30 İyul 2026 13:55
1818
Səhiyyə
A- A+
Mütəxəssis: İsti hava bəzi dərmanların orqanizmə təsirlərini dəyişdirə bilər

Mütəxəssis: İsti hava bəzi dərmanların orqanizmə təsirlərini dəyişdirə bilər


İsti hava şəraiti insan orqanizminə müxtəlif təsirlər göstərərək bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Belə ki, bədənin tərləməsi orqanizmdə suyu və mineral duzları azaldır. Nəticədə isə susuzlaşma, halsızlıq, başgicəllənmə, diqqətin zəifləməsi və arterial təzyiqin enməsi müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

O qeyd edib ki, günəşin altında uzun müddət qalmaq günvurma riskini də artırır. Günvurma zamanı bədənin hərarəti təhlükəli həddə yüksəlir, huşun itməsi, qıcolmalar və hətta həyati təhlükə yarana bilər. İsti hava ürək-damar, tənəffüs sistemi, böyrək xəstəlikləri, eləcə də şəkərli diabet kimi xroniki xəstəliklərin gedişatına mənfi təsir göstərərək, onların kəskinləşməsinə səbəb olur. Yaşlılar, körpələr, uşaqlar, hamilə qadınlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər isti havanın mənfi təsirlərinə daha həssasdırlar.

Bu risklərin qarşısını almaq üçün gün ərzində kifayət qədər su qəbul etmək, susuzluq hissi olmasa belə, müntəzəm maye içmək vacibdir. Günəş şüalarının ən intensiv olduğu saat 11:00–dan 17:00-dək olan müddətdə açıq havada uzun müddət qalmaqdan çəkinmək, kölgəli və sərin məkanlara üstünlük vermək tövsiyə olunur. Həmçinin açıq rəngli, yüngül və hava keçirən geyimlərdən istifadə etmək, papaq və günəş eynəyi taxmaq, eləcə də günəşdən qoruyucu kremlərdən yararlanmaq mühüm əhəmiyyət daşıyır. Fiziki gərginlik tələb edən işləri və idman məşqlərini səhər erkən və ya axşam saatlarına keçirmək daha məqsədəuyğundur. Qapalı məkanların yaxşı havalandırılması və ya kondisionerdən düzgün istifadə edilməsi bədənin hərarətinin normal səviyyədə saxlanmasına kömək edir. Alkoqollu və yüksək şəkər tərkibli içkilərdən uzaq durmaq, meyvə və tərəvəzlərlə zəngin, yüngül qidalanmaya üstünlük vermək də sağlamlığın qorunmasına müsbət təsir göstərir",- deyə mütəxəssis-ekspert vurğulayıb.

Zakir Quliyev isti hava şəraitinin bəzi dərmanların təsirini dəyişdirə və ya onların yan təsirlərinin daha qabarıq şəkildə özünü göstərməsinə səbəb ola biləcəyini də söyləyib: “Orqanizmin maye itirməsi arterial təzyiq dərmanları, şəkərli diabet əleyhinə vasitələr, ürək dərmanları, psixi xəstəliklərin müalicəsində istifadə olunan preparatlar və bəzi antihistamin vasitələr qəbul edən şəxslər üçün əlavə risk yaradır. Eyni zamanda, bəzi dərmanlar tərləmə prosesini zəiflədərək orqanizmin soyuma qabiliyyətini azalda bilər ki, bu da günvurma riskini artırır. Lakin bütün bunlara baxmayaraq, həkim məsləhəti olmadan dərmanların dozasını dəyişdirmək, qəbulunu azaltmaq və ya tamamilə dayandırmaq qətiyyən tövsiyə olunmur. Dərmanların istifadəsi ilə bağlı hər hansı dəyişiklik yalnız həkim tərəfindən xəstənin ümumi vəziyyəti, yaşı, mövcud xəstəlikləri və qəbul etdiyi preparatlar nəzərə alınmaqla aparılmalıdır. İsti havalarda dərmanların saxlanma şəraiti də xüsusi əhəmiyyət daşıyır. Bir çox preparat birbaşa günəş şüalarının təsiri altında öz təsirini itirə və ya kimyəvi xüsusiyyətlərini dəyişə bilər. Bu səbəbdən dərmanlar təlimatda göstərilən temperatur şəraitində, quru və sərin yerdə saxlanmalıdır. Xüsusilə, insulin kimi bəzi preparatlar temperatur dəyişikliklərinə daha həssasdır və onların düzgün saxlanılması vacibdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!