26 Fevral 2024 23:31
536
SİYASƏT
A- A+
Praqada Xocalı faciəsinə həsr olunan anım mərasimi keçirilib

Praqada Xocalı faciəsinə həsr olunan anım mərasimi keçirilib

 

Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin üzvləri, Çex ictimaiyyətinin, habelə Azərbaycan və türk diasporunun nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbiri açan səfir Adış Məmmədov Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərini işğal etdiyini və çoxlu sayda mülki şəxsi, əsasən uşaq və qadınları qətlə yetirdiyini bildirib. O, Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən söz açaraq, soydaşlarımızın xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildiyini deyib və bütün bu hadisələrin XX əsrdə beynəlxalq hüququn və beynəlxalq institutların təsbit olunduğu bir vaxtda baş verməsinin təəssüf doğurduğunu qeyd edib. A.Məmmədov tarixdə baş vermiş bir sıra qətliamları, o cümlədən 1942-ci ildə Çexiyanın Liditse şəhərində faşist Almaniyası tərəfindən qətliam törədənlərin beynəlxalq məhkəmələr qarşısına çıxarılaraq layiqli cəzalarını almalarına baxmayaraq, Xocalı qətliamı ilə bağlı beynəlxalq hüquqi qiymətin verilmədiyini, qətliamı törədənlərin ədalət məhkəməsi qarşısına çıxarılmadığını və onların hələ də Ermənistanda rahat şəkildə yaşadıqlarını təəssüf hissi ilə diqqətə çatdırıb.

A.Məmmədov bütün bunlara baxmayaraq, dünyanın bir sıra ölkələrinin parlamentləri tərəfindən Xocalı qətliamına siyasi qiymət verildiyini, bu xüsusda Çex Respublikasının Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən də 2013-cü ildə Xocalı qətliamını pisləyən müvafiq qətnamənin qəbul olunduğunu bildirib və buna görə Çexiya Parlamentinə təşəkkürünü ifadə edib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun təkcə Xocalıda deyil, Ermənistanın işğalı altında olan bütün ərazilərimizdə ədaləti bərpa etdiyini söyləyən A.Məmmədov Xocalının özünün bütün ağrıları və yaraları ilə Azərbaycanın ayrılmaz bir parçası olduğunu, Azərbaycan xalqının bu qətliamı heç vaxt unutmayacağını, eyni zamanda, Xocalı şəhərini yenidən qurub, inkişaf etdirib Azərbaycanın dilbər guşələrindən birinə çevirəcəyini əminliyini bildirib.

Tədbirdə Türkiyə Respublikasının Çex Respublikasındakı səfiri Egemen Bağış çıxış edərək, 1992-ci il 26 fevral tarixində erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş qətliamın bütün Türk dünyası üçün faciə olduğunu, bu tarixdə Azərbaycanla bərabər, Türkiyədə də anım mərasimlərinin keçirildiyini və Xocalı soyqırımı zamanı törədilmiş vəhşiliklərin bütün dünyaya xatırladılmasının vacib olduğunu deyib. O, soyqırımı qurbanlarının xatirəsinin bu il ilk dəfə Ermənistanın işğalından azad edilmiş Xocalıda yad edildiyini vurğulayıb və müasir dünyada cərəyan edən siyasi hadisələr, o cümlədən Suriyada, Ukraynada və digər regionlarda baş verən müharibələrə münasibətdə dünya ictimaiyyəti tərəfindən nümayiş etdirilən ikili standartlardan söhbət açıb.

Azərbaycan Ordusunun tarixi Qələbəsinin regionda davamlı sülh və əmin-amanlıq toxumları səpdiyini bildirən E.Bağış Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin davamlı olacağını diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Leyla Begim Çex dilində çap olunmuş “Qara qar çiçəkləri” kitabından Xocalı qətliamına həsr olunmuş şeirlərini oxuyub.

Tədbir zamanı Xocalı və Liditse soyqırımlarından bəhs edən sənədli filmlər nümayiş olunub, Plzen Konservatoriyasında təhsil alan skripka ifaçısı, musiqi yarışmalarının qalibi Canel Nəcəflinin və konservatoriyanın müəllimi Barbora Prokopovanın iştirakı ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri səsləndirilib.

Xocalı qətliamına dair səfirlik tərəfindən Çex və ingilis dillərində nəşr etdirilmiş bukletlər paylanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vüqar Əliyev: Çağdaş dünyanın ən ciddi problemlərindən olan dezinformasiya ilə üz-üzəyik

18:43
20 İyul

Laçında “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masa keçirilir  

18:42
20 İyul

Şuşa Qlobal Media Forumunun bir qrup iştirakçısı Laçın şəhərində olub

18:41
20 İyul

Beşinci “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb  

18:38
20 İyul

Vüqar Rəhimzadə: III Şuşa Qlobal Media Forumu yeni dövrün çağırışlarını Xankəndidən dünyaya çatdırır  

16:20
20 İyul

“AzerGold”un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

15:53
20 İyul

Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumundakı çıxışı Gürcüstan mediasının diqqət mərkəzində olub  

15:52
20 İyul

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir 

15:50
20 İyul

Hikmət Hacıyev: Azərbaycan mediası bu gün peşəkarlar sırasındadır

15:49
20 İyul

III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:39
20 İyul

Hikmət Hacıyev: İkitərəfli müstəvidə sülh gündəliyinin irəli aparılması üçün nailiyyətlər əldə olunub  

15:33
20 İyul

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-28 dərəcə isti olacaq  

15:32
20 İyul

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama səfər ediblər

15:23
20 İyul

Prezidentin köməkçisi: Bu gün kontent yaradıcılığı baxımından Azərbaycan mediasının göstəriciləri artıb 

15:21
20 İyul

İtaliya mətbuatı Azərbaycan Prezidentinin Şuşa Media Forumunda səsləndirdiyi fikirlərdən yazıb  

15:21
20 İyul

Hikmət Hacıyev: Peşəkar jurnalistikanın süni intellektin manipulyativ təsirlərinə məruz qalması ehtimalı gündəmə gəlir 

14:20
20 İyul

III Şuşa Qlobal Media Forumunun iştirakçısı: Jurnalistikanı blogerlikdən ayırmağın vaxtı gəlib  

14:01
20 İyul

Avropa Xəbər Agentlikləri Alyansının baş katibi: AZƏRTAC-la əlaqələrimiz çoxşaxəlidir və qarşılıqlı dəstəyə əsaslanır

13:41
20 İyul

Aina Zadabek: Jurnalistlər süni intellektdən düzgün istifadə etsələr, bu, medianın inkişafına böyük təsir göstərəcək  

13:29
20 İyul

Forum iştirakçısı: Peşəkar jurnalistin vəzifəsi həqiqəti üzə çıxarmaq və obyektiv informasiyanı cəmiyyətə çatdırmaqdır  

13:01
20 İyul

Avropa Xəbər Agentlikləri Alyansının baş katibi: Dezinformasiya bu gün media mühitində ən təhlükəli təhdidlərdən biridir

12:47
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!