16 Aprel 2026 08:10
661
SİYASƏT
A- A+
İnkişaf, yoxsa ideoloji girovluq

İnkişaf, yoxsa ideoloji girovluq


Ermənistan tarixi seçim qarşısındadır


Cənubi Qafqaz bölgəsi elə bir mərhələyə daxil olur ki, ayrı-ayrı ölkələrdə baş verən siyasi proseslər artıq birbaşa regional təhlükəsizlik arxitekturasını müəyyənləşdirir. 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlıq artıq daxili siyasi mübarizə çərçivəsindən çıxaraq daha geniş strateji seçim xarakteri alır. Əslində, söhbət təkcə hakimiyyət uğrunda mübarizədən deyil, Ermənistanın gələcəyini - sülhə doğru dönüşünü, yoxsa qarşıdurma məntiqinin qorunmasını müəyyən edəcək bir növ geosiyasi referendumdan gedir.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında deyib ki, hazırkı mərhələnin əsas xüsusiyyəti Ermənistan cəmiyyətində dərin parçalanmanın mövcudluğudur. Bu gün ölkədə iki əsas istiqamət aydın şəkildə müşahidə olunur və onların hər biri müxtəlif formalarda inkişaf imkanlarını məhdudlaşdırır. "Birinci istiqamət baş nazir Nikol Paşinyanın irəli sürdüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində "Real Ermənistan" konsepsiyasına əsaslanan xətdir. Bu yanaşma formal olaraq Azərbaycanla münasibətlərin normallaşdırılmasına və regionda sülhün təmin olunmasına yönəlib. Lakin praktikada bu siyasət ehtiyatlılıq və ziddiyyətlərlə müşayiət olunur. N.Paşinyan bir tərəfdən Bakı tərəfindən irəli sürülən hüquqi təminat tələbləri, digər tərəfdən isə daxildə güzəştlərin siyasi sabitliyə təhlükə kimi qəbul edilməsi fonunda balans axtarmağa məcburdur. İkinci istiqamət isə revanşist qüvvələrlə bağlıdır. Bu düşərgə uydurma "böyük Ermənistan" ideologiyasını gündəmdə saxlamaqla cəmiyyətdə emosional mobilizasiyaya çalışır. Bu prosesdə dini amildən və simvolik ritorikadan aktiv şəkildə istifadə olunur. Etiraz aksiyalarında kilsə nümayəndələrinin iştirakı ölkədəki identiklik böhranının dərinliyini bir daha göstərir. Lakin bu qüvvələrin əsas zəif tərəfi gələcəyə yönəlik real proqram təqdim edə bilməmələridir. Təklif olunan model artıq iflasa uğramış keçmişə qayıdışdan ibarətdir", - deyə deputat bildirib.

S.Fətəliyevanın fikrincə, bu kontekstdə Azərbaycanla sülh sazişinin perspektivləri xüsusi əhəmiyyət kəsb edir. Getdikcə daha aydın görünür ki, sadəcə, sənədin imzalanması uzunmüddətli sülh üçün kifayət deyil. Problemin kökü Ermənistan dövlətçiliyinin hüquqi əsaslarında dayanır. Ermənistan konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilir və həmin sənəddə Azərbaycana qarşı ərazi iddiaları yer alır. Bu vəziyyətdə istənilən sülh sazişi Ermənistanın öz daxili hüquqi sistemi baxımından mübahisələndirilə və gələcəkdə siyasi və ya məhkəmə qərarları ilə qüvvədən düşə bilər. Məhz buna görə də Azərbaycanın mövqeyi prinsipial və praqmatik xarakter daşıyır. Söhbət, sadəcə, danışıqlar prosesinin formal yekunlaşmasından deyil, uzunmüddətli və dayanıqlı sülhün hüquqi əsaslarının yaradılmasından gedir. Konstitusiya səviyyəsində ziddiyyətlər aradan qaldırılmadan əldə edilən razılaşmalar yalnız müvəqqəti siyasi bəyanatlar olaraq qalacaq.

S.Fətəliyeva qeyd edib ki, Ermənistanda gedən proseslər ikili xarakter daşıyır: "Bir tərəfdən, sərhədlərin delimitasiyası istiqamətində müəyyən irəliləyişlər müşahidə olunur. Digər tərəfdən isə daxili siyasi gündəlik göstərir ki, ən həssas qərarların qəbulu məqsədli şəkildə təxirə salınır. "Dördüncü Respublika" konsepsiyası və yeni konstitusiyanın qəbulu ideyası hələlik daha çox siyasi ritorika səviyyəsində qalır, mümkün referendum isə seçkilərdən sonrakı dövrə ötürülür. Bu yanaşma hakimiyyətə qısa müddətdə riskləri azaltmağa imkan versə də, əsas problemlərin həllini gecikdirir".

Deputat vurğulayıb ki, belə şəraitdə sülh perspektivləri ilə bağlı sual daha konkret məna kəsb edir. İrəliləyiş mümkündür, lakin bu, formal və ya birtərəfli ola bilməz. Ermənistanın beynəlxalq aləmdə "sülh tərəfdarı" imici real addımlarla, ilk növbədə hüquqi sahədə dəyişikliklərlə təsdiqlənməlidir. Əks halda xarici ritorika ilə daxili siyasət arasında ziddiyyət qalmaqda davam edəcək. Azərbaycan üçün isə bu proseslər taktiki deyil, strateji əhəmiyyət daşıyır. "2026-cı il Ermənistan üçün seçim nöqtəsinə çevrilir: ya regionda formalaşan yeni reallıqlara uyğunlaşaraq suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan əməkdaşlıq modelini qəbul etmək, ya da keçmişin ideoloji yükünün girovuna çevrilmək. Nəticə etibarilə Cənubi Qafqazda dayanıqlı sülh yalnız Ermənistanda dərin institusional dəyişikliklər fonunda mümkün ola bilər. Konstitusiya islahatı və ərazi iddialarından qəti imtina müasir Ermənistanda dövlət quruculuğunun ayrılmaz şərtidir. Bu addımlar atılmadan istənilən sülh təşəbbüsü yalnız daxili siyasi konyunkturaya xidmət edən taktiki manevr kimi qiymətləndiriləcək və regionda real sabitliyin təmin olunmasına xidmət etməyəcək", - deyə deputat bildirib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

14:17
17 May

Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır  

14:16
17 May

Sabah yağış yağacaq, bəzi yerlərdə arabir intensivləşəcək

14:14
17 May

Bakıda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir  

14:13
17 May

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir  

14:07
17 May

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

14:06
17 May

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır

14:05
17 May

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır 

14:04
17 May

Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir  

13:53
17 May

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

13:51
17 May

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb  

13:47
17 May

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır  

13:41
17 May

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb 

13:31
17 May

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

13:23
17 May

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var  

13:19
17 May

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  

13:16
17 May

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində  

13:08
17 May

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir  

13:03
17 May

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir  

13:01
17 May

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

12:57
17 May

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır  

12:47
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!