18 Mart 2026 08:35
125
CƏMİYYƏT
A- A+
Neftçala şəhəri daha təmiz olur

Neftçala şəhəri daha təmiz olur


"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Neftçala şəhərinin Bayraq meydanı, Heydər Əliyev prospekti və daha bir neçə küçəsində idarə, təşkilat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təmizlik aksiyası keçirilib. 

Aksiya zamanı həmçinin park və Heydər Əliyev prospektinin işıqlandırılması ilə bağlı qəzalı elektrik xətləri, işıq plafonları, elektrik tənzimləyiciləri  yenisi ilə əvəz edilib, küçə işıqlandırılması ilə bağlı təmir işləri aparılacaq ərazilərdə monitorinq aparılıb. Şəhər ərazisində təmizlik aksiyasının davamlı olması qərara alınıb. O səbəbdən "Şəhərsalma və Memarlıq İli" çərçivəsində rayonun qəsəbə və kəndlərində də ərazilərin təmizlənməsi, parklarda abadlıq işlərinin aparılması, yol kənarı ərazilərin abadlaşdırılması diqqət mərkəzində saxlanır və təmizlik aksiyalarının il ərzində mütəmadi keçirilməsi ilə bağlı şəhər və digər yaşayış məntəqələrinin bölgüsü təsdiq edilib. 

Təmizlik aksiyası könüllü gənclərdən ibarət təşkil edilmiş monitorinq qrupunun müəyyən etdiyi ərazilərdə də keçiriləcək. Şəhərin təmizliyini qorumaq istiqamətində profilaktiki işlərlə yanaşı, aksiyaların da keçirilməsi şəhər ərazisinin abadlığına  xidmət edir.


"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!