18 Fevral 2026 09:10
179
İQTİSADİYYAT
A- A+
Şirvan: kiçik qəsəbədən böyük şəhərə

Şirvan: kiçik qəsəbədən böyük şəhərə


Şirvan ölkənin sənaye şəhərlərindən sayılır. Kürün sağ sahilində, əlverişli coğrafi mövqedə yerləşən şəhər 1930-cu ilədək Ərəbşahverdi, Qırxçıraq, Yekaterinserd, Zubovka, Papanino adlanıb. XX əsrin əvvəllərində kiçik bir yaşayış məntəqəsi olan indiki Şirvan Zubovka qəsəbəsi və Papanino dəmiryol stansiyasını əhatə edirdi. 

1930-cu ildə Zubovka rayonu yaradılır və eyni adlı rayonun mərkəzinə çevrilir. 1938-ci ildə qəsəbənin adından işğalçı  çar ordusunun generalı Zubovun adı götürülür və ona yerli  inqilabçının - Əli Bayramlının adı verilir. 1963-cü ildə şəhər statusu alan Əli Bayramlı 2008-ci ildə Şirvan adlanır. Onu da qeyd edək ki, respublikamızın qərb istiqamətinə gedən dəmir yolu və avtomobil yolları da buradan keçib gedir. Həmin yolların keçdiyi indiki Hacıqabul 1990-cı ilə kimi Şirvan şəhərinin tabeliyində olmuşdur. 

Şirvan şəhərinin əsaslı inkişafı 1950-ci illərdən başlanır. Həmin vaxt burada neft və qaz yataqları kəşf edilmiş, "Şirvanneft" Neft və Qazçıxarma İdarəsi yaradılmışdır. Amma şəhərə şöhrət gətirən keçmiş SSRİ-də, eləcə də Avropada açıq havada tikilən ilk İstilik-Elektrik Stansiyası olmuşdur. 1958-ci ildə inşasına başlanan stansiyanın birinci bloku 1962-ci ildə işə salınmışdır. Zaqafqaziyanın (Cənubi Qafqazın) vahid enerji sasteminə qoşulan stansiya qonşu Gürcüstana və Ermənistana da elektrik enerjisi verilmişdir. 

Sonra şəhərdə bir-birinin ardınca süni dəri, pambıqtəmizləmə, yağ ekstraksiyası, dəmir-beton məmulatları, saxsı boru, məişət cihazlarını avtomatik idarəetmə qurğuları, nərəbalıqartırma zavodları və digər müəssisələr tikilib istifadəyə verilmişdir. Bu müəssisələr hesabına şəhər aydan-aya, ildən-ilə böyümüş və nəticədə yaxın ərazidə, boz dağların ətəyində "Təzə şəhər" salınmışdır. Respublikamızın ayrı-ayrı rayonlarından, eləcə də keçmiş SSRİ-nin müxtəlif yerlərindən işləmək üçün buraya axın-axın gənclər gəlmişlər. Onların çoxu talelərini bu şəhərə bağlamışdır. Beləliklə, Şirvan şəhəri neftçilər, energetiklər, gənclər şəhəri kimi şöhrət tapmışdır. 

90-cı illərin məlum hadisələri Şirvan şəhərindən də yan keçməmişdir. İdarə və müəssisələr, zavodlar fəaliyyətini dayandırmış, onilliklər boyu tikilib qurulanlar dağıdılmışdır. Ataların belə bir kəlamı var: "Yaman günün ömrü az olar". Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan inkişaf etməyə başladı. Neftdən gələn gəlirlər 2004-cü ildən başlayaraq, regionların dirçəldilməsinə də yönəldildi. Bundan Şirvan şəhərinə də pay düşdü. Qısa müddətdə şəhərdə Cənub Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, təhsil və istehsal müəssisələri, çoxmərtəbəli yaşayış evləri, ictimai binalar inşa edildi, parklar, xiyabanlar salındı. Şəhərin yaşıllaşdırılması diqqət mərkəzində saxlanıldı. Şəhər əhalisinin içməli suya, elektrik enerjisinə, təbii qaza olan ehtiyaclarının ödənilməsi üçün tədbirlər həyata keçirildi. Yollar çəkildi, şəhərin işıqlandırma sistemi yeniləndi. Şirvanda özünəməxsus cəhətlərdən biri də ayrı-ayrı məhəllələrdə inşa edilən mərasim evləri, söhbətgahlardır. Artıq bir neçə ildir "İDEA" İctimai Birliyi şəhərdə "Bizim həyət" layihəsi çərçivəsində abad məhəllələr və yaşıllıqlar salır. 

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 15 mart 2024-cü il tarixli sərəncamı ilə "Şirvan şəhərinin 2024 - 2028-ci illər üçün Yeniləşən Şirvan sosial-iqtisadi inkişaf proqramı" təsdiq edilmişdir. Proqramda 13 prioritet istiqamət müəyyən olunmuşdur. 

Hazırda şəhərin şərqində Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi layihə çərçivəsində ümumi ərazisi 8,11 hektar yaşayış kompleksi tikilir. 11-i onikimərtəbəli, 14-ü doqquzmərtəbəli olmaqla 25 yaşayış binasının inşa olunduğu kompleksdə 960 şagirdlik tam orta məktəb, uşaq bağçası və digər sosial əhəmiyyətli obyektlər də tikilir. Artıq 4 binada inşaat işləri başa çatıb. 

Qeyd etmək lazımdır ki, MİDA tərəfindən kompleksdə görülən işlərin keyfiyyətinə ciddi nəzarət olunur. Bu məqsədlə tikintidə iştirak edən şirkətlərin məsul işçiləri ilə demək olar hər gün görüşlər keçirilir, ətraflı söhbətlər aparılır. Onlara izah edilir ki, Azərbaycan seysmik zonada yerləşdiyi üçün burada aparılan işlərə çox məsuliyyətlə yanaşılmalıdır. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın hava hücumları nəticəsində dağılan Odessa 

11:22
18 Fevral

Əmək və əhalinin sosial müdafiə naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək  

11:01
18 Fevral

Azərbaycanın sonuncu təmsilçisi Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır  

10:47
18 Fevral

Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb  

10:30
18 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb 

10:21
18 Fevral

Dünya birjalarında neft bahalaşıb 

10:17
18 Fevral

C6 ölkələrinin iştirakı ilə Bakıda beynəlxalq konfrans keçirilir 

10:15
18 Fevral

BDYPİ texniki müayinə mərkəzi ilə bağlı sürücülərə müraciət edib  

10:12
18 Fevral

Ramazan ayında qidalanmaya xüsusi diqqət yetirilməlidir

09:50
18 Fevral

Çempionlar Liqası: “Qarabağ” tarixi oyunda İngiltərə klubuna qarşı

09:48
18 Fevral

Bu gündən kolleclərə sənəd qəbuluna start verilir

09:46
18 Fevral

Ramazan ayının başlanması ərəfəsində Quterreş birliyə və həmrəyliyə çağırıb  

09:45
18 Fevral

ABŞ prezidentliyinə keçmiş namizəd Cessi Cekson vəfat edib

09:45
18 Fevral

Çempionlar Liqasının pley-off mərhələsi: “Real” qələbə qazanıb

09:43
18 Fevral

Vens: Prezidentin masasında İranla bağlı bütün variantlar var

09:42
18 Fevral

Turizmə yatırılan sərmayə öz bəhrəsini verir

09:40
18 Fevral

Teatra bağlı ömür

09:35
18 Fevral

“Həpimiz bir günəşin zərrəsiyiz”

09:30
18 Fevral

Masallıda rəqəmsal mühitdə uşaqları zərərli informasiyadan necə qorumalı sualına cavab axtarılıb

09:25
18 Fevral

Neftçalada su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda növbəti tədbir keçirilib

09:20
18 Fevral

Bərdə bələdiyyəsinin fəaliyyəti razılıq doğurur

09:15
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!