Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 16-cı və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli, 30 dekabr tarixli 332-VIIQD nömrəli və 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli qanunları) 131-ci maddəsinin 4-cü hissəsinin "c" bəndinə "müddətli" sözündən sonra "həqiqi" sözü əlavə edilsin.
Maddə 2. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddələr 489, 503, № 8, maddə 934; 2025, № 1, maddə 15, № 4 (I kitab), maddə 322, № 8, maddə 743, № 11, maddə 1011; Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli və 30 dekabr tarixli 332-VIIQD nömrəli qanunları) 159.3-cü maddəsində "hərbi komissarlığa" sözləri "müvafiq icra hakimiyyəti orqanına" sözləri ilə əvəz edilsin.
Maddə 3. "Müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 11, maddə 1183; 2025, № 8, maddə 737) 6-cı maddəsinin birinci hissəsinin səkkizinci abzası ləğv edilsin.
Maddə 4. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 16, maddə 213; 1995, № 9, maddə 177, № 14, maddə 241; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 5 (I kitab), maddə 501) 23-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. ikinci cümlədə "hərbi komissarlıqlar" sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin;
4.2. üçüncü cümlədə "orqanları" sözü "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin.
Maddə 5. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 5 (I kitab), maddələr 489, 503, № 11, maddə 1183; 2025, № 6, maddələr 524, 525) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
5.1. 31-ci maddənin dördüncü hissəsi üzrə:
5.1.1. birinci cümləyə "Müddətli" sözündən sonra "həqiqi hərbi" sözləri əlavə edilsin və həmin cümlədə "yerlərin hərbi komissarlarına" sözləri "yerlərdə yerləşən həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinin (qurumunun) komandirinə (rəisinə)" sözləri ilə əvəz edilsin;
5.1.2. ikinci cümləyə "barədə" sözündən sonra "müddətli həqiqi hərbi xidmət keçdiyi" sözləri əlavə edilsin;
5.2. 77-ci maddənin birinci hissəsinin birinci cümləsinə "Müddətli" sözündən sonra "həqiqi hərbi" sözləri əlavə edilsin;
5.3. həmin Nizamnaməyə 5 saylı əlavə - "Qarnizonun hərbi hissələrinin (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və digər müəssisələrin) qarnizonda ezamiyyətdə və məzuniyyətdə olan hərbi qulluqçularının uçotu qaydası" üzrə:
5.3.1. 1-ci maddə üzrə:
5.3.1.1. birinci hissədə "hərbi komissarlıqda" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsində (qurumunda)" sözləri ilə əvəz edilsin;
5.3.1.2. ikinci hissədə "hərbi komissarlıq" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsi (qurumu)" sözləri ilə əvəz edilsin;
5.3.2. 2-ci maddə üzrə:
5.3.2.1. birinci hissə üzrə:
5.3.2.1.1. birinci cümlədə "hərbi komissara" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinin (qurumunun) komandirinə (rəisinə)" sözləri ilə əvəz edilsin;
5.3.2.1.2. ikinci cümlədə "hərbi komissara" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinin (qurumunun) komandirinə (rəisinə" sözləri ilə əvəz edilsin;
5.3.2.2. ikinci hissədə "hərbi komissarlığa" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinə (qurumuna" sözləri ilə əvəz edilsin;
5.3.3. 3-cü maddənin ikinci cümləsində ", hərbi komissarlığa" sözləri "və ya həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinə (qurumuna)" sözləri ilə əvəz edilsin;
5.3.4. 4-cü maddə üzrə:
5.3.4.1. ikinci cümlədə "hərbi komissarlığa" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinə (qurumuna)" sözləri ilə əvəz edilsin;
5.3.4.2. üçüncü cümlədə "hərbi komissarlığa" sözləri "yaşadıqları əraziyə yaxın hərbi tibb müəssisəsinə və ya həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinə (qurumuna)" sözləri ilə əvəz edilsin;
5.3.5. 5-ci maddədə "hərbi komissarlıqda" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsində (qurumunda" sözləri ilə əvəz edilsin.
Maddə 6. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli
377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddələr 4, 7, № 4 (I kitab), maddə 324, № 6, maddələr 524, 525, 527; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 306-VIIQD nömrəli və 30 dekabr tarixli 328-VIIQD nömrəli qanunları) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:
6.1. 16-cı maddənin birinci hissəsinin "a" bəndinin ikinci abzası, "b", "q" və "d" bəndləri aşağıdakı redaksiyada verilsin:
"çağırışçılar üçün - müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün;";
"b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində:
bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün - bağlaşmanın imzalandığı gün;";
"q) gizirlərin və miçmanların həqiqi hərbi xidmətində:
bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün - bağlaşmanın imzalandığı gün;
d) zabitlərin həqiqi hərbi xidmətində:
bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün - bağlaşmanın imzalandığı gün;
ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün - hərbi xidmətə çağırılması (qəbul olunması) barədə əmrin imzalandığı gün.";
6.2. 17-ci və 18-ci maddələr aşağıdakı redaksiyada verilsin:
"17. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə qəbul edilirlər. Bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılır.
18. Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların həqiqi hərbi xidmət keçəcəyi dövlət orqanlarının (qurumlarının) toplanış məntəqəsinə (hərbi hissələrə) aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Müddətli həqiqi hərbi xidmətə çağırılmış şəxslər hərbi hissələrə göndərilməzdən əvvəl qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq həqiqi hərbi xidmət başa çatanadək və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
Müvafiq icra hakimiyyəti orqanının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının və kursantlarının şəxsiyyət vəsiqələri müvəqqəti alınaraq həmin qurumda saxlanılır.
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına hərbi bilet verilir.";
6.3. 19-cu maddənin dördüncü hissəsindən "(4 saylı əlavə)" sözləri çıxarılsın;
6.4. 26-cı maddə üzrə:
6.4.1. birinci hissənin "a" bəndi aşağıdakı redaksiyada verilsin:
"a) müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;";
6.4.2. ikinci hissə ləğv edilsin;
6.4.3. aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilsin:
"Qeyd:
1. Bu maddənin birinci hissəsinin "b" bəndinə uyğun olaraq hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinə qəbul edilərkən 18 yaşı tamam olmayan şəxslərlə bağlaşma onların qanuni nümayəndələrinin - valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır.
2. Azərbaycan Respublikasının hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrini (xarici ölkələrin analoji ali təhsil müəssisələrini) müvəffəqiyyətlə bitirərək ilk zabit hərbi rütbəsi almış Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanında zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan, bu maddənin birinci hissəsinin "q" bəndində göstərilən vətəndaşlar birbaşa kadr zabit heyətinə keçirilirlər.";
6.5. 27-ci maddənin ikinci hissəsindən "(4 saylı əlavə)" sözləri çıxarılsın;
6.6. 28-ci maddənin birinci hissəsinin birinci cümləsində "rayon (şəhər) hərbi komissarlıqları" sözləri "həmin orqanın müvafiq qurumları" sözləri ilə əvəz edilsin;
6.7. 29-cu maddə üzrə:
6.7.1. birinci hissə üzrə:
6.7.1.1. birinci abzasdan "(yaşayış yeri üzrə hərbi komissarlığa)" sözləri çıxarılsın;
6.7.1.2. ikinci abzasdan "(hərbi komissarın adına ərizə)" sözləri çıxarılsın;
6.7.2. üçüncü hissədən "və rayon (şəhər) hərbi komissarlıqları" sözləri çıxarılsın;
6.7.3. dördüncü və beşinci hissələr ləğv edilsin;
6.8. 37-ci maddənin üçüncü hissəsindən "(yaşayış yeri üzrə hərbi komissarın)" və "(bağlaşma imzalayırlar)" sözləri çıxarılsın;
6.9. 72-ci maddənin ikinci hissəsinin "z" bəndinin beşinci abzasından "onların yaşadıqları yer üzrə hərbi komissarlığa" sözləri çıxarılsın və həmin abzasda "məlumat almaq üçün sorğu göndərilə bilər" sözləri "məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi hərbi qulluqçunun razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya hərbi qulluqçu tərəfindən təmin edilir" sözləri ilə əvəz edilsin;
6.10. 77-ci maddənin dördüncü hissəsi ləğv edilsin;
6.11. 95-ci maddənin birinci hissəsinin üçüncü abzası ləğv edilsin;
6.12. 117-ci maddə üzrə:
6.12.1. ikinci hissədə "hərbi komissarlığa" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinin (qurumunun) komandirinə (rəisinə)" sözləri ilə, "hərbi komissara" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinin (qurumunun) komandirinə (rəisinə" sözləri ilə əvəz edilsin;
6.12.2. üçüncü hissədə "hərbi komissar" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinin (qurumunun) komandiri (rəisi" sözləri ilə əvəz edilsin;
6.13. 118-ci maddə üzrə:
6.13.1. birinci hissə üzrə:
6.13.1.1. "a" bəndinin ikinci cümləsində "hərbi komissarlıq" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinin (qurumunun) komandiri (rəisi)" sözləri ilə əvəz edilsin;
6.13.1.2. "v" bəndinin ikinci cümləsində "hərbi komissar" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinin (qurumunun) komandiri (rəisi)" sözləri ilə əvəz edilsin;
6.13.2. ikinci hissədə "hərbi komissar" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinin (qurumunun) komandiri (rəisi" sözləri ilə əvəz edilsin;
6.13.3. üçüncü hissədə "(hərbi komissara)" sözləri ", həmçinin qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanına" sözləri ilə əvəz edilsin;
6.14. 119-cu maddə üzrə:
6.14.1. birinci hissənin ikinci cümləsində "hərbi komissarlığa" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinə (qurumuna)" sözləri ilə əvəz edilsin;
6.14.2. ikinci hissədə "hərbi komissarlığa" sözləri "yaşadıqları əraziyə yaxın hərbi tibb müəssisəsinə və ya həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinə (qurumuna)" sözləri ilə əvəz edilsin;
6.15. 129-cu maddənin altıncı hissəsindən "hərbi komissarlıq və ya" sözləri çıxarılsın və həmin hissədə "ya da" sözləri "yaxud" sözü ilə əvəz edilsin;
6.16. 141-ci maddənin ikinci hissəsində "hərbi komissarlıqdan" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinin (qurumunun) komandirindən (rəisindən)" sözləri ilə əvəz edilsin;
6.17. 142-ci maddədə "hərbi komissarlığa" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinin (qurumunun) komandirinə (rəisinə)" sözləri ilə əvəz edilsin;
6.18. 143-cü maddənin üçüncü hissəsindən "(hərbi komissarlıq)" sözləri çıxarılsın;
6.19. 144-cü maddənin birinci cümləsindən "(hərbi komissarlığa)" sözləri çıxarılsın;
6.20. 145-ci maddənin ikinci hissəsində "hərbi komissarlığa" sözləri "həqiqi hərbi xidmət keçdiyi orqanın müvafiq hərbi hissəsinə (qurumuna)" sözləri ilə əvəz edilsin;
6.21. 165-ci maddə üzrə:
6.21.1. dördüncü hissədə "hərbi komissarlıqlara" sözləri "müvafiq icra hakimiyyəti orqanına" sözləri ilə əvəz edilsin;
6.21.2. beşinci hissədə "hərbi komissarlıqlara" sözləri "müvafiq icra hakimiyyəti orqanına" sözləri ilə əvəz edilsin və həmin hissədən "və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin," sözləri çıxarılsın;
6.22. 170-ci maddə aşağıdakı redaksiyada verilsin:
"170. Vətəndaşlar ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.
Hərbi vəzifəlilər ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata alınmalıdırlar.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur. Həqiqi hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşına çatanadək həqiqi hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların hərbi qeydiyyatına qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Göstərilən vətəndaşların tibbi şəhadətləndirilməsi işinə cəlb edilən tibbi heyətə daxil olan şəxslərin iş yerlərində onların orta əməkhaqları saxlanılır.
Bu maddənin üçüncü hissəsində qeyd edilən vətəndaşların çağırışçıların hərbi qeydiyyatına qaytarılması və müddətli həqiqi hərbi xidmətə çağırılması "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa və hərbi uçotun və qeydiyyatın aparılması sahəsində digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.";
6.23. 175-ci maddənin dördüncü hissəsinin birinci cümləsindən "və hərbi komissarlıqlar" sözləri çıxarılsın;
6.24. 184-cü maddəyə "şəxslərin" sözündən sonra "("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla)" sözləri əlavə edilsin və həmin maddədə "hərbi komissarlıqlar" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə, "Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə" sözləri "baxılması və qərar verilməsi üçün həqiqi hərbi xidmətdən buraxıldıqları müvafiq dövlət orqanlarına" sözləri ilə əvəz edilsin;
6.25. 186-cı maddənin birinci hissəsinin "q" bəndində "rayon (şəhər) hərbi komissarlarından" sözləri "müvafiq icra hakimiyyəti orqanından" sözləri ilə əvəz edilsin;
6.26. 187-ci maddədə üçüncü halda "müvafiq" sözü "uyğun" sözü ilə, "hərbi komissarlıqlar" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin;
6.27. Əsasnaməyə 4 saylı əlavə - "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul haqqında Bağlaşma" ləğv edilsin;
6.28. Əsasnaməyə 6 saylı əlavə - "Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidməti bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları"nın 3-cü maddəsinin "v" bəndinin doqquzuncu abzasında "rayon (şəhər), rayon bölgülü şəhər, Muxtar Respublika hərbi komissarlığının" sözləri "müvafiq icra hakimiyyəti orqanının" sözləri ilə əvəz edilsin.
Maddə 7. "Polis haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611 (Cild I); 2024, № 1, maddə 3; 2025, № 8, maddələr 735, 743)
18-ci maddəsinin birinci hissəsinin 4-cü bəndində ", qoşun hissələrinin komandirlərinə və ya hərbi komissarlara" sözləri "və ya həqiqi hərbi xidmət keçdiyi orqanın həmin yerdə yerləşən müvafiq hərbi hissəsinin (qurumun) komandirinə (rəisinə)" sözləri ilə əvəz edilsin.
Maddə 8. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 14; (Cild I); 2025, № 1, maddə 15, № 7, maddə 629) ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 4-cü maddəsindən "və ya təhkim şəhadətnaməsini" sözləri çıxarılsın və həmin maddədə "hərbi komissarlığı" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin.
Maddə 9. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613 (Cild I); 2024, № 2, maddə 138, № 7, maddə 776; Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanunu) 17.10-cu maddəsində "hərbi komissarlıqlar" sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2026-cı il