17 Fevral 2026 08:00
1409
SİYASƏT
A- A+
Münxendə Orta dəhlizin gələcək perspektivləri geniş müzakirə mövzusu oldu

Münxendə Orta dəhlizin gələcək perspektivləri geniş müzakirə mövzusu oldu


Münxen Təhlükəsizlik Konfransı qlobal məsələlərin müzakirə edildiyi nüfuzlu qlobal platformadır. Burada təhlükəsizliklə yanaşı, siyasi və iqtisadi məsələlər də geniş müzakirə olunur. Dünyanın 120-dən çox ölkəsindən ümumilikdə 1000-ə yaxın nümayəndənin, o cümlədən 60 dövlət və hökumət başçısının iştirakı bu tədbirin beynəlxalq əhəmiyyətinin göstəricisidir. 

Növbəti konfransda da Azərbaycana xüsusi maraq göstərilirdi. Prezident İlham Əliyevin bir çox hökumət və dövlət başçısı və iri biznes sahibləri ilə görüşləri, nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr zamanı bu maraq daha çox hiss olunurdu. Həmin maraqlar sırasında isə dünyanın ümid yeri kimi baxdığı Orta dəhliz məsələsində Azərbaycanın tutduğu mövqeyin qarşı tərəflər üçün böyük əhəmiyyət kəsb etdiyi aşkar görünürdü. Bu, təsadüfi deyildi - qlobal layihədə əsas söz sahibi və açar ölkənin Azərbaycan olduğu hamıya bəllidir. Gələcəkdə Asiya ilə Avropa arasında aparılacaq və dəyəri  trilyonlarla dollar olan ticarət dövriyyəsinin uğurlu olub-olmaması ölkəmizdən asılıdır. Əvvəllər Çin bu layihəyə xüsusi maraq göstərirdi. İndi Avropa Birliyi də özünün iqtisadi inkişaf və ticarət perspektivlərinin Azərbaycanla bağlı olduğunu aydın başa düşür. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəniz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşməsi" mövzusunda panel müzakirələrin keçirilməsi də ölkəmizə və regionumuza olan maraqdan irəli gəlirdi.

Prezident İlham Əliyev moderator Helqa Mariya Şmidin sualına cavab verərkən bildirdi ki, ölkəmiz Orta dəhlizin inkişafı üçün lazım olan bütün tədbirləri görür. Regionumuzda dəhlizlər və bağlantılar baxımından xeyli dəyişikliklər olub. Ötən dövr ərzində Azərbaycan fiziki infrastruktura, o cümlədən dəniz limanları, dəmir yolları, magistral və hava yolları ilə yüklərin daşınmasına böyük sərmayələr yatırıb. Dəhlizin işlək olması üçün qonşu və region ölkələrlə səmərəli əməkdaşlıq qurub. Azərbaycan istər Qərb, istəsə də Şərq istiqamətində yüklərin daşınması üçün lazım olan zəruri tədbirləri görməkdə davam edir. 

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa ilə Asiya arasında mühüm ticarət marşrutunda üstün coğrafi mövqeyə malikdir və görülən tədbirlər sayəsində ildən-ilə yükdaşımanın həcmi artır. Ötən il Azərbaycan üzərindən daşınan yüklərin həcmində rekord göstəriciyə nail olunub. Bu göstəricinin qarşıdakı illərdə 200 min və hətta 300 min nəqliyyat vahidinə çatması proqnozlaşdırılır. Dövlət başçısı həmçinin vurğuladı ki, hədəf qarşıdakı illərdə bu rəqəmin 500 min nəqliyyat vahidinə çatdırmaqdır. Bunun üçün də dəniz limanlarının genişləndirilməsi tədbirləri görülür. 

44 günlük Vətən müharibəsindən sonra regionumuzda yeni geosiyasi vəziyyət yaranıb. Bölgəmizdə 30 il davam edən münaqişə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatıb. Bundan sonra ölkəmiz Ermənistana sülh təklifi ilə müraciət edib, eyni zamanda bölgədə nəqliyyat-logistika infrastrukturunun açılması təşəbbüsü ilə də çıxış edib. Uzun müzakirələrdən sonra ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla yerüstü nəqliyyat əlaqələrinin yaradılması barədə sənəd imzalanıb. Bizdə Zəngəzur dəhlizi, Vaşinqton sənədlərində isə "Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) adlanan layihənin gerçəkləşməsi barədə Ermənistanla razılığa gəlinib. Həmin sənədin imzalanması Orta dəhlizin imkanlarını xeyli genişləndirəcək, daha doğrusu, 42 kilometrlik bu yol Orta dəhlizlə əlavə 5 milyon ton yükün daşınmasına imkan yaradacaq. 

Prezident İlham Əliyev bu layihə ilə bağlı bildirdi ki, Çindən başlayan daşımalar Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan, eksklav Naxçıvan, Türkiyə və sonra Avropanı əhatə edəcək. Bu, bütün ölkələr üçün faydalı olacaq. Marşrut boyunca bütün ölkələr həm siyasi, həm iqtisadi baxımdan daha sıx inteqrasiya olunacaq və həmin addım Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli və əbədi sülhə növbəti töhfə olacaq. Bünövrə olan bu sənədin imzalanması vacibdir. 

Dövlətimizin başçısı mövzu ilə bağlı suallara cavab verərkən bidirdi ki, ölkəmiz Cənubi Qafqazda yerləşsə də, bir çox siyasi və iqtisadi platformada əməkdaşlıq edir. Məqsəd dünya iqtisadiyyatına və ticarətinə töhfə verməkdir. Azərbaycan digər iqtisadi sahələrdə də region ölkələri ilə fəal əməkdaşlıq edir. Prezident keçən il ölkəmizin "5+1" layihəsinə qoşulmasının əhəmiyyətini xüsusi olaraq qeyd etdi.  Bildirdi ki, ölkəmiz keçən il Mərkəzi Asiya beşliyinə tamhüquqlu  üzv kimi qəbul olundu və beşlik genişlənərək altılığa çevrildi. Baxmayaraq ki, Azərbaycan Cənubi Qafqaz ölkəsidir, Mərkəzi Asiya Məşvərət Şurasında da fəaliyyətini genişləndirəcək. 

Bununla bağlı Prezident İlham Əliyev demişdir: "Biz bağlantı sahəsində çox işlər görürük, Mərkəzi Asiya ölkələri ilə Çin arasında da bağlantı sahəsində çox işlər görülür. Xanım Helqanın vurğuladığı mövcud yollarla yanaşı, Çin tərəfindən tikilməkdə olan və maliyyələşdirilən başqa bir yol da var - Xəzərə aparan daha bir yol. Çindən Qazaxıstan vasitəsilə Xəzərə uzanan mövcud yoldan əlavə olaraq. Çin hazırda Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər yolunu maliyyələşdirir. Yenə də yol Xəzər dənizinə gedir. Bu o deməkdir ki, o, Azərbaycana və sonra Cənubi Qafqazdan keçərək Avropaya çatacaq. Beləliklə, xeyli geosiyasət, xeyli beynəlxalq münasibətlər, xeyli diplomatiya həyata keçirilir. Azərbaycan bir çox ölkənin marşrutu boyunca keçən, hamısı ilə yaxşı münasibətlər quraraq Bakıdan Aralıq dənizinə neft kəməri, Bakıdan İtaliyaya qaz kəməri kimi transmilli layihələrə start verən və onlara rəhbərlik etməyi bacaran bir ölkədir. Beləliklə, bu, Avrasiyanın çox geniş coğrafiyasında əməkdaşlıq üçün daha bir çox güclü siyasi zəmanət olacaq".

Dövlətimizin başçısı Mərkəzi Asiya ölkələrinin Orta dəhlizin inkişafındakı rolunu xüsusi olaraq qeyd etdi. Bildirdi ki, həmin ölkələr olmadan Çindən Avropaya heç bir yük daşımaq mümkün olmayacaq. Orta dəhlizin inkişafında dünyanın bir çox ölkəsi yaxından iştirak edir. Ölkəmiz dəhlizboyu Çinlə, Mərkəzi Asiya ölkələri ilə, Gürcüstanla, Ermənistanla, Türkiyə ilə sıx əməkdaşlıq edərək bu qlobal ticarət marşrutunun imkanlarıni ildən-ilə genişləndirir.    


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

Almaniya XİN İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib

18:19
08 Mart

Tom Berendsen Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib

17:55
08 Mart

Nazir Nadejda Neynski İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib

17:49
08 Mart

Ceyhun Bayramovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri arasında telefon danışığı olub

17:45
08 Mart

Misli Premyer Liqası: Şamaxıda qalib müəyyənləşməyib

17:15
08 Mart

Livanda 450 mindən çox insan daxili köçkünə çevrilib 

16:47
08 Mart

Türkiyə ordusunun qadın zabitləri Atatürkün xatirəsini yad ediblər

16:39
08 Mart

Azərbaycanın həyata keçirdiyi təxliyə tədbirləri İordaniya mediasında

16:23
08 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma üçün xüsusi avtobuslar ayrılıb  

15:57
08 Mart

Türkiyənin müdafiə və xarici işlər nazirləri İran ətrafında vəziyyətlə bağlı parlamentə məlumat verəcəklər

14:09
08 Mart

Pakistan Senatının sədri Azərbaycana dron hücumlarından narahatlığını ifadə edib

13:35
08 Mart

Təxliyə davam edir: Qazaxıstan diplomatları və Rusiya vətəndaşları təxliyə olunub

13:24
08 Mart

Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayırlar

13:23
08 Mart

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı proqnozlaşdırılır

13:07
08 Mart

Azərbaycanın uğurlarında qadınlarımızın böyük rolu var

12:59
08 Mart

İrandan növbəti təxliyə: Alman və ispan diplomatik nümayəndələri Azərbaycana təxliyə olunub

11:07
08 Mart

Azərbaycan qadınları güclü dövlətimizin zərif siması və qüdrətin simvoludur

10:57
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!