05 Avqust 2026 16:09
1254
Səhiyyə
A- A+
İqlim dəyişikliyi ictimai səhiyyə üçün hansı çağırışlar yaradır?

İqlim dəyişikliyi ictimai səhiyyə üçün hansı çağırışlar yaradır?


İqlim dəyişikliyi XXI əsrin ən mühüm qlobal sağlamlıq problemlərindən biri kimi qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, iqlim dəyişikliyi insanların sağlamlığı üçün zəruri olan təmiz hava, kifayət qədər qida, təhlükəsiz içməli su və yaşayış mühini təhdid edir. Təşkilatın proqnozlarına əsasən, 2030–2050-ci illər arasında iqlim dəyişikliyi nəticəsində hər il təxminən 250 min əlavə ölüm halının baş verməsi gözlənilir. Bu ölümlərin əsas səbəbləri istilik stresi, malyariya, diareya və uşaq qidalanmasının pozulması ilə əlaqədardır.

Son illərdə ekstremal isti hava dalğalarının tezliyi və intensivliyi əhəmiyyətli dərəcədə artıb. ÜST bildirir ki, 2000–2019-cu illərdə hər il dünyada təxminən 489 min insan isti ilə əlaqəli səbəblərdən həyatını itirib. Bundan əlavə, 65 yaşdan yuxarı şəxslər arasında istiliklə əlaqədar ölüm göstəriciləri son onilliklərdə təxminən 85 faiz artıb. Həmin göstəricilər iqlim dəyişikliyinin, xüsusilə, həssas əhali qrupları üçün ciddi təhlükə yaratdığını göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Nərminə Göyüşova deyib.

Mütəxəssis bildirib ki, iqlim dəyişikliyi sağlamlığa həm birbaşa, həm də dolayı yolla təsir göstərir. Havanın temperaturunun yüksəlməsi istilik vurması, susuzlaşma, ürək-damar və tənəffüs sistemi xəstəliklərinin ağırlaşması riskini artırır. Eyni zamanda, ekstremal hava hadisələri, hava çirklənməsi, su və qida təhlükəsizliyi ilə bağlı problemlər əhalinin sağlamlığına mənfi təsir göstərir.

Nərminə Göyüşovanın sözlərinə görə, iqlim dəyişikliyinin sağlamlığa təsiri təkcə istilik dalğaları ilə məhdudlaşmır. Havanın çirklənməsi, daşqınlar, quraqlıq, meşə yanğınları, su və qida təhlükəsizliyinin pozulması, həmçinin yoluxucu xəstəliklərin yayılma arealının genişlənməsi ictimai sağlamlıq üçün əlavə risklər yaradır. Eyni zamanda, ürək-damar, tənəffüs sistemi və psixi sağlamlıq problemlərinin artması səhiyyə sistemləri üzərində yükü daha da artırır:”İqlim dəyişikliyinə daha çox məruz qalan həssas qruplar uşaqlar, yaşlı insanlar, hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslər və açıq havada çalışan insanlardır. Həmin qruplarda yüksək temperaturun və hava çirklənməsinin təsirləri daha ağır müşahidə oluna bilər. Həmçinin iqlim dəyişikliyi yoluxucu xəstəliklərin yayılmasına da təsir edərək, temperaturun və yağıntı rejiminin dəyişməsilə bəzi həşəratların və xəstəlik daşıyıcılarının yayılma arealını genişləndirə bilər. Bundan əlavə, sel və daşqınlar içməli su mənbələrinin çirklənməsinə səbəb olaraq, su mənşəli infeksiyaların yaranma riskini artırır”.

İqlim dəyişikliyinin insanların psixi sağlamlığına təsirlərindən bəhs edən mütəxəssis deyib: “Təbii fəlakətlər, yaşayış yerlərinin itirilməsi, iqtisadi çətinliklər və gələcəklə bağlı narahatlıqlar insanların psixi sağlamlığına mənfi təsir göstərə bilər. Stres, təşviş, depressiya və travmadan sonrakı psixoloji pozuntuların artması mümkündür. ÜST iqlim dəyişikliyinin sağlamlığa təsirlərini azaltmaq üçün bir sıra prioritet tədbirlər tövsiyə edir. Bunlara iqlimədavamlı səhiyyə sistemlərinin qurulmasını, iqlim risklərini nəzərə alan fəaliyyət planlarının hazırlamasını, erkən xəbərdarlıq sistemlərinin gücləndirməsini, tibbi personalın hazırlığının artırmasını və fövqəladə hallara operativ cavab vermək imkanlarının genişləndirməsini əhatə edir. Profilaktik tədbirlərin və əhalinin maarifləndirilməsinin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Bu tədbirlərin həyata keçirilməsi yalnız xəstəlik yükünün azalmasına deyil, həm də səhiyyə sistemlərinin dayanıqlığının gücləndirilməsinə xidmət edir. Vətəndaşlara isə isti hava şəraitində kifayət qədər maye qəbul etmək, günün ən isti saatlarında açıq havada uzun müddət qalmamaq, hava keyfiyyəti ilə bağlı xəbərdarlıqları izləmək, sağlam qidalanmaq və ətraf mühitin qorunmasına töhfə verən davranışlara üstünlük vermək tövsiyə olunur. Ağacəkmə, enerjiyə qənaət və tullantıların düzgün idarəolunması kimi addımlar da iqlim dəyişikliyi ilə mübarizəyə dəstək verir”.

Qeyd edilib ki, Azərbaycanda iqlim dəyişikliyi fonunda ictimai sağlamlığın qorunması üçün prioritet istiqamətlərə iqlimə davamlı səhiyyə sisteminin formalaşdırılması, epidemioloji nəzarətin gücləndirilməsi, əhalinin maarifləndirilməsi, havanın və suyun keyfiyyətinin monitorinqinin təkmilləşdirilməsi, eləcə də dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi daxildir. Elmi tədqiqatların genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı da bu sahədə mühüm rol oynayır.

“İqlim dəyişikliyi gələcəyin deyil, bu günün problemidir. Onun sağlamlığa təsirlərini azaltmaq üçün dövlət qurumları, səhiyyə sistemi, elm, media və vətəndaşlar birlikdə fəaliyyət göstərməlidirlər. Hər bir fərdin ekoloji məsuliyyətli davranışı həm ətraf mühitin, həm də cəmiyyətin sağlam gələcəyinə töhfə verir. Beləliklə, iqlim dəyişikliyi təkcə ekoloji deyil, həm də mühüm tibbi və ictimai sağlamlıq problemidir. Müasir dövrdə həkimlərin, səhiyyə təşkilatçılarının və tibb təhsili müəssisələrinin bu sahədə elmi biliklərinin artırılması, profilaktik tədbirlərin gücləndirilməsi və ÜST tövsiyələrinə əsaslanan yanaşmaların tətbiqi ictimai sağlamlığın qorunmasının əsas istiqamətlərindən biri hesab olunur”, - deyə Nərminə Göyüşova diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!