18 Fevral 2026 08:15
147
İQTİSADİYYAT
A- A+
Münxendə Azərbaycanın rəqəmsal perspektivləri də müzakirə olundu

Münxendə Azərbaycanın rəqəmsal perspektivləri də müzakirə olundu


Cənubi Qafqazın iqtisadi lokomotivinə çevrilmiş Azərbaycan indi də öz rəqəmsal infrastrukturunu dünya standartları səviyyəsinə çatdırır. Ölkəmizin qlobal texnoloji transformasiya mərkəzinə çevrilməsi istiqamətində növbəti mühüm addım ötən həftə Münxendə atıldı. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşdü. 

Söhbət zamanı ölkəmizdə texnoloji transformasiya və süni intellekt sahələrinin inkişafı üzrə həyata keçirilən siyasətə toxunuldu. Bu xüsusda "Oracle" korporasiyası ilə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın olduğu bildirildi. Eyni zamanda tərəfdaşlığın perspektivləri ilə bağlı artıq çərçivə razılaşmasının əldə edildiyi vurğulandı. Bununla yanaşı, "Oracle" şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə bir sıra xidmətlərin göstərilməsi ilə bağlı uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycanın müxtəlif aparıcı ali təhsil müəssisələrində üç "Oracle" akademiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı. Görüşdə Azərbaycan-ABŞ arasında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının əhəmiyyətinə toxunularaq həmin sənəddə ölkələrimiz arasında süni intellekt sahəsinin prioritet istiqamət kimi əks olunduğu xüsusi diqqətə çatdırıldı. 

Prezident İlham Əliyevin ABŞ-nin texnologiya nəhəngi "Oracle" korporasiyasının rəhbərliyi ilə görüşü ölkəmizdə süni intellekt və bulud texnologiyalarının tətbiqi sahəsində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Bu görüş Azərbaycanın informasiya texnologiyaları infrastrukturunun modernləşdirilməsi və süni intellekt sahəsində kadr potensialının artırılması baxımından xüsusi əhəmiyyətə malikdir. ABŞ-nin aparıcı korporasiyası ilə qurulan yeni əməkdaşlıq formatı yaxın gələcəkdə ölkəmizin regionun əsas texnoloji mərkəzinə və trans-regional rəqəmsal layihələrin qovşağına çevrilməsini təmin edəcək. "Oracle" dünyada bulud infrastrukturu və "verilənlər bazası" idarəetməsində liderlərdən biridir. Müasir dövrdə dövlət xidmətlərinin daha sürətli və təhlükəsiz olması üçün "Oracle" texnologiyaları mühüm rol oynayır.

"Oracle" korporasiyası ilə əldə olunan razılaşmalar ölkəmizin ali təhsil müəssisələrində innovativ sistemin gücləndirilməsinə, yüksək ixtisaslı mühəndis kadrların yetişdirilməsinə təkan verəcək. Bu tərəfdaşlıq Azərbaycanın kiber-təhlükəsizlik və "böyük verilənlər"in (Big Data) idarə olunması sahəsində qlobal standartlara inteqrasiyasını sürətləndirərək, yerli mütəxəssislər üçün beynəlxalq qapıları açacaq. Xüsusən, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində fəaliyyət göstərən üç "Oracle" akademiyası gənc kadrların yetişdirilməsi üçün kritik əhəmiyyət daşıyır. Bununla tələbələr beynəlxalq səviyyəli sertifikatlar alaraq qlobal əmək bazarına çıxış əldə edirlər. Yerli İT mütəxəssislərinin "Oracle" ekosistemində ixtisaslaşması Azərbaycanın texnoloji asılılığını azaldır və yerli həllərin yaradılmasına kömək göstərir. Hazırda Azərbaycanda bu akademiyalar, əsasən, texnoloji profilli ali təhsil müəssisələrində (məsələn, ADNSU, ADA Universiteti və Bakı Ali Neft Məktəbi) fəaliyyət göstərir. Proqramların əsas üstünlükləri odur ki, tələbə və müəllimlər "Oracle"ın bulud infrastrukturuna pulsuz çıxış əldə edirlər. Tələbələr məzun olduqda qlobal bazarda tanınan "Oracle Certified Associate" dərəcəsini almaq şansı qazanırlar. Yüksək texnologiyalar sahəsində əməkdaşlıq həm də milli təhlükəsizlik məsələsidir. ABŞ-nin nəhəng texnologiya şirkətləri (Oracle, Microsoft və s.) ilə qurulan əlaqələr kritik infrastrukturun kiberhücumlardan qorunmasına, məlumatların idarə edilməsində ən müasir bulud (Cloud) həllərinin tətbiqinə imkan verir. 

ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində texnoloji əməkdaşlıqlar iki ölkə arasındakı münasibətlərin təkcə enerji sahəsində deyil, həm də yüksək texnologiyalar üzərində qurulduğunu göstərir. Azərbaycan neft-qaz sektorundan asılılığı azaltmaq üçün "ağıllı iqtisadiyyat" modelinə keçidi sürətləndirir. 

Strateji Xartiya Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək hədəfinə birbaşa xidmət edir. Xartiyada süni intellektin xüsusi yer tutması təsadüfi deyil. Bu həm dövlət idarəçiliyinin modernləşdirilməsini, həm də sənayedə avtomatlaşdırmanı nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanı regionda, sadəcə enerji tədarükçüsü kimi yox, yüksəktexnologiyalı həllərin tətbiq olunduğu strateji qovşaq kimi dünyaya təqdim edir. ABŞ texnologiyalarının ölkəyə gəlişi digər Qərb investorları üçün müsbət siqnal rolunu oynayır. 

Azərbaycan, sadəcə, texnoloji proqram təminatlarının alışını reallaşdırmır, ölkənin texnoloji infrastrukturunun köklü şəkildə müasirləşdirilməsini həyata keçirir. Dövlətimizin başçısı Münxendə Azərbaycan telekanallarına müsahibə zamanı da vurğuladı ki, iqtisadi inkişaf, enerji təhlükəsizliyi və nəqliyyatla yanaşı, süni intellekt məsələsi də bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə süni intellektin və informasiya texnologiyalarının inkişafı istiqamətində çoxsaylı addımlar atılıb. Dövlət xidmətlərində süni intellekt əsaslı "chatbot"ların və proqnozlaşdırıcı analitikanın tətbiqi vətəndaş müraciətlərinin insan müdaxiləsi olmadan daha sürətli həllinə yol açır. İşğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" layihələri nəticəsində enerji idarəetməsi, tullantıların monitorinqi və təhlükəsizlik sistemləri süni intellekt alqoritmləri ilə qurulur. 2021-ci ilin yanvar ayında yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Kooperasiya Mərkəzi Azərbaycanda süni intellekt strategiyasının "beyin mərkəzi" rolunu oynayır və beynəlxalq texnologiya nəhəngləri ilə əlaqələri koordinasiya edir. 

Dövlətimiz hazırda özünün milli süni intellekt strategiyasını formalaşdırır. Bu sənəd yaxın illərdə təhsil, səhiyyə və iqtisadiyyatın bütün qollarında avtomatlaşdırmanı sürətləndirəcək. Həmçinin yerli mütəxəssislərin qlobal bazarda rəqabətədavamlılığını artırmaqla yanaşı, ölkəmizi transregional rəqəmsal layihələrin əsas operatoruna çevirəcək.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ramazan ayında qidalanmaya xüsusi diqqət yetirilməlidir

09:50
18 Fevral

Çempionlar Liqası: “Qarabağ” tarixi oyunda İngiltərə klubuna qarşı

09:48
18 Fevral

Bu gündən kolleclərə sənəd qəbuluna start verilir

09:46
18 Fevral

Ramazan ayının başlanması ərəfəsində Quterreş birliyə və həmrəyliyə çağırıb  

09:45
18 Fevral

ABŞ prezidentliyinə keçmiş namizəd Cessi Cekson vəfat edib

09:45
18 Fevral

Çempionlar Liqasının pley-off mərhələsi: “Real” qələbə qazanıb

09:43
18 Fevral

Vens: Prezidentin masasında İranla bağlı bütün variantlar var

09:42
18 Fevral

Turizmə yatırılan sərmayə öz bəhrəsini verir

09:40
18 Fevral

Teatra bağlı ömür

09:35
18 Fevral

“Həpimiz bir günəşin zərrəsiyiz”

09:30
18 Fevral

Masallıda rəqəmsal mühitdə uşaqları zərərli informasiyadan necə qorumalı sualına cavab axtarılıb

09:25
18 Fevral

Neftçalada su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda növbəti tədbir keçirilib

09:20
18 Fevral

Bərdə bələdiyyəsinin fəaliyyəti razılıq doğurur

09:15
18 Fevral

Şirvan: kiçik qəsəbədən böyük şəhərə

09:10
18 Fevral

Ağsaqqalların təcrübəsinə həmişə ehtiyac var 

09:05
18 Fevral

Ağstafalı fermerlər yaz-tarla işlərini sürətləndirirlər

09:00
18 Fevral

Startaplar - kiçik ideyadan böyük uğura imza atanlar

08:55
18 Fevral

"Azəri" 21 ildir Azərbaycanın "qara qızıl" xəzinəsidir

08:50
18 Fevral

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı daha da genişlənir

08:45
18 Fevral

Azərbaycanın xarici siyasəti sülhsevərliyin nümunəsidir

08:40
18 Fevral

Bakı və Belqrad arasında dialoq konkret layihə və icra mexanizmlərinə əsaslanır

08:35
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!