Nazirlər Kabineti iki yeni qərar qəbul etmişdir
Nazirlər Kabineti son günlər iki yeni qərar qəbul etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq və Maliyyə Nazirliyinin Ədliyyə Nazirliyi və Dövlət Dəniz Administrasiyası ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"ın təsdiq edilməsi haqqında" özünün 2009-cu il 6 noyabr tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.
Qərar avqustun 25-dən qüvvəyə minmişdir.
"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 fevral tarixli fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" özünün 1999-cu il 6 aprel tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
Qərar sentyabrın 1-dən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!