Oxucuların suallarına cavab verir
l Məhkəmənin qətnaməsi ilə banka ödəyə bilmədiyim borc məndən tutulmuş və bu, ipoteka qoyduğum mənzilə yönəldilmişdir. Həmin mənzilin satılmasını istəmirəm və borcumu hissə-hissə qaytarmağa hazıram. Bu qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası mümkündürmü?
Elşən Səlimov,
Bakı şəhəri
- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (AR MPM) 231.1-ci maddəsi ilə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
AR MPM-in 231.5-ci maddəsinə görə, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.
Göründüyü kimi, yalnız ipoteka saxlayanın razılığı ilə sözügedən qətnamənin hissə-hissə icrası mümkündür.
Sözügedən qətnamənin icrasına möhlət verilməsi də ipoteka saxlayanın razılığı ilə mümkündür. Lakin əgər mənzil sizin yeganə yaşayış yerinizdirsə və digər yerdə yaşamağa imkanınız yoxdursa, məhkəmə sizin vəsatətiniz əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Bu halda ipoteka saxlayanın razılığının olması tələb edilmir. Bu istisna hal "İpoteka haqqında" qanunun 39.4-cü maddəsində təsbit edilmişdir.
l Məhkəmə iclasında araşdırılmış məsələlərin protokolda lazımi qaydada əks etdirilib-etdirilməməsini müəyyənləşdirmək istəyirəm. Bu mümkündürmü?
Namiq ORUCOV,
Gəncə şəhəri
- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (AR MPM) 270-ci maddəsinə görə, məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir.
AR MPM-in 272.7-ci maddəsinə görə, protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq, ayrıca prosessual hərəkətlər barədə protokol isə onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır.
AR MPM-in 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmaq hüququna malikdirlər və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
Göründüyü kimi, sizin protokolla tanış olmaq və müvafiq yazılı qeydlər vermək hüququnuz vardır.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!