18 Fevral 2026 09:20
190
İQTİSADİYYAT
A- A+
Neftçalada su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda növbəti tədbir keçirilib

Neftçalada su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda növbəti tədbir keçirilib


Neftçala Rayon İcra Hakimiyyətində keçirilən seminar-müşavirədə rayon ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, suya olan tələbatın ödənilməsi və mövzu ilə bağlı digər məsələlər müzakirə olunub.

Rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısı Ulu Öndər Heydər Əliyevin "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik" sözlərinə xitab edərək su ehtiyatlarından səmərəli istifadənin kənd təsərrüfatında rolu barədə ətraflı məlumat verib. 

Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin rəisi Təbriz Eyyubov isə  bu il əkilməsi planlaşdırılan 38158 hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulan illik 401,7 min kubmetr suyun həcminə uyğun olaraq əkin işlərinin nəzərdə tutulmasını, o cümlədən taxıl, pambıq, yem bitkilərinin suvarılmasında  fermerlərlə Sudan İstifadəedənlər Birlikləri arasında sudan istifadə ilə bağlı su müqaviləsinin bağlanması, pambıq sahələrinə arat, taxıl sahələrinə vegetasiya suyunun verilməsi ilə bağlı bir sıra məsələlərə toxunub, bir neçə Sudan İstifadəedənlər birliklərinin rasionallaşdırılmasının suyun idarə olunmasına müsbət töhfə verəcəyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı Şirvan-Salyan Regional bölməsinin rəis müavini Əliqismət Babazadə çıxışında əkin sahələrinə verilən suya nəzarətin  zəif olması səbəbindən drenaj kanallara  axıdılması və nəticədə suyun israf olunmasını, sudan qanunsuz istifadəyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsini diqqətə çatdıraraq profilaktiki tədbirlərin görülməsi barədə ətraflı məlumat verib. "Kürqarabucaq" Sudan İstifadəedənlər Birliyinin sədri Zabit Dadaşov təcrübəli meliorator kimi bır sıra Sudan İstifadəedənlər birliklərinin birləşdirilərək səmərəli fəaliyyətinin təmin olunmasının əhəmiyyətindən, səmərəliliyindən söhbət açaraq təklif və fikirlərini bölüşüb.

Seminar-müşavirədə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı yığıncaq iştirakçılarının təklif və fikirləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.


S.QUBADOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın hava hücumları nəticəsində dağılan Odessa 

11:22
18 Fevral

Əmək və əhalinin sosial müdafiə naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək  

11:01
18 Fevral

Azərbaycanın sonuncu təmsilçisi Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır  

10:47
18 Fevral

Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb  

10:30
18 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb 

10:21
18 Fevral

Dünya birjalarında neft bahalaşıb 

10:17
18 Fevral

C6 ölkələrinin iştirakı ilə Bakıda beynəlxalq konfrans keçirilir 

10:15
18 Fevral

BDYPİ texniki müayinə mərkəzi ilə bağlı sürücülərə müraciət edib  

10:12
18 Fevral

Ramazan ayında qidalanmaya xüsusi diqqət yetirilməlidir

09:50
18 Fevral

Çempionlar Liqası: “Qarabağ” tarixi oyunda İngiltərə klubuna qarşı

09:48
18 Fevral

Bu gündən kolleclərə sənəd qəbuluna start verilir

09:46
18 Fevral

Ramazan ayının başlanması ərəfəsində Quterreş birliyə və həmrəyliyə çağırıb  

09:45
18 Fevral

ABŞ prezidentliyinə keçmiş namizəd Cessi Cekson vəfat edib

09:45
18 Fevral

Çempionlar Liqasının pley-off mərhələsi: “Real” qələbə qazanıb

09:43
18 Fevral

Vens: Prezidentin masasında İranla bağlı bütün variantlar var

09:42
18 Fevral

Turizmə yatırılan sərmayə öz bəhrəsini verir

09:40
18 Fevral

Teatra bağlı ömür

09:35
18 Fevral

“Həpimiz bir günəşin zərrəsiyiz”

09:30
18 Fevral

Masallıda rəqəmsal mühitdə uşaqları zərərli informasiyadan necə qorumalı sualına cavab axtarılıb

09:25
18 Fevral

Neftçalada su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda növbəti tədbir keçirilib

09:20
18 Fevral

Bərdə bələdiyyəsinin fəaliyyəti razılıq doğurur

09:15
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!