Pambıq yığımına hazırlıq görülür
44 günlük Vətən savaşında Tərtər şəhəri də daxil olmaqla rayonun 40 yaşayış məntəqəsinə 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılmışdır.
Çox sayda yaşayış evləri, məktəblər, xəstəxanalar, müxtəlif təyinatlı sosial obyektlər, infrastruktur qurğuları dağıdılmışdır.
Rayon iqtisadiyyatında əhəmiyyətli xüsusi çəkiyə malik, pambıqçılıqla məşğul olan MKT ASC-nin Tərtər filialı da o vaxt düşmən hədəfinə çevrilmişdir. Pambıq zavodunun həyətinə atılan 30-a yaxın raket və artilleriya mərmisi strateji əhəmiyyətli bu istehsal müəssisəsinin xeyli avadanlıq və qurğularını sıradan çıxarmış, ona böyük həcmdə maddi ziyan vurmuşdur.
Bu səbəbdən yaranan çətinlik və problemlərə baxmayaraq, MKT ASC-nin Tərtər filialı ötən təsərrüfat ilini yüksək nailiyyətlərlə başa vurdu. Keçən il torpaq istifadəçiləri ilə bağlanan müqavilələr əsasında 1731 hektarda pambıq əkilib-becərildi. Aqrotexniki tələblərə ciddi əməl edilməsi nəticəsində orta məhsuldarlıq yüksək səviyyəyə - 41,5 sentnerə çatdı.
Bu, MKT ASC-nin pambıqçılıq rayonları arasında qazanılan ən yüksək nəticə idi.
Cari ildə də rayon üzrə əkilən 3440 hektar pambığın 1810 hektarı MKT Tərtər filialının payına düşür. Hazırda tarlalarda sonuncu kompleks becərmə işləri gedir. Pambıqçılar bu il sudan da korluq çəkməyiblər. Suqovuşanın işğaldan azad edilməsi Tərtərdə əkinlərin su təminatında illərdən bəri davam edən problemin aradan qaldırılmasında əhəmiyyətli rol oynadı.
İndi yavaş-yavaş ağ örpəyə bürünən tarlalar bol məhsuldan xəbər verir. Qabaqcıl fermerlər Feruz Rzayev, İlham Ağayev, Hüseyn Aslanov bu il hər hektardan azı 50 sentner məhsul götürmək əzmindədirlər.
Bu günlər becərmə ilə yanaşı, məhsul yığımına da hazırlıq görülür. Filialın direktoru Feruz Hacıyev:
- Pambıq bu yerlərin qiymətli sərvətidir. Onun bolluğu kənd əhalisinin firavan həyatını, yaxşı dolanışığını təmin edir. Məncə, pambıqçılıqda uğur qazanmağın iki vacib şərti var: birinci, bol məhsul yetişdirmək, ikincisi, böyük zəhmət bahasına yetişdirilən həmin məhsulu tez və itkisiz yığıb tədarük etmək. İndi biz məhsul yığımına hazırlaşırıq. Yığım və nəqliyyat texnikası təmir edilib saz vəziyyətə gətirilmişdir. Mövcud 8 pambıqyığan maşının, 23 nəqliyyat traktorunun, 46 lafetin, 3 yükləyicinin hamısı start xəttindədir. Biz məhsul yığımında həmişə texnikanın gücünə arxalanırıq. Keçən ilin bütün məhsulu maşınlarla yığıldı. İşin bu cür təşkili əkinçiyə də xeyirdi, bizə də. Pambığın maşınla yığılması istehsal olunan məhsulun maya dəyərini əhəmiyyətli dərəcədə aşağı salır. Bu isə çox vacib şərtdir.
Lazım QULİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!