16 Aprel 2026 08:15
582
SİYASƏT
A- A+
Ölkəmiz üçün ən ciddi təhlükəsizlik çağırışı

Ölkəmiz üçün ən ciddi təhlükəsizlik çağırışı


2020-ci ildən bəri 422 şəxsin mina qurbanına çevrilməsi problemin aktuallığını bir daha ön plana çıxarır


Postmünaqişə dövründə Azərbaycanın qarşılaşdığı ən ciddi problemlərdən biri genişmiqyaslı mina çirklənməsidir. Bu təhlükə ərazilərimizin təxminən 13 faizini əhatə edən 1 milyondan artıq mina və partlamamış hərbi sursat mövcudluğu deməkdir. Aprelin 14-də ANAMA əməkdaşının mina partlayışı nəticəsində həlak olması və ümumilikdə 2020-ci ildən bəri 422 şəxsin mina qurbanına çevrilməsi problemin aktuallığını bir daha ön plana çıxarır.


Müharibənin "gizli irsi" 


Bütün bunlar onu göstərir ki, mina və partlamamış hərbi sursat problemi ölkəmiz üçün ən ciddi təhlükəsizlik çağırışlarından biri olaraq qalır.  Belə ki, işğaldan azad edilmiş ərazilərimiz uzun illər ərzində Ermənistan və Qarabağdakı separatçılar tərəfindən sistemli şəkildə minalanmışdır. Hazırda ərazilərimizdə tank və piyada əleyhinə minalar, partlamamış hərbi sursatlar, digər partlayıcı qurğular mövcuddur.

Hesablamalara əsasən, minalarla və partlamamış hərbi sursatlarla bu qədər genişmiqyaslı çirklənmənin tam şəkildə aradan qaldırılması üçün milyardlarla ABŞ dolları həcmində maliyyə vəsaiti və uzun zaman müddəti tələb olunur. Hazırkı mərhələdə Azərbaycan dövləti bu ağır vəzifənin öhdəsindən əsasən öz daxili maliyyə resursları hesabına gəlir ki, bu da dövlətin məsuliyyətli və ardıcıl siyasətinin göstəricisidir.

Problemin əsas çətinliklərindən biri Ermənistan tərəfindən mina xəritələrinin natamam və qeyri-dəqiq təqdim edilməsidir. Bu isə minatəmizləmə prosesinin həm təhlükəli, həm də vaxt aparan məsələsidir. Mina xəritələrinin qeyri-dəqiqliyi, ərazilərin mürəkkəb relyefi və təhlükəsizlik riskləri əməliyyatların planlaşdırılmasını çətinləşdirir.

Müasir beynəlxalq münasibətlər sistemində diqqət və resurslar çoxsaylı böhranlar arasında bölüşdürülür. Digər irimiqyaslı münaqişələr beynəlxalq donorların diqqətini özünə yönəldir. Bu isə Cənubi Qafqazdakı humanitar problemlərin ön plana keçməsinə mane olur. Digər tərəfdən bir çox beynəlxalq aktor regionda aktiv hərbi əməliyyatların olmamasını de-fakto sülh, vəziyyətin sabitləşməsi kimi qiymətləndirir. Halbuki mina təhlükəsi faktiki olaraq müharibənin "gizli irsi" kimi qalmaqdadır. 

Qlobal miqyasda artan humanitar böhranlar da donor ölkələrin maliyyə imkanlarını məhdudlaşdırır. Minatəmizləmə isə uzunmüddətli və yüksək maliyyə tələb edən prosesdir. 


Mina təhlükəsi bərpa işləri üçün yeganə problemdir


Minalar mülki əhali üçün daimi təhlükə mənbəyidir. Bu, Qarabağ və Şərqi Zəngəzura keçmiş məcburi köçkünlərin geri qayıdışını ləngidir. Yol, enerji və su infrastrukturu layihələri yalnız ərazilər tam təmizləndikdən sonra icra oluna bilər. Mina təhlükəsi infrastruktur layihələrinin icra müddətini uzadır, dövlət xərclərini artırır.

Kənd təsərrüfatı və digər iqtisadi fəaliyyət sahələri mina təhlükəsi səbəbilə tam potensialına uyğun istifadə oluna bilmir. Bu isə regionun iqtisadi reinteqrasiyasını ləngidir.

 Mina probleminin həlli yalnız milli səviyyədə deyil, beynəlxalq humanitar gündəlik çərçivəsində qiymətləndirilməlidir. Effektiv həll üçün aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi vacibdir:

- beynəlxalq donorların bu işə daha fəal cəlb edilməsi;

- minatəmizləmə texnologiyalarına investisiyanın artırılması;

- beynəlxalq təşkilatlarla koordinasiyanın gücləndirilməsi;

- mina probleminin qlobal humanitar platformalarda daha aktiv şəkildə qaldırılması.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi mövcuddur. Hər bir dövlət, o cümlədən Azərbaycan Respublikası bu məqsədlər əsasında öz milli inkişaf prioritetlərini formalaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə humanitar minatəmizləmə 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi irəli sürülüb. Bu yanaşma mina probleminin təkcə regional deyil, qlobal humanitar çağırış kimi qəbul edilməsinin vacibliyini ortaya qoyur. Hazırda dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan diplomatiyası beynəlxalq platformalarda humanitar minatəmizləmənin qlobal səviyyədə dayanıqlı inkişaf məqsədi kimi tanınması istiqamətində fəal iş aparır.

Digər mühüm məqam ondan ibarətdir ki, mina terroru yalnız insan həyatına deyil, eyni zamanda mədəni irsə, ətraf mühitə və bütün canlı aləmə ciddi təhlükə yaradır. Bu baxımdan mina problemi çoxşaxəli, kompleks və uzunmüddətli fəsadlara malik təhlükə kimi qiymətləndirilir. Azərbaycan dövləti bu reallığı nəzərə alaraq, mümkün olan bütün istiqamətlər üzrə sistemli fəaliyyət göstərir. Bu istiqamətlərdən biri də minaların mədəni irs obyektlərinə vurduğu ziyanın beynəlxalq səviyyədə tanınması və sənədləşdirilməsidir.

1954-cü ildə "Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyası qəbul edilib. 2023-cü ildə Haaqa Konvensiyasına tərəf dövlətlərin 15-ci beynəlxalq toplantısında  Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti nəticəsində "Minaların mədəni irsə təsiri" ilə bağlı xüsusi qətnamə qəbul edilib. Bu sənəd mina terrorunun mədəni irsə vurduğu dağıdıcı təsirin beynəlxalq hüquqi müstəvidə tanınması baxımından mühüm əhəmiyyət daşıyır və Azərbaycanın bu sahədə qlobal təşəbbüskar rolunu bir daha nümayiş etdirir.


Rizvan NƏBİYEV,

Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

14:17
17 May

Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır  

14:16
17 May

Sabah yağış yağacaq, bəzi yerlərdə arabir intensivləşəcək

14:14
17 May

Bakıda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir  

14:13
17 May

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir  

14:07
17 May

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

14:06
17 May

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır

14:05
17 May

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır 

14:04
17 May

Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir  

13:53
17 May

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

13:51
17 May

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb  

13:47
17 May

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır  

13:41
17 May

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb 

13:31
17 May

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

13:23
17 May

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var  

13:19
17 May

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  

13:16
17 May

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində  

13:08
17 May

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir  

13:03
17 May

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir  

13:01
17 May

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

12:57
17 May

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır  

12:47
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!