16 Aprel 2026 08:25
557
SİYASƏT
A- A+
Bakı qlobal əməkdaşlığın strategiyasını formalaşdırır

Bakı qlobal əməkdaşlığın strategiyasını formalaşdırır


Azərbaycan beynəlxalq təşkilatlara sədrliyi dövründə uğurlu fəaliyyəti və liderliyi ilə seçilir


Azərbaycan bir çox beynəlxalq platformada uğurlu inteqrasiya layihələri həyata  keçirir. Bakı müxtəlif coğrafiyaları və ideologiyaları birləşdirən diplomatik qovşaq statusunu beynəlxalq qurumlara sədrlik etdiyi dönəmlərdə daha da möhkəmləndirir. Bu xəttin məntiqi davamı olaraq, ölkəmiz 2024-cü ildən bu yana Asiyanın ən böyük dialoq platformalarından birinə - Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) uğurla rəhbərlik edir. Sədrliyin praktik nəticələrindən biri kimi aprelin 14-də Bakıda mühüm tədbir də reallaşıb. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans və təşkilatın Qadınlar Şurasının ilk iclası keçirilib.

Tədbirdə AQEM-in baş katibi Kayrat Sarıbay, Azərbaycanın dövlət rəsmiləri, həmçinin üzv dövlətlərin yüksəksəviyyəli nümayəndələri iştirak ediblər. Baş katib Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndirib və buna görə rəsmi Bakıya təşəkkür edib. K.Sarıbay əlavə edib ki, Azərbaycanın sədrliyi və təşəbbüsü ilə daha uğurlu nəticələr əldə olunacaq. Azərbaycan AQEM çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu, ölkəmizin Qoşulmama Hərəkatında olduğu kimi, AQEM-də də yeni mexanizmlərin qurulması ənənəsini davam etdirdiyini göstərir. 

Təxminən 4 milyarda yaxın insanın Asiya qitəsində yaşadığını nəzərə alsaq, AQEM kimi beynəlxalq platformanın planetimizin gələcək təhlükəsizliyinin təminatı baxımından böyük əhəmiyyət daşıdığı aydın olar. Məlumat üçün bildirək ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 1992-ci ildə Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Əsas məqsəd isə Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub. Hazırda 28 üzvü olan AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlərdən biri 2002-ci ildə qəbul edilmiş "Almatı Aktı"dır. Müşavirənin inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir. AQEM-in əsas qərar qəbuletmə orqanları Dövlət və Hökumət Başçılarının Şurası, Xarici İşlər Nazirləri Şurası və Yüksək Vəzifəli Şəxslər Komitəsidir. 

Azərbaycan AQEM-in çağırılması ilə bağlı təşəbbüsü dəstəkləyən ilk dövlətlərdən biri olub və qurum çərçivəsində fəal əməkdaşlığını davam etdirib. 2023-cü ildə qurumun Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında müşavirənin tamhüquqlu beynəlxalq təşkilata transformasiyası ilə bağlı yol xəritəsi qəbul edilib. Hazırda sözügedən yol xəritəsində əksini tapmış müddəaların icrası istiqamətində fəaliyyət davam etdirilir. AQEM Nazirlər Şurasının 2024-cü il 19 mart tarixli qərarı ilə 2024-2026-cı illər üzrə müşavirəyə sədrlik ölkəmizə keçib. 

Payızda Bakıda AQEM sammiti və AQEM Media Forumu keçiriləcək, mühüm qərarlar qəbul olunacaq. Bakı sammiti həm Asiyada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edəcək. Bu tədbir ölkəmizin sədrlik dövründəki uğurlarının nümayişi üçün tarixi bir mərhələ olacaq. 

Coğrafi baxımdan Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan ticarət yollarının inkişafı üçün infrastrukturunu tamamilə yeniləyib. Mövcud enerji və nəqliyyat layihələri, o cümlədən yaxın illərdə istifadəyə veriləcək Zəngəzur dəhlizi (TRIPP) və Xəzər ilə Qara dənizi birləşdirəcək elektrik enerjisi ixracı kabeli, eləcə də digər daxildəki infrastruktur layihələri AQEM dövlətləri üçün mühüm fürsətdir.

Belə əhəmiyyətli bir təşkilata 2024-2026-cı illər üzrə sədrliyin Azərbaycana həvalə olunması heç də təsadüfi deyil. Azərbaycanın beynəlxalq qurumlara rəhbərliyi ölkənin xarici siyasətində çoxşaxəlilik prinsipinin və qlobal diplomatik nüfuzunun göstəricisidir. Bakı bu platformalarda təkcə milli maraqlarını deyil, həm də ədalət, beynəlxalq hüquq və inkişaf etməkdə olan ölkələrin səsini təmsil edən aparıcı aktor kimi çıxış edir. 

Xatırladaq ki, Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi təşkilatın tarixində institusionallaşma dövrü kimi xarakterizə edilir. Ölkəmiz pandemiya ilə mübarizədə "peyvənd millətçiliyi"nə qarşı çıxaraq, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə nail oldu. Azərbaycanın QH-yə sədrliyi dövründə qurumun Parlament Şəbəkəsi, Gənclər Təşkilatı və Qadınlar Platforması yaradıldı. Dövlətimizin uğurlu fəaliyyəti nəticəsində üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın sədrlik müddəti daha bir il uzadıldı. 

Ölkəmizin 2019-2021-ci illərdə Türk Dövlətləri Təşkilatına sədrlik dövrü isə türk dünyasının birliyinin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin etdi. Məhz ölkəmizin TDT-yə rəhbərliyi müddətində türk dövlətlərinin iqtisadi, nəqliyyat və humanitar sahələrdə inteqrasiyası sürətləndi. 44 günlük müharibə zamanı və sonrakı dönəmdə türk dövlətlərinin mənəvi dəstəyinin vəhdət halına gəlməsi də bu dövrə təsadüf edir.

2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu dövrdəki sədrlik fəaliyyəti ölkəmizin diplomatiyasının ən böyük uğurlarından biri sayılır. Həmin zaman kəsiyində Azərbaycanın sədrliyi ilə terrorizmlə mübarizəyə dair yüksəksəviyyəli iclaslar keçirildi. Beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında hüququn aliliyi prinsipi ardıcıl müdafiə olundu.

2014-cü ildə ölkəmzin Avropa Şurası Nazirlər Komitəsinə altıaylıq sədrlik dövründə də Azərbaycan Avropanın hüquqi və humanitar məkanında mühüm gündəlik formalaşdırdı. Korrupsiya ilə mübarizə, mədəniyyətlərarası dialoq və gənclər siyasəti ölkəmizin sədrliyinin əsas mövzuları idi. Bu platformalardakı liderlik Azərbaycanın beynəlxalq arenada körpü rolunu və strateji əhəmiyyətini daha da möhkəmləndirib. 

Nəticə etibarilə Bakının beynəlxalq qurumlardakı fəallığı qlobal əməkdaşlığın qurulmasına böyük töhfələr verir. Azərbaycanın humanitar təşəbbüsləri ölkəmizin yalnız enerji və nəqliyyat qovşağı olmadığını, həm də mədəniyyətlərarası dialoq və inklüziv inkişafın mərkəzi olduğunu nümayiş etdirir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

14:17
17 May

Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır  

14:16
17 May

Sabah yağış yağacaq, bəzi yerlərdə arabir intensivləşəcək

14:14
17 May

Bakıda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir  

14:13
17 May

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir  

14:07
17 May

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

14:06
17 May

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır

14:05
17 May

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır 

14:04
17 May

Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir  

13:53
17 May

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

13:51
17 May

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb  

13:47
17 May

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır  

13:41
17 May

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb 

13:31
17 May

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

13:23
17 May

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var  

13:19
17 May

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  

13:16
17 May

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində  

13:08
17 May

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir  

13:03
17 May

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir  

13:01
17 May

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

12:57
17 May

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır  

12:47
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!