16 Aprel 2026 08:20
518
SİYASƏT
A- A+
İqtisadi inteqrasiya artdıqca etimad mühiti də güclənir

İqtisadi inteqrasiya artdıqca etimad mühiti də güclənir


Ötən ilin dekabrından etibarən Ermənistana həm birbaşa, həm də Azərbaycan ərazisindən müxtəlif yüklər daşınır. Rəsmi Bakının bu addımı iki ölkə arasında münasibətlərin tədricən normallaşması fonunda iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verir. Prezident İlham Əliyev bəyan edib ki, Cənubi Qafqaz regionunda bütün kommunikasiyalar açılmalıdır. Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir və ərazisindən yüklərin daşınmasına şərait yaradır. Bu, regional nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində atılan addımların praktik nəticəsi kimi dəyərləndirilə bilər. 

Milli Məclisin deputatı Könül Nurullayeva qəzetimizə açıqlamasında bildirib ki, uzun illər işğal siyasəti səbəbindən blokada şəraitində yaşamış Ermənistan üçün yeni logistika marşrutlarının yaranması iqtisadiyyatın diversifikasiyası baxımından əhəmiyyətlidir: "Azərbaycanın tranzit ölkə kimi çıxış etməsi həm regionda iqtisadi inteqrasiyanı gücləndirir, həm də ticarət dövriyyəsinin artmasına şərait yaradır. Ermənistan rəsmiləri də bəyan ediblər ki, neft məhsullarının çatdırılması ölkənin daxili bazarında enerji təminatını və qiymətlərini sabitləşdirir, sənaye sektorunun davamlı fəaliyyətinə müsbət təsir edir. Baş nazir Nikol Paşinyan bu addımı "real sülhün nümunəsi" kimi qiymətləndirərək, Azərbaycanın neft məhsullarının Ermənistandakı monopoliyanı dağıtdığını da bildirmişdi". 

Deputat qeyd edib ki, Azərbaycanın bu prosesdə iştirakı regionda iqtisadi əməkdaşlıq modelinin formalaşmasına töhfə verir. Həmçinin uzunmüddətli perspektivdə siyasi sabitliyə müsbət təsir edir. Beynəlxalq təcrübə göstərir ki, iqtisadi inteqrasiya səviyyəsi yüksəldikcə münaqişə riskləri azalır və tərəflər arasında etimad mühiti formalaşır. Ermənistan iqtisadiyyatı üçün bu əməkdaşlığın potensial faydalarına gəlincə, demək olar ki, tranzit imkanlarının genişlənməsi bu ölkəni regional ticarət şəbəkələrinin bir hissəsinə çevirə bilər. Bu isə yeni investisiyaların cəlb olunmasına, logistika və xidmət sektorlarının inkişafına, həmçinin məşğulluğun artmasına şərait yaradar. Paralel olaraq idxal marşrutlarının şaxələndirilməsi iqtisadi risklərin azaldılmasına xidmət edir.

K.Nurullayeva deyir ki, prosesin davamlı və sistemli xarakter alması üçün siyasi dialoqun gücləndirilməsi, müvafiq mexanizmlərin formalaşdırılması vacibdir: "Ermənistana neft məhsullarının göndərilməsi, ümumilikdə yüklərin Azərbaycan üzərindən daşınması təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan yeni reallıqların formalaşdığını göstərir. Bu proseslərin düzgün idarə olunması regionda sabitliyi möhkəmləndirəcək, qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirəcək. Bir sözlə, sözügedən əməkdaşlıq fonunda Azərbaycan regionda enerji və logistika mərkəzi rolunu gücləndirir,  Ermənistan isə izolyasiyadan çıxaraq regional bazara inteqrasiya olunur".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

14:17
17 May

Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır  

14:16
17 May

Sabah yağış yağacaq, bəzi yerlərdə arabir intensivləşəcək

14:14
17 May

Bakıda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir  

14:13
17 May

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir  

14:07
17 May

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

14:06
17 May

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır

14:05
17 May

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır 

14:04
17 May

Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir  

13:53
17 May

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

13:51
17 May

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb  

13:47
17 May

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır  

13:41
17 May

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb 

13:31
17 May

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

13:23
17 May

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var  

13:19
17 May

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  

13:16
17 May

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində  

13:08
17 May

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir  

13:03
17 May

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir  

13:01
17 May

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

12:57
17 May

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır  

12:47
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!