirələrinə və digər məhsullara maraq göstərirlər. Bu, çox gözəl istehsaldır. Lakin gələcəkdə Prezident İlham Əliyevin təşəbbüsü ilə innovativ və yüksək texnologiyalı istehsalın, o cümlədən süni intellekt texnologiyalarının inkişafını da gözləyirik. Çin bu istiqamətdə kömək etməyə hazırdır”.

Onun sözlərinə görə, Çin bu gün süni intellekt sahəsində dünyanın aparıcı ölkələrindən biridir və bu sahədəki təcrübəsini, texnologiyalarını Azərbaycanla bölüşməyə hazırdır. Professor bu liderliyi təmin edən əsas amilləri də qeyd edib:

• Dövlət dəstəyi və strateji planlaşdırma: Elmin, təhsilin və sənayenin inkişafı üçün siyasi və maliyyə bazasını təmin edən “Yeni nəsil süni intellektin inkişafı üzrə milli plan” hazırlanıb.

Çin dünyanın ən böyük rəqəmsal iqtisadiyyatlarından biri kimi istehlak, tibb və nəqliyyat sahələrində unikal məlumat bazalarına malikdir ki, bu da süni intellektin öyrədilməsi üçün ideal platforma yaradır.

• Geniş tətbiq sahələri: Aktiv rəqəmsallaşma süni intellektin internet xidmətləri, maliyyə, təhlükəsizlik və sənaye sahələrində (üz tanıma, intellektual robotlar, rəqəmsal müştəri xidməti) tətbiqinə gətirib çıxarıb.

• İnnovasiyalar və investisiyalar: “Baidu”, “Alibaba”, “Tencent” və “Huawei” kimi nəhəng şirkətlər süni intellekt texnologiyalarını inkişaf etdirir, “SenseTime” və “Megvii” kimi şirkətlər isə yeni bazarlar formalaşdırır.

• Kadr potensialının artımı: Universitetlər süni intellekt üzrə tədris proqramlarını genişləndirir, xaricdə təhsil almış mütəxəssislər geri qayıdır və Çin bu sahədə mühəndis hazırlığı üzrə dünya liderləri sırasına daxildir.

• İnkişaf etmiş infrastruktur: 5G texnologiyasının, bulud hesablamalarının və super kompüterlərin tətbiqi süni intellektin genişmiqyaslı reallaşdırılması üçün texnoloji baza yaradır.

“Ölkələrimiz elmi əməkdaşlığın yeni erasına daxil olur. Biz, Çin alimləri Azərbaycanı etibarlı strateji tərəfdaş kimi görürük. Süni intellekt və rəqəmsal texnologiyalar gələcəyin mühərrikidir. Çin bilik və təcrübəsini bölüşməyə, birgə elmi və təhsil layihələrini həyata keçirməyə hazırdır”, — deyə professor vurğulayıb.

O qeyd edib ki, elmi və texnoloji tərəfdaşlığın inkişafı təkcə innovativ irəliləyişə deyil, həm də xalqlar arasında mədəni və humanitar əlaqələrin möhkəmlənməsinə xidmət edəcək: “Bu, sadəcə iqtisadi əməkdaşlıq deyil, həm də ölkələrimiz arasında intellektual və mədəni körpüdür. Biz, çinli dostlar hər zaman Azərbaycanı dəstəkləməyə və birgə gələcəyi inkişaf etdirməyə hazırıq”.

Sonda professor Renyin Li qeyd edib: “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə şəxsən öz adımdan və “Bir kəmər, bir yol” Elm və Texnologiya üzrə Alyans adından AMEA-ya gələcəkdə daha böyük uğurlar arzulayıram. Bu gün, 8 noyabrda həm də Zəfər bayramının beşinci ildönümüdür. Mən ürəkdən Azərbaycan xalqına sülh, xoşbəxtlik, rifah və müdrik Prezident İlham Əliyevin rəhbərliyilə firavanlıq arzulayıram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyada robotlar üçün xüsusi təcili yardım maşını hazırlanıb  

14:19
21 Sentyabr

Lənkəranda 15 küçənin asfaltlanması yekunlaşıb

14:17
21 Sentyabr

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

14:08
21 Sentyabr

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35 faizdən çox artıb

14:07
21 Sentyabr

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib

14:05
21 Sentyabr

Neftçala rayonunda sərbəst güləş üzrə rayon turniri keçirilib  

14:04
21 Sentyabr

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır  

14:02
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

14:00
21 Sentyabr

Vladimir Putin: OANA jurnalistikanın və medianın inkişafına mühüm töhfə verir

13:57
21 Sentyabr

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

13:41
21 Sentyabr

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

13:24
21 Sentyabr

Sabahın hava proqnozu açıqlanıb

13:19
21 Sentyabr

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

13:18
21 Sentyabr

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI Konfransı keçirilib  

13:07
21 Sentyabr

Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir  

13:05
21 Sentyabr

Türkiyə 10 ildə Günəş və küləkdən 442,2 teravat-saat elektrik enerjisi istehsal edib

13:04
21 Sentyabr

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

13:00
21 Sentyabr

Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb

12:59
21 Sentyabr

Növrəs Cəfərov: Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir

12:57
21 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot

12:39
21 Sentyabr

Cəlilabadda fövqəladə halların xəbərdarlıq edilməsi mövzusunda müşavirə keçirilib  

12:37
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!