18 Fevral 2026 09:30
712
Mədəniyyət
A- A+
“Həpimiz bir günəşin zərrəsiyiz”

“Həpimiz bir günəşin zərrəsiyiz”


Şair, yazıçı, dramaturq, tərcüməçi, görkəmli maarif və mədəniyyət xadimi Abdulla Şaiq Azərbaycan ədəbiyyatı tarixində layiqli yer tutan ədiblərdəndir. Onun adı həmişə hörmət və ehtiramla xatırlanır. 

Abdulla Şaiq yaradıcılığa başladığı, əlinə qələm götürdüyü gündən ömrünün sonunadək yazdığı bir-birindən maraqlı bədii əsərləri ilə ədəbiyyatımızın  zənginləşdirilməsinə və inkişafına töhfə verib. Onun zaman-zaman qələmə aldığı bir-birindən dəyərli bədii əsərləri ədəbi fikrin, maarif və mədəniyyətin tərəqqisinə güclü təsir göstərib. Yaradıcılığına nəzər yetirdikcə görürük ki, Abdulla Şaiq böyüklərlə yanaşı, uşaqlar və gənclər üçün də yazıb-yaratmışdır. Bir-birindən dəyərli əsərləri ilə gələcək nəsillərin milli ruhda böyüməsinə çalışmışdır. Şairin heç vaxt bədii dəyərini itirməyəcək  əsərləri bu gün də məktəblərdə tədris edilir. Bu əsərlər ədəbiyyatsevərlər tərəfindən maraqla oxunur.

Şairin əsərlərinin dili sadə, mənası isə dərindir. Onun uşaq və gənclər üçün yazdığı əsərlər gözəl lirik şeirlərdən, mənzum və mənsur hekayələrdən, nağıllardan, təmsillərdən və kiçikhəcmli pyeslərdən ibarətdir. Balacalar üçün yazdığı "Quzu", "Xoruz", "Keçi", "Uşaq və dovşan" və başqa şeirləri bu gün də maraqla oxunur, dillərdən düşmür. "Tıq-tıq xanım", "Yaxşı arxa", "Tülkü həccə gedir" kimi mənzum hekayə və nağılları milli uşaq ədəbiyyatımızın qızıl fonduna daxil edilmişdir. 

Yazdığı əsərləri ilə ürəkləri fəth edən Abdulla Şaiq milli ideologiyamızın təməlini qoyan ziyalılarımızdan biridir. Tarixdən yaxşı məlumdur ki, ötən əsrin əvvəllərində milli mənlik şüuru yenicə oyanırdı. Milli dirçəlişi istəməyən çarizm xalqların özünüdərk prosesinin qarşısını almaq üçün müxtəlif çirkin yollara və üsullara əl atırdı. Çalışırdı ki, xalqın milli mənlik şüurunun oyanmasının qarşısını alsın. Məktəblərdə ana dili fənninin tədrisi məcburi deyildi. Şagirdlərin istədikləri zaman ərizə yazıb bu fəndən imtina etmək ixtiyarları var idi. Ana dilini tədris edən müəllimlər o birilərindən az məvacib alırdı. Heç bir məntiqə sığmayan belə qəbuledilməz qaydaların hökm sürdüyü dövrdə Abdulla Şaiq qələmini süngüyə çevirmişdi. 

1917-ci ildə çar hökuməti "Məktəblərin milliləşdirilməsi barədə qərar" verdi. Bu qərarın ardınca Xalq Maarif Nəzarətinin Qafqaz Tədris dairəsi qərar haqqında əsasnaməni təsdiq etdi. Azərbaycanın odövrdəki ziyalıları, əsasnamədə tələb olunduğu kimi, milli təhsilin yaradılması istiqamətində tədbirlər hazırlamağa başladılar. Bu şərəfli missiyanı yerinə yetirənlərdən biri Abdulla Şaiq oldu. Məhz onun təşəbbüsü və davamlı çalışqanlığı nəticəsində ərsəyə gələn layihə  1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dönəmində reallaşdı. Abdulla Şaiqin təşəbbüsü ilə 3 aylıq Azərbaycan dili kursu açıldı. Kursa cəlb edilən 25 şagirdə dərsləri türk dilində A.Şaiq, Q.R.Mirzəzadə, C.Cəbrayılbəyli, H.S.Səyyah kimi müəllimlər tədris edirdilər. Milli məktəb 1924-cü ildə ilk məzunlarını buraxdı. C.Cabbarlı, T.Ş.Simurq, R.Axundov, M.Müşfiq, V.Axundov, S.Vəzirov, A.Əfəndizadə, B.Talıblı, S.Rüstəm, M.Dilbazi, Ş.Bədəlbəyli, Ə.Bədəlbəyli, A.Musaxanlı, M.A.Dadaşzadə, F.Qasımzadə, Niyazi, M.Hüseyn, H.Araslı və başqaları Şaiq məktəbinin ilk yetirmələri oldular.  

Yaradıcılığı kimi Abdulla Şaiqin həyatı da olduqca maraqlıdır. O, 1881-ci il fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində dünyaya göz açmışdı. Valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada yaşayırdılar. Abdulla Şaiq Yusifdən sonra ailənin ikinci övladı idi. Şairin atası dövrünün sayılıb-seçilən ruhani ziyalısı idi. Tarixi mənbələrdə qeyd edilir ki, o, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdir. Gələcəyin böyük şairi olacaq Abdulla Şaiq ilk təhsilini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdı. Onu da qeyd edək ki, bu məktəb yalnız dini təhsil vermirdi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun tərtib edilmişdi. 

Abdulla Şaiq bu məktəbdə ilk təhsilini alıb. Sonra anası, qardaşı Yusiflə bərabər  Xorasana gedib. Buna görə də Yusiflə Abdulla təhsillərini Xorasanda davam etdirməli olublar. 1889-cu ilin payızında Mehri xanım oğlu Yusiflə birlikdə Tiflisə dönüb. Abdulla isə təhsilini tamamlamaq üçün 1900-cü ilin payızınadək Xorasanda yaxın tanışlarının evində qalaraq burada dövrünün tanınmış ziyalılarından məntiq və poetika, həmçinin ərəb şeirlərinin tarixinə dair dərslər alıb. Yeddi il Xorasanda mükəmməl təhsil alan Abdulla Şaiq tarix, psixologiya elmlərini, həmçinin Şərq, Azərbaycan, rus ədəbiyyatını dərindən mənimsəyib. Payızda anası Xorasana gələrək Abdullanı da Tiflisə gətirib. Bir neçə aydan sonra o, Bakıya köçüb. Tiflisdə tanış olduğu dövrünün görkəmli ziyalısı Nəriman Nərimanovla görüşüb. Ona müəllimlik etmək arzusunda olduğunu bildirib.

Tiflisdə və Xorasanda fundamental təhsil almış Abdulla Şaiq poetika, məntiq, dini və dünyəvi elmlər, ərəb şeiri və ədəbiyyatı tarixini mükəmməl öyrənmişdi. Qələmə aldığı əsərlərinin hər cümləsində, hər sözündə bu mükəmməlik, dərin təfəkkür özünü aydın şəkildə göstərirdi. Tədqiqatçılarının yazdığına görə, özünəməxsus üslubu ilə başqalarından seçilən Abdulla Şaiqin yaradıcılığı daha çox milliliklə bəşəriliyin, ənənə ilə müasirliyin üzərində qurulmuşdu. Şair yazdığı əsərlərində həm turançı bir mütəfəkkir, həm də bəşəri ideyaların carçısı və təbliğatçısıdır. Şərqi mədəniyyətin beşiyi adlandıran Abdulla Şaiq Qərb sivilizasiyasının nailiyyətlərindən də məqsədyönlü istifadəni məqbul hesab edirdi.

Bəzən elə olur ki, hansısa şairi, yazıçını bir hekayəsi, bir şeiri xalqa və dünyaya tanıtdırır. Abdulla Şaiqin yaddaqalan, sevilən şeirləri, misraları çoxdur. Onun "Həpimiz bir günəşin zərrəsiyiz!" misrası isə dillər əzbəridir. Çünki bu misradan həmrəylik, birlik, sülh, əmin-amanlıq, insanlıq, beynəlmiləlçilik, bəşərilik  duyulur. Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Nizaməddin Şəmsizadə Abdulla Şaiqin bu misrası haqqında belə yazırdı: "Türkün dünyagörüşünün sərhədsizliyini əyaniləşdirən ən böyük fəlsəfə məhz budur. "Hamımız bir günəşin zərrəsiyik!" - romantik ədibimiz Abdulla Axund Mustafa oğlu Şaiqin bu misrası təkcə Azərbaycanı, yalnız türk dünyasını yox, bütün bəşəriyyətin ən ideal, ən humanist şüarı olmalıdır. Həqiqətən də, hamımızın bir Günəşi var. Ondan həyat və hərarət alırıq, hamımızın bir Ayı var, ondan nur alırıq, hamımızın bir əcdadı var - Allahın öz əvəzinə yarandığı ilk insan - Adəm ata! Bütün bəşəriyyət bir olan Allahın yaratdığı cahanın övladlarıdır. Ona görə "ipəkdən yumşaq poladdan kəskin" (S.Vurğun) böyük və incə ruhlu A.Şaiq ötən yüzilliyin önlərində - 1910-cu ildə yazıb:


Həpimiz bir yuva pərvərdəsiyiz!

Həpimiz bir günəşin zərrəsiyiz!

Ayramaz bizləri təğyiri - lisan

Ayramaz bizləri təbdili - məkan"


Abdulla Şaiq müəllimliyə böyük önəm verirdi, bu peşəni hər şeydən üstün tuturdu. Qürurla deyirdi ki, "Mən yazıçılığımdan ziyadə müəllimliyimlə iftixar edirəm". Müəllim olması ilə həmişə öyünən Abdulla Şaiq anadilli təhsilin yaranmasında da böyük xidmətlər göstərmişdir. Ə.Hüseynzadə, H.Cavid, M.Ə.Sabir, M.Hadi, A.Səhhət kimi yazıçı və şairlərin tərcümeyi-halları ilk dəfə onun böyük zəhmət və əziyyət bahasına tərtib etdiyi dərsliklərə salınmışdır. Abdulla Şaiqin Hüseyn Cavidlə birlikdə tərtib etdiyi, 1919-cu ildə çap olunan "Ədəbiyyat dərsləri" kitabı Azərbaycan ədəbiyyatşünaslığında ilk poetika kitablarından biridir. 

Abdulla Şaiq həyatının 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edib. 1906-cı ilin avqustunda Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində yaxından iştirak edib, təşkilati işlərdə böyük fəallıq göstərib. Şair qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə dair dövrlə, zamanla səsləşən təşəbbüs qaldırıb. Bu təşəbbüsün həyata keçməsi üçün uğurlu addımlar atılıb. H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya yaradılaraq Azərbaycan dilində müvafiq proqram hazırlamaq onlara tapşırılıb. Bunun nəticəsində də I Müəllimlər Qurultayından bir il keçər-keçməz yeni dərsliklər yaranıb. "Əlifba", "Uşaq çeşməyi", "İkinci il", "Gülzar" və digər bu kimi dərsliklərdə A.Şaiqin öz əsərləri ilə bərabər dünya ədəbiyyatından örnəklər də çap olunub. 

Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş Abdulla Şaiq tərcüməçi kimi də çox işlər görmüşdür. Görkəmli ədib Firdovsinin "Şahnamə" əsərindən, C.Ruminin "Məsnəvi"sindən, N.Gəncəvinin "İsgəndərnamə"sindən parçaları, D.Defo, İ.Krılov, M.Lermontov, A.Puşkin, L.Tolstoy, K.Çukovski və başqa Avropa müəlliflərinin bəzi əsərlərini ana dilimizə çevirmişdir. 

Abdulla Şaiq iki dəfə SSRİ Ali Sovetinin deputatı seçilib. Ədəbiyyatımızın inkişafındakı xidmətlərinə görə "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni və müxtəlif medallarla təltif edilib. 1940-cı ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 

Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Uzun illərdir ki, Azərbaycan Dövlət Kukla Teatrı şairin adını daşıyır. 1990-cı ildən isə Bakıda Abdulla Şaiqin ev-muzeyi fəaliyyət göstərir. Azərbaycan xalqı görkəmli ədibini heç vaxt unutmur, daim onu hörmətlə xatırlayıb yad edir.  


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:53
16 Aprel

Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq genişləndirilir  

14:40
16 Aprel

Avarçəkmə üzrə “Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq

14:36
16 Aprel

Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətinə dron hücumu nəticəsində azı 2 nəfər ölüb  

14:26
16 Aprel

“Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

12:53
16 Aprel

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun qurulması sürətlə davam edir

12:42
16 Aprel

İstanbulda Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılış mərasimi olub

12:40
16 Aprel

Azərbaycandan təbii qaz ixracı 6 faizdən çox artıb

12:37
16 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:33
16 Aprel

Milli Məclisin sədri İstanbulda Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

12:01
16 Aprel

Ötən gün 37 cinayətin açılması təmin olunub

11:41
16 Aprel

Azərbaycan nefti 113 dollara satılıb

11:36
16 Aprel

ABŞ Senatı İranla müharibənin dayandırılmasına dair qətnaməni qəbul etməyib 

11:29
16 Aprel

Hörmüz boğazının blokadası dünya iqtisadiyyatına təhdid yaradıb

11:21
16 Aprel

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib 

11:16
16 Aprel

Çindən İrana mesaj: Hörmüz boğazından sərbəst və təhlükəsiz keçid təmin edilməlidir  

11:08
16 Aprel

Türkiyə ordusu BMT-nin Kiprdəki bufer zonasının genişləndirilməsinə imkan verməyib  

11:01
16 Aprel

Birinci rübdə ixrac edilən xam neft və neft məhsullarının həcmi 5 milyon tonu ötüb

10:58
16 Aprel

İran XİN: ABŞ-nin Hörmüz boğazını blokadaya alması atəşkəsin pozulmasına səbəb ola bilər  

10:50
16 Aprel

Dünyanın aparıcı dövlətlərinin mərkəzi bankları qızıl satışına başlayıblar

10:50
16 Aprel

Kahramanmaraşdakı liseydə silahlı hücumla bağlı terror aktı versiyası istisna edilib  

10:48
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!